Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kamran Qaraş oğlu Məmmədov (21 dekabr 1922, Şuşa, Şuşa qəzası – 6 aprel 1989, Bakı) — filologiya elmləri doktoru, professor.

Kamran Məmmədov

  • Ana Səhifə
  • Vikipediya
  • Kamran Məmmədov

Kamran Qaraş oğlu Məmmədov (21 dekabr 1922, Şuşa, Şuşa qəzası – 6 aprel 1989, Bakı) — filologiya elmləri doktoru, professor.

Kamran Məmmədov
Kamran Qaraş oğlu Məmmədov
Doğum tarixi 21 dekabr 1922
Doğum yeri Şuşa, Şuşa qəzası, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 6 aprel 1989 (66 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi filoloq
Elmi dərəcəsi filologiya elmləri doktoru
Elmi adı professor
İş yeri AMEA Nİzami adına Ədəbiyyat İnstitutu
Təhsili Azərbaycan Pedaqoji İnstitutu
Mükafatları

əməkdar elm xadimi,

qabaqcıl maarif xadimi

Mündəricat

Həyatı

Kamran Qaraş oğlu Məmmədov 21 dekabr 1922-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbin yeddiillik sinfini bitirdikdən sonra, 1936-1938-ci illərdə Bakı Pedaqoji Texnikomunda təhsil almışdır. O, təhsilini Azərbaycan Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində davam etdirmişdir. Kamran Məmmədov 1938-1941 illərdə bu ali məktəb ocağında oxumuşdur. O, 1941-1942 illərdə II Dünya Müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq qoymağa məcbur olmuş, 1943-cü ildə ağır yaralandıqdan sonra hərbi qospitalda müalicə almışdır. Daha sonra Kamran Məmmədov 1943-1945 illərdə ali təhsilini Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) başa vurmuşdur.

Kamran Məmmədov 1944-1945 illərdə Azərbaycan Dövlət Radio Verilişləri Komitəsində ədəbi redaktor, 1945-1947 illərdə Uşaqgəncnəşrdə şöbə müdiri, 1945-1951 illərdə Azərbaycan Elmlər Akademiyasının (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) Dil və Ədəbiyyat İnstitutunda aspirant, elmi işçi işləmişdir.

Kamran Məmmədov eyni zamanda 1948-1952 illərdə Pedaqoji Xarici Dillər İnstitutunda baş müəllim işləmişdir.

Kamran Məmmədov Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunda (indiki AMEA Nizami adına Ədəbiyyat İnstitutu) bir müddət baş elmi işçi vəzifəsində çalışdıqdan sonra, 1961-1986 illərdə "XX əsr Azərbaycan ədəbiyyatı" şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1986-cı ildən ömrünün sonuna kimi Nizami adına Ədəbiyyat İnstitutunda elmi məsləhətçi olmuşdur.

Kamran Məmmədov "Əməkdar elm xadimi" (1982), "Qabaqcıl maarif xadimi"(1982)fəxri adlarına layiq görülmüş, "Şərəf nişanı", 2-ci dərəcəli Vətən müharibəsi ordenləri və medallarla təltif olunmuşdur.

O, Azərbaycan və Türkiyə Ensiklopediyalarının üzvüdür.

Kamran Məmmədovun rəhbərliyi altında 12 namizədlik dissertasiyası müdafiə edilmiş, 70-ə qədər namizədlik və doktorluq dissertasiyalarına rəsmi opponent olmuşdur.

Kamran Məmmədov 6 aprel 1989-cu ildə Bakıda vəfat etmişdir.

Elmi fəaliyyəti

Kamran Məmmədovun XIX-XX əsrlər Azərbaycan ədəbiyyatına dair monoqrafik tədqiqatları, ədəbi-tənqidi məqalələri vardır.

O, 1971-ci ildə Azərnəşrdə çap edilən ikicildlik Əbdürrəhim bəy Haqverdiyevin "Seçilmiş əsərləri"nin, 1984-cü ildə nəşr olunan Qasım bəy Zakirin "Seçilmiş əsərləri"nin tərtibçisidir.

Kamran Məmmədov üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin (1957-1960) müəlliflərindən biridir.

Kamran Məmmədov eyni zamanda bədii nəsr, xatirə və publisistikaya aid əsərlərin də müəllifidir.

Əsərləri

  • Ə.Haqverdiyev. Bakı, 1955
  • Qasımbəy Zakir. Bakı, 1957.
  • Nəcəfbəy Vəzirov. Bakı, 1963
  • Əbdürrəhimbəy Haqverdiyev. Bakı, 1970
  • XIX əsr Azərbaycan şeirində satira. Bakı, 1975
  • Yusif Vəzir Çəmənzəminli. Bakı, 1981.
  • Qasım bəy Zakir. Bakı, 1984
  • Yusif Vəzir Çəmənzəminli. Bakı, 1987.
  • XX əsr Azərbaycan gülüşü. Bakı, 1989.
  • Nəcəf bəy Vəzirov. (Əsəri çapa hazırlayan: filologiya elmləri namizədi Dilara Məmmədova). Bakı, 1995.
  • Yuxusuz illər. Bakı, 1969
  • Ömrün izi. Bakı, 1976
  • Dünyamız uşaq gözündə. Bakı, 1983
  • Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı, 1971
  • Azərbaycan yazıçılarının həyatından dəqiqələr. Bakı, 1979

Ədəbiyyat

  1. Flora Xəlilzadə. Ömrün izləri. "Azərbaycan" qəzeti, 1 sentyabr, 2012-ci il.
  2. Əmin Əfəndiyev. Klassik ədəbi irsimizi tədqiq edən nəsillərin estafeti. "Ədəbiyyat qəzeti" 28 dekabr 2012-ci il, №48.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, kamran məmmədov sözünün mənası, kamran məmmədov haqqında məlumat. kamran məmmədov nədir? kamran məmmədov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Mobbinq

  • Fevral 27, 2026

    1924-cü il

  • Fevral 27, 2026

    Tekmessa

  • Mart 06, 2026

    Sirkə aldehidi

  • Fevral 27, 2026

    Azərbaycan rublu

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst