Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Karbonatlar — minerallar, H2CO3 turşusunun duzları. Bir neçə növə bölünür: bikarbonatlar (turş duzlar, susuz və sulu normal K.) Karbonatlar; əlavə anionlu (OH)-

Karbonat

  • Ana Səhifə
  • Vikipediya
  • Karbonat

Karbonatlar — minerallar, H2CO3 turşusunun duzları. Bir neçə növə bölünür: bikarbonatlar (turş duzlar, susuz və sulu normal K.) Karbonatlar; əlavə anionlu (OH)-1, F-1, və ya Cl- Karbonatlar; (SO4)-2 və ya (PO4)-3 anionlu mürəkkəb K. İkivalentli kationlu (Ca, Mg, Fe, Mn, Ba, Sr, Pb, Zn, Cu və b.) Karbonatlar daha geniş yayılmışdır. Na+ və K+, həmçinin (NH4)+ kationu yalnız bikarbonatlar əmələ gətirə və ya ikiqat duzların tərkibinə daxil ola bilər. Nadir hallarda kationların sırasına Ni+3, Al+3, Bi+3 daxil olur. Bunlardan başqa, U+4, Ce+3, La+3 və b. ilə də Karbonatlar sırası məlum­dur. Karbonatlar üçün çoxsaylı tam və ya natamam izomorf sıralar səciyyəvidir. İkiqat duzlar geniş yayılmışdır. Karbonatlar əksəriyyəti triqonal və rombik sinqoniyada, çox az bir hissəsi heksaqonal, monoklinik və b. sinqoniyalarda kristallaşır. Karbonatlar içərisində polimorfizm hadisəsi geniş yayılmışdır. Karbonatlar əksəriyyəti rəngsizdir, Fe, Mn, Cu iştirak edən Karbonatlar qonur, çəhrayı, sarı, yaşıl və b. rəngli də olur. Sərtliyi 3-5. Xüsusi çəkisi 1,5-8,1 (Bi-lu K.). Karbonatlar üçün yüksək ikiqat şüasındırma səciyyəvidir. Karbonatlar əksəriyyəti ekzogen proseslər zamanı əmələ gəlir. Kalsit, dolomit və başqa karbonatlar çöküntü və metamorfik süxur qatlarını təşkil edir. Karbonatlar bir qismi biokimyəvi yolla əmələ gəlir. Karbonatlar hidrotermal yataqlarda (orta və aşağı temperaturlu) geniş yayılmış­dır. Filiz yataqlarının oksidləşmə zonasında Pb, Zn, Cu və b. ağır metalların karbonatlar toplanır. Karbonatlar sənayenin bir çox sahəsində istifadə olunur: tikintidə - sement və başqa tikinti materialları, metallurgiyada odadavamlı materiallar, kağız, şüşə istehsalında, optika, kimya sənayesində və b. Karbonatlar bir çox metalların (Pb, Zn, Cu, Fe, Mn və b.) filizləridir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, karbonat sözünün mənası, karbonat haqqında məlumat. karbonat nədir? karbonat nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Smolensk

  • Mart 01, 2026

    Nudibranchia

  • Mart 01, 2026

    Marixuana

  • Fevral 27, 2026

    Fotoapparat

  • Fevral 27, 2026

    Əhkam

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst