Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Odens Danimarkanın üçüncü ən böyük (Kopenhagen və Orhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhəridir. 1 yanvar 2023-cü il tarixinə əsasən şəhərin əha

Odens

  • Ana Səhifə
  • Vikipediya
  • Odens

Odens Danimarkanın üçüncü ən böyük (Kopenhagen və Orhusdan sonra) və Funen adasında yerləşən ən böyük şəhəridir. 1 yanvar 2023-cü il tarixinə əsasən şəhərin əhalisinin sayı 182.387 nəfər olmuşdur. Odens Bələdiyyəsinin ərazisində isə 207.762 əhali yaşayırdı, bu isə onu Danimarkanın dördüncü ən böyük bələdiyyəsi edir (Kopenhagen, Orhus və Aalborq bələdiyyələrindən sonra). Avrostat və İƏİT-nin 1 iyul 2022-ci il məlumatına görə Funen əyalətindəki (Danimarka: >landsdel) bütün bələdiyyələri əhatə edən Odense Böyükşəhər (aqlomerasiya) ərazisində 504,066 nəfər əhali yaşamaqdadır.

Odens
Odense
Gerb
Gerb
55°24′ şm. e. 10°23′ ş. u.HGYO
Ölkə Danimarka
Region Cənubi Danimarka
Tarixi və coğrafiyası
Əsası qoyulub 988
Sahəsi 79.30 km²
Mərkəzin hündürlüyü 13 ± 1 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi 182,387 nəfər (2023)
Aqlomerasiya 504,066
Rəsmi dili Danimarka dili
Rəqəmsal identifikatorlar
Telefon kodu (+45) 6
Poçt indeksi 5000
Digər
odense.dk
Odens xəritədə
Odens
Odens
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhər 1970-ci ilə qədər Odens qraflığının, 1970-ci ildən 2007-ci ilin yanvarın birinə qədər, Cənubi Danimarka Bölgəsinin bir hissəsinə çevrildiyi vaxta qədər, Funen qraflığının mərkəzi olmuşdur. Odense hər şeydən əvvəl nağılları ilə yadda qalan Hans Kristian Andersenlə sıx əlaqəyə malikdir. O, 1805-ci ildə bu şəhərdə anadan olub və uşaqlıq illərini burada keçirib.

Odense ərazisində 4000 ildən artıqdır ki, insan məskənləri salınıb, baxmayaraq ki, eramızın 988-ci ilinə qədər heç yerdə şəhər haqda yazılı məlumat tapmaq mümkün olmayıb, 1070-ci ildə Odens artıq çiçəklənən bir şəhərə çevrilmişdir. Son Vikinq kralı hesab edilən Danimarkalı IV Kanut , 10 iyul 1086-cı ildə burada kəndlilər tərəfindən öldürülüb. Şəhər 1249-cu ildə saray savaşlarından sonra yandırılsa da, o, tez bir zamanda bərpa edilib Orta əsrlərin ticarət mərkəzinə çevrildi. Bir müddət davam edən iqtisadi çöküşdən sonra, 18-ci yüzillikdə genişmiqyaslı inkişaf planları qəbul edildi, bu, Odens sarayının yenidən qurulmasına və ticarəti asanlaşdıran Odens limanına kanalın tikintisinə səbəb oldu. 1865-ci ildə burada Danimarkanın ən böyük dəmir yolu terminallarından biri tikildi, bu da əhalini və ticarəti daha da artırdı və 1900-cü ildə Odensin əhalisi 35.000-ə çatdı. Odensin Odinstårnet 1935-ci ildə tikiləndən sonra, Avropanın ən hündür qüllələrindən biri oldu, lakin İkinci Dünya müharibəsi zamanı nasistlər tərəfindən dağıdıldı. Cənubi Danimarka Universiteti 1966-cı ildə burada yaradılmışdır.

Odens adı "Odinin ziyarətgahı" mənasını verən Odins və Vé sözlərindən götürülmüşdür, çünki çağında ərazi Nordların tanrısı Odinin ibadətgahı idi.

Mündəricat

İqlim

Odens iqlimi
Göstərici Yan Fev Mar Apr May İyn İyl Avq Sen Okt Noy Dek İl
Mütləq maksimum, °C 11,2 13,4 18,5 27,4 28,8 31,6 33,4 33,6 27,7 23 15,8 12,4 33,6
Maksimum orta, °C 3,1 3,3 6,1 10,7 16 19,2 21,3 21,4 16,9 12,3 7,4 4,5 11,9
Orta temperatur, °C 1 1,1 3,1 6,6 11,6 14,7 16,6 16,5 13 9,2 5,1 2,5 8,4
Minimum orta, °C −1,5 −1,4 0,1 2,5 6,7 9,9 11,7 11,5 8,9 5,8 2,4 0,2 4,7
Mütləq minimum, °C −21,6 −20 −14,9 −5,3 −2 1,7 3,6 4,2 −1,4 −4,1 −16,2 −20 −21,6

Əhali

Əhali qrupları il
2023
Nömrə %
Danimarka əsilli 171,670 82,59%
Köçkünlər 25,732 12,38%
Aİ-27 7,716 3,71%
Aİ-27 xaricində Avropa 8,376 4,03%
Afrika 3,944 1,9%
Şimali Amerika 301 0,14%
Cənubi və Mərkəzi Amerika 542 0,26%
Asiya 15,192 7,31%
Okeaniya 76 –
Vətəndaşlığı olmayan –
Naməlum –
Ümumi 207,864 100%
Xarici vətəndaşların mənsub olduğu ölkələr
Milliyyət Əhali (2018)
Türkiyə [[Türkiyə]] 2,413
Somali Somali 2,296
Vyetnam Vyetnam 2,177
Bosniya və Herseqovina Bosniya və

Herseqovina

1761
Polşa Polşa 1,639
Suriya Suriya 1,314
Almaniya Almaniya 1,312
İran İran 1,129
Rumıniya Rumıniya 901

Görkəmli sakinlər

Nyels Helve1 Petersen, 2008
  • Yorgen Sadolin (təq. 1490 – 1559) danimarkalı islahatçı
  • Frans Berq (1504–1591) ruhani, Odens rektoru 1581, Oslo yepiskopu 1548–1580
  • Yakob B. Uinslou (1669–1760) Danimarka əsilli fransız anatomist.
  • İda Falbe-Hansen (1849–1922) danimarkalı pedaqoq, filoloq və qadın fəalı
  • Anna Lohse (1866–1942), müəllim və qadın hüquqları müdafiəçisi
  • Lise Østergaard (1924–1996) psixoloq və siyasətçi
  • Nyels Helveq Petersen (1939–2017) siyasətçi, Xarici İşlər Naziri 1993–2000
  • Vikram Kaur Xalsa (Kristen Lindholm kimi 1943-cü ildə anadan olub), keçmiş aktrisa, indi Sikh ilahiyyatçısı
  • Bendt Bendtsen (1954-cü il təvəllüdlü) 2009-dan 2019-a qədər Danimarka siyasətçisi və Avropa Parlamentinin üzvü
  • Lars Kristian Lilleholt (1965-ci il təvəllüdlü) siyasətçi, keçmiş Energetika, Kommunal Təsərrüfat və İqlim Naziri.
  • Jeanette Varberg (1978-ci il təvəllüdlü) arxeoloq, Danimarka Milli Muzeyinin kuratoru

Qardaşlaşdığı şəhərlər

Odenslə qardaşlaşmış 28 şəhər var. Onlardan bir neçəsi aşağıda qeyd olunub:

  • Çexiya Brno, Çexiya
  • ABŞ Kolumbus, ABŞ
  • Yaponiya Funabaşi, Yaponiya
  • Niderland Qroningen, Hollandiya
  • Cənubi Koreya İksan, Cənubi Koreya
  • Türkiyə İzmir, Türkiyə
  • Polşa Katovitse, Polşa
  • Litva Kaunas, Litva
  • Ukrayna Kiyev, Ukrayna
  • Farer adaları Klaksvík, Farer Adaları
  • İslandiya Kópavogur, İslandiya
  • İsveç Norçöpinq, İsveç
  • İsveç Estersund, İsveç
  • İsrail Petax-Tıkva, İzrail
  • Almaniya Şverin, Almaniya
  • Çin Şaoxinq, Çin
  • İngiltərə Sant Albans, İngiltərə
  • Finlandiya Tampere, Finlandiya
  • Norveç Tronheym, Norveç
  • Qrenlandiya Upernavik, Qrinlandiya

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Odens haqqında məlumat. Odens nədir? Odens nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    S:Müəllif:Qövsi Təbrizi

  • Fevral 27, 2026

    Atletiko Madrid

  • Fevral 23, 2026

    Atlas dağları

  • Mart 01, 2026

    Şahzadə Bəyazid

  • Fevral 27, 2026

    Saqqal

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst