Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kenzo Tanqe (yap. 丹下健三; 4 sentyabr 1913[…], Sakay[d], Yaponiya imperiyası – 22 mart 2005[…], Minato) — Yaponiyalı memar. Kenzo Tanqe XX əsrin ən önəmli memarlar

Kenzo Tanqe

  • Ana Səhifə
  • Vikipediya
  • Kenzo Tanqe

Kenzo Tanqe (yap. 丹下健三; 4 sentyabr 1913[…], Sakay[d], Yaponiya imperiyası – 22 mart 2005[…], Minato) — Yaponiyalı memar. Kenzo Tanqe XX əsrin ən önəmli memarlarından biri hesab olunur. Belə ki, yapon memarı Modernizm cərəyanı ilə ənənəvi yapon memarlığını birləşdirərək özünə məxsus yeni arxitektur cərəyan yaratmışdır. Memar tərəfindən layihələndirilən tikililər dünyanın beş qitəsində ucaldılmışdır. Eyni zamanda Kenzo Tanqe memarlıq sahəsinin ən nüfuzlu mükafatlarından olan Pritsker mükafatının 1987-ci ildə qalibi olmuşdur.

Kenzo Tanqe
yap. 丹下健三
Şəxsi məlumatlar
Doğum tarixi 4 sentyabr 1913(1913-09-04)[…]
Doğum yeri
  • Sakay[d], Yaponiya imperiyası
Vəfat tarixi 22 mart 2005(2005-03-22)[…] (91 yaşında)
Vəfat yeri
  • Minato, Tokio, Yaponiya
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı
  •  Yaponiya
  •  Yaponiya imperiyası
Təhsili
  • Tokio İmperiya Universiteti[d],
  • Nihon Universiteti[d]
İşləri və nailiyyətləri
Əsas tikililəri
  • Olimpiya Stadionu (Tokio),
  • Singapore Indoor Stadium[d]
Üzvlüyü
  • Amerika İncəsənət və Elmlər Akademiyası,
  • Təsviri Sənət Akademiyası
Mükafatları "Fəxri legion" ordeninin komandor dərəcəsi — 1996 "Mədəniyyət" ordeni — 1980 1-ci dərəcəli "Müqəddəs xəzinə" ordeni Grand Officer of the Order of the Sun of Peru‎ — 1983 elm və incəsənət sahəsində "Pour le Mérite" ordeni
İmzanın şəkli
tangeweb.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Tokio şəhərində təşkil edilən XVIII Yay Olimpiya Oyunları üçün Kenzo Tanqe tərəfindən dizayn edilmiş Yoyoqi Dövlət İdman Kompleksinin görünüşü. Kompleks 1964 Yay Olimpiya Oyunlarıının gimnastika yarışlarını qəbul etmişdir.
Tokio şəhərində 1964-cü ildə memar tərəfindən inşa edilən Müqəddəs Mariya Kafedralı. Roma-Katolik kilsəsinə mənsub olan kafedral XX əsrin ən müasir kilsələrindən sayılır.

Kenzo Tanqe 1913-cü ilin 4 sentyabr tarixində Yaponiyanın Osaka prefekturasının Sakayi şəhərində dünyaya gəlir. Atası bank işçisi olduğu üçün ailə o dövrdə Çin Respublikasının təkribində yer alan Vuhan şəhərində yaşayırdı. İş səbəbindən ailə müxtəlif vaxtlarda Şanxay və İngiltərə köçməli olur. 1920-ci ildə isə Kenzo Tanqe ailəsi ilə birlikdə yenidən Yaponiyaya qayıdır. Hələ məktəbli olduğu dönəmlərdə Le Korbuzye tərəfindən yazılan kitablardan təsirlənir və memar olmağa qərar verir. 1935-ci ildə Tokio Dövlət Universitetin Mühəndislik faklütəsinə daxil olan Kenzo Tanqe burada memarlıq sahəsində ali təhsil almağa başlayır.

Təhsilini başa vurandan sonra Kunio Maekawa adlı qrumda ixtisasına uyğun olaraq işə başlayır. Bir necə il işlədikdən sonra təhsil aldığı Tokio Dövlət Universitetinin magistr proqramına müraciət edir və qəbul olur. 1946-cı ildə həmin universitetdə asistent vəzifəsinə gətirilən gənc memar elə həmin il öz adına olan Kenzo laboratoriyasını yaradır. 1963-cü ildə isə Şəhər Mühəndisliyi və şəhərsalma ixtisası üzrə professor ünvanını qazanır. Kenzo Tanqenin tələbələri arasında onun memarlıq stilin və fəlsəfəsini davam edirən şəxslərdən Sachio Ōtani, Kishō Kurokawa , Arata Isozaki və Fumihiko Maki kimi nüfuzlu memarlar misal göstərilə bilər.

1949-cu ildə Yaponiyada Xirosima şəhərinə atom bombasının atılmasından 4 il sonra xatirə kompleksinin yaradılması ilə bağlı tender keçirilir. Tenderdə iştirak edənlər arasında olan Kenzo Tanqe tenderdən qalib çıxır və Xirosima Sülh Xatirə Parkının layihələndirilməsinə başlayır. Parkın dizayn elementləri arasında İsveçrəli memar Le Korbuzyenin izləri görünür.

1961-ci ildə Kenzo Tange & Urtec (Kenzo Tanqe və Ortaqları) şirkəti yaradılır. Adı ilə bağlı olan şirkətə rəhbərlik edən memar özünün bütün dünyada məşhurlaşmasına səbəb olacaq layihəsi Yaponiyanın Tokio şəhərində təşkil edilən 1964 Yay Olimpiya Oyunları üçün nəzərdə tutulmuş (yap. Kokuritsu Yoyogi Kyōgijō) Yoyoqi Dövlət İdman Kompleksini inşa edir. Pritsker mükafatının verdiyi məlumatda tikili XX əsrin ən gözəl dizayn edilmiş komplekslərindən biri elan olunur.

Kenzo Tanqenin məşhur layihələri arasında 1960-cı ildə təklif edilən Tokio şəhərin radikal şəkildə yenidən qurulması ilə bağlı olan Tokio Planı da vardır. Bu planın həyata keçirilməsi hər nə qədər mümkün olmasda planın mövcudluğu dünyanın müxtəlif bölgələrində yaşayan memarlar üçün yeni ilham qaynağına çevrildi. 1963-cü ildə zəlzələ nəticəsində böyük ölcüdə məhv olan Makedoniya Respublikasının paytaxtı Skopye şəhəri üçündə Yenidən qurma üzrə baş plan hazırlasada layihə qismən icra edilmişdir.

2005-ci ilin 22 mart tarixində ölkə paytaxtında vəfat edən Kenzo Tanqenin cənazəsi bir zamanlar özü tərəfindən dizayn edilmiş Tokio Kafedralında təşkil edilən dini mərasimin ardından torpağa verilmişdir.

Həyata keçirilən bəzi layihələri

  • 1955: Xirosima Sülh Xatirə Parkı, Xirosima, Yaponiya
  • 1957: Tokio Şəhər Bələdiyyəsinin köhnə binası, Tokio, Yaponiya
  • 1958: Kavaqa Hökumət Binaları, şərq ofisləri, Kavaqa, Yaponiya
  • 1960: Kurasiki Bələdiyyə Məclisi binası, Kurasiki, Yaponiya
  • 1964: Yoyoqi Dövlət İdman Kompleksi, Tokio, Yaponiya
  • 1964: Müqəddəs Mariya Kafedralı (Tokio Kafedralı), Tokio, Yaponiya
  • 1966: 1963-cü ildə baş vermiş zəlzələ zamanı dağılan Skopye şəhəri üçün yenidən qurma üzrə baş plan
  • 1970: EXPO 1970, Osaka, Yaponiya
  • 1977: Sogetsu Kaikan, Tokio, Yaponiya
  • 1979: Hane Mori Binası, Tokio, Yaponiya
  • 1982: Yeni Federal Paytaxt Bölgəsi, Nigeriya
  • 1986: Nanyanq Texnologiya Universiteti, Sinqapur
  • 1986: OUB Mərkəzi, Sinqapur
  • 1987: Amerika Tibb Dərnəyi binası, Çikaqo, ABŞ
  • 1991: Tokio Şəhər Bələdiyyəsi üçün inzibati bina
  • 1992: UOB Plaza, Sinqapur
  • 1996: Fuji Televiziya binası, Tokio, Yaponiya
  • 1998: Bəhreyn Universiteti, Bəhreyn
  • 1998: WKC Mərkəzi, Hyoqo, Kobe, Yaponiya
  • 2000: Kavaqa Hökumət Binası, Kavaqa, Yaponiya
  • 2000: Tokio Dome Hoteli, Tokio, Yaponiya
  • 2003: The Linear — Yaşayış Binaları, Sinqapur
  • 2005: Hwa Chong Vəqfinin yataqxanası, Sinqapur

Qalereya

  • Kenzo Tanqe tərəfindən yaradılan memarlıq nümunələri
  • Otsu Prins Hoteli
    Otsu Prins Hoteli
  • Xərcəng xəstəliyi üçün mərkəz
    Xərcəng xəstəliyi üçün mərkəz
  • Fuji Televiziya binası
    Fuji Televiziya binası
  • Müqəddəs Mariya Kafedralı
    Müqəddəs Mariya Kafedralı
  • Şanxay bankı
    Şanxay bankı
  • Sōgetsu Mərkəzi
    Sōgetsu Mərkəzi
  • Tokio Universitetinin inzibati binalarından biri
    Tokio Universitetinin inzibati binalarından biri
  • Xatirə Memorialı
    Xatirə Memorialı
  • Tokio Sərgi Salonu
    Tokio Sərgi Salonu
  • Tokio Şəhər Bələdiyyə binası
    Tokio Şəhər Bələdiyyə binası
  • Küveytin Tokio şəhərində yerləşən səfirliyi
    Küveytin Tokio şəhərində yerləşən səfirliyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kenzo Tanqe haqqında məlumat. Kenzo Tanqe nədir? Kenzo Tanqe nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Aryen Robben

  • Fevral 25, 2026

    Təbaşir dövrü

  • Fevral 23, 2026

    5 avqust

  • Fevral 23, 2026

    Düz xətt

  • Fevral 17, 2026

    Litva

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst