Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Müstəmləkə — xarici dövlət tərəfindən işğal olunaraq ondan asılı olan və müstəqil siyasi və iqtisadi hakimiyyəti olmayan, xüsusi rejimlə idarə olunan ərazi. Müs

Müstəmləkə

  • Ana Səhifə
  • Vikipediya
  • Müstəmləkə

Müstəmləkə — xarici dövlət tərəfindən işğal olunaraq ondan asılı olan və müstəqil siyasi və iqtisadi hakimiyyəti olmayan, xüsusi rejimlə idarə olunan ərazi. Müstəmləkələr üç qrupa bölünür:

  1. Siyasi suverenliyi saxlamış ölkələr. Bu ölkələr qeyri-bərabər anlaşmalar, borc öhdəlikləri və s. ilə dolaşdırılsalar da daxili siyasətlərində mühüm azadlıqlarını əldə saxlaya biliblər, xarici siyasətdə isə müstəmləkəçi ölkələrin ziddiyətlərindən istifadə edərək müəyyən dərəcədə müstəqil manevr etmək imkanına malik olan ölkələrdir. Afrika və Asiya regionunda bu ölkələrin payına əksər əhali düşür.
  2. Əvvəllər dolayısı ilə idarə olunan ölkələr — İndoneziya, Malayziya, Cənubi Yəmən, Nigeriya, Hindistan, Hind-Çin ölkələri və sairə. Bu ölkələrdə müstəmləkəçi ölkələr tamamilə xarici siyasəti və xarici iqtisadi əlaqələri müəyyən edirdilər, daxili siyasət isə ənənəvi hakim tərəfindən müəyyən olunur. Amma bəzi hallarda metropoliya bu ölkənin daxili işlərinə də müdaxilə edir. Afrika və Asiya qitələrində bu ölkələrin payına 12–15% əhali düşür.
  3. Həm xarici, həm də daxili siyasəti tamamilə metropoliya tərəfindən idarə olunan ölkələr.

Müstəmləkəçilik əleyhinə mübarizə

XX əsrin əvvəllərindən başlayaraq müstəmləkəçilik əleyhinə mübarizə başladı. Birinci dünya müharibəsindən sonra bu daha da genişləndi. Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə (İranda, Türkiyədə, Cənubi Qafqazda və b.) milli-azadlıq hərəkatı geniş miqyas aldı, lakin qalib dövlətlərin birgə səyləri ilə onların qarşısı alındı. Metropoliya dövlətləri müstəmləkələrdə və asılı ölkələrdə ənənəvi müstəmləkəçilik siyasətindən əl çəkməyə, Asiya, Afrika, Latın Amerikasının müstəmləkə regionlarında qərbsayağı iqtisadi, mədəni, sosial tədbirlər həyata keçirməyə başladılar. Rusiya da müstəmləkəyə çevirdiyi ərazilərdə, o cümlədən Qafqazda və Mərkəzi Asiyada belə hərəkət etmişdi.

Həmçinin bax

  • Müstəmləkəçilikdən azad olma

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Müstəmləkə haqqında məlumat. Müstəmləkə nədir? Müstəmləkə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Bosfor boğazı

  • Fevral 14, 2026

    Çili

  • Fevral 23, 2026

    Metan

  • Fevral 23, 2026

    İntibah

  • Fevral 23, 2026

    Kiyev

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst