Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Məsih Paşa (ö. 1501, İstanbul) — II Bəyazid dönəmində 1499 - 1501 tarixlərində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Məsih Paşa

  • Ana Səhifə
  • Vikipediya
  • Məsih Paşa

Məsih Paşa (ö. 1501, İstanbul) — II Bəyazid dönəmində 1499 - 1501 tarixlərində ümumilikdə 2 il Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət adamıdır.

Məsih Paşa
osman. مسيح پاشا
Osmanlı sədrəzəmi
1499 – 1501
ƏvvəlkiÇandarlı II İbrahim Paşa
SonrakıXədim Əli Paşa
Şəxsi məlumatlar
Doğum tarixi XV əsr
Doğum yeri Yunanıstan
Vəfat tarixi 1501
Vəfat yeri
  • İstanbul, Osmanlı imperiyası
Fəaliyyəti dövlət xadimi, hərbi qulluqçu
Dini İslam
Rütbəsi
  • admiral

Həyatı

Yunan əsilli olub Paleoloqlar sülaləsinə mənsubdur. Sonuncu Bizans imperatoru XI Konstantinin qardaşı oğludur. Anası isə Venesiyanın adlı-sanlı ailələrindən olan Kontarini ailəsinə mənsubdur. Böyük qardaşı Murad Paşa ilə İstanbulun fəthindən sonra əsir düşmüş və hər ikisi Sultan Mehmedin xidmətinə alınaraq sarayda böyüdülmüşdür.

Məsih Paşanın ilk vəzifələri haqqında ətraflı məlumat yoxdur. Kamalpaşazadəyə görə, Sultan Mehmedin son illərində vəzirliyə gətirilmişdir. Bu da böyük ehtimalla 1476-cı ilin sonu vəya 1477-ci ilin əvvəllərinə təsadüf edir. Çünki 26 noyabr 1477 və 1478 tarixli iki sənəddə Məsih Paşa ikinci vəzir olaraq qeyd olunur. 1480-ci ildə Rodos adasının fəth edilməsi ilə vəzifələndirilmiş, ancaq bu hücum uğursuz olduğu üçün vəzirlikdən alınıb Gəliboluya sürgün edilmişdir.

1482-ci ilin may ayında dövrün sədrəzəmi olan İshaq Paşanın vasitəsilə yenidən vəzir seçildi. Bu əsnada baş verən taxt dəyişikliyi və Cem Sultan məsələsi ilə bağlı Gədik Əhməd Paşa ilə birlikdə müzakirələrə qatıldı. Rodos elçiləri ilə şəxsən görüşdü (Sentyabr 1482). Buna görə də II Bəyazidin gözündə etibar qazandı. Buna görə də 1482-ci ilin noyabrında edam edilən Gədik Əhməd Paşanın yerinə ikinci vəzir oldu. İshaq Paşa 1482-ci ildə sədarətdən alınaraq Saloniki sancaqbəyi təyin edildi və Kamalpaşazadəyə görə, Məsih Paşa 1485-ci ilədək sədrəzəmlik vəzifəsində qaldı. Bu sədarəti dövründə II Bəyazidin 1484 tarixli Boğdan səfərinə qatıldı.

Ancaq bilinməyən səbəbə görə, 1485-ci ildə anidən vəzifədən alındı və Plovdiv hakimi təyin olundu. Səbəbi göstərilməsə də, bu vəziyyətin Cem Sultan məsələsi vəya o illərdə baş verən Osmanlı-Məmlük müharibəsi ilə bağlı olduğu ehtimal olunur. Paytaxta yazdığı məktubların nəticəsi olaraq 1487-ci ildə Kəfə sancaqbəyiliyinə gətirildi. Burada bir neçə siyasi hadisəyə adı qarışmış, eyni zamanda 1488 tarixli Kəfə gömrük dəfətrlərinə görə, kəndxudası vasitəsilə Azov qalasında kölə ticarəti ilə məşğul olmuşdur. II Bəyazidin kiçik oğlu Şahzadə Mehmedin 1489-cu ildə Kəfə sancaqbəyi seçilməsi ilə Məsih Paşa buradan alındı və İsparta sancaqbəyi seçildi.

Oğlu Əli bəy 28 iyun 1506-cı ildə Sultan Bəyazidin nəvəsi Fatma xanım Sultanla (Ayşə Sultanın qızı), nəvəsi Əhməd bəy isə1 həftə sonra Qəmərşah xanım Sultanla (Ayşə Sultanın qızı) nigahlandı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məsih Paşa haqqında məlumat. Məsih Paşa nədir? Məsih Paşa nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qodzyu-ryu

  • Fevral 27, 2026

    Çağatay xanlığı

  • Fevral 27, 2026

    Kormesi xan

  • Fevral 27, 2026

    Van (titul)

  • Fevral 27, 2026

    Ağamirzə Əhmədov

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst