Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nepal — Cənub-Şərqi Asiyada yerləşən dağlıq ölkə. Ölkə ərazisinin 6/7 hissəsini Himalay dağları silsiləsi tutur. Nepal ərazisində dünyanın ən yüksək zirvələri,

Nepal coğrafiyası

  • Ana Səhifə
  • Vikipediya
  • Nepal coğrafiyası

Nepal — Cənub-Şərqi Asiyada yerləşən dağlıq ölkə. Ölkə ərazisinin 6/7 hissəsini Himalay dağları silsiləsi tutur. Nepal ərazisində dünyanın ən yüksək zirvələri, Everest və Annapurna yerləşir. Ərazisində olan səkkiz zirvənin hündürlüyü 8000 metrdən yüksəkdir (dünyada belə zirvələrin sayı 14 -dür). Nepalın cənub sərhədləri hündürlüyü 200 −250 metr olan ensiz düzənlikdən keçir. Bu ərazi qumlu-gilicəli olub Hind-Qanq ovalığının simal sərhədi hesab olunur. Bu ərazilər nisbətən bataqlaşmışdır. Yay aylarında musson yağışları zamanı tez-tez daşqınlar meydana gəlir.

Nepal coğrafiyası
Qitə Asiya
Region Cənubi Asiya
Koordinatlar 28°00′ şm. e. 84°00′ ş. u.HGYO
Sahə
  • 93 (sahəsinə görə yeri)
  • 147 181 km²
  • 92,94%
  • su: 7,06%
Ən yüksək nöqtə 8 848, Everest dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Geoloji quruluşu və relyefi

Düzən əraziləri şimaldan Sivalik adlı təpəli tirə əhatə edir. Bu tirə Himalay silsiləsinin dağ ətəyi hesab olunur. Hündürlüyü 500–700 metr arasında dəyişir. Himalay dağların ən alçaq hissəsidir. Relyef bu bölgədə kəskin formalara malik deyil. Alçaq dağlar yastıdır və çaylarla kəskin parçalanmış. Sivalik tirəsinin şimal yamacı əkinçilik üçün süni terraslarla parçalanmış.

Sivalik tirəsindən şimalda ensiz təpəli depresiya zonası uzanır. Bu bölgə nepalca — Bhitri-Madeş adlanır. Depresiya zonasından sonra Himalayın orta qurşağı — Mahabharat dağ silsiləsi gəlir. Hündürlüyü 3000 metr olan bu silsilənin eni 16 km-dir. Silsilə bərk süxurlardan təşkil olunduğuna görə az parçalanmış və yamacları dik, zirvələri isə diş formasındadır. Məhs bu ərazidən indiyə kimi mövcud olan yeganə Hindistan-Katmandu yolu keçirdi.

Mahabharat silsiləsi ilə Baş Himalay dağları arasında dərin sinklez — daxili orta zona yerləşir (Midlend və ya Pahar-Khanda). Eni təxminən 25 km, hündürlüyü isə 600–2000 metr arasında dəyişir. Bu bölgədə Himalaydan gələn çaylar birləşir. Daxili zonada kənd təsərrüfatı üçün ən əlverişli olan və ölkənin ən çox məskunlaşmış bölgəsi — Katmadu vadisi yerləşir (600 км²).

Midlenddən şimalda Baş Himalay və ya Böyük Himalay silsiləsi yerləşir. Orta hündürlüyü — 6000 metrdir. Nepalca Himalay "qarlar məskəni" demıkdir. Ölkə ərazisindəki 1300 dağ zirvəsi qarla örtülüdür. Bu zirvələri ortasında dünyanın ən hündür zirvəsi — Everest və ya Comolunqma (neplaca — Saqarmatha) yerləşir (8848 m). Baş silsilə dik yamacları, şiş zirvələri və dərin dərələri ilə diqqəti çəkir. Nepalın şərq hissəsi, uzunluğu 10 km-dən çox Himalay qrabeni Çinlə olan sərhəddə yerləşir.

Həmçinin bax

  1. Nepal

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nepal coğrafiyası haqqında məlumat. Nepal coğrafiyası nədir? Nepal coğrafiyası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Lankaster

  • Fevral 28, 2026

    Pol Pot

  • Mart 01, 2026

    Zümrüd Quluzadə

  • Mart 01, 2026

    Mollahəsənli döyüşü

  • Fevral 27, 2026

    Financial Times

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst