Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kəsəmən — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd.

Kəsəmən (Basarkeçər)

  • Ana Səhifə
  • Vikipediya
  • Kəsəmən (Basarkeçər)

Kəsəmən — İrəvan quberniyasının Novo-Bəyazid qəzasında, keçmiş Basarkeçər (Vardenis) rayonunda, indi Geğarkunik vilayətində kənd.

Kənd
Kəsəmən
40°17′ şm. e. 45°44′ ş. u.HGYO
Ölkə  Ermənistan
Region Geğarkunik mərzi
Rayon Basarkeçər rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 2.050 ± 1 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 568 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Kəsəmən xəritədə
Kəsəmən
Kəsəmən
Kəsəmən xəritədə
Kəsəmən
Kəsəmən

Mündəricat

Tarixi

İrəvan quberniyasının Novobayazid qəzasında kənd adı. Kəsəmən kəndinin ərazisi və yaranma tarixi III–V əsrlərdən 1387-ci ilə qədər Alban türklərinin yaşayış yeri, 1387-ci ildən 1500-cü ilə qədər Qazax mahalının əhalisinin yaylaq və otaraq məskənləri olmuşdur. Nəhayət XVI əsrdə (1500) Qazax mahalının Qıraq Kəsəmən kəndindən Göyçə mahalına gələn Şeşəlilər tayfasının banisi Şeşə Əlinin oğlanları Emin və Səfər qardaşları kəndin himini qoymuşdur. Kəndin relyefi qardaşların çox xoşuna gəldiyi üçün həmin yerləri özlərinə daimi yaşayış məskəni seçmişlər. Kəndin adı yarandığı ilk gündən 1988-ci ilin dekabrına qədər 2 dəfə dəyişdirilmişdir. 1500-cü ildən 1978-ci ilə qədər Kəsəmən, 1978-ci ildən 1988-ci ilin dekabrına qədər Bahar olmuşdur. Kəndin ilk adı Kəsəmən toponimi isə Qazax mahalının Qıraq Kəsəmən kəndinin adı ilə bağlıdır.

Qazaxların Kəsəmən tayfasının adını əks etdirir.

Kənd rayon mərkəzi Basarkeçərdən 15 km məsafədə yerləşir.

25 yanvar 1978-ci ildə kəndin adı Bahar, 19 aprel 1991-ci ildən isə kəndin adı Arpunk qoyulmuşdur.

Coğrafiyası

Rayon mərkəzindən 10 km (avtomobil yolu ilə 15 km) şimalda, dağ ətəyində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir.

Toponimikası

Toponim qazax türk tayfasının tirələrindən biri olan kəsəmən etnonimi əsasında formalaşmışdır. Etnotoponimdir. Quruluşca sadə toponimdir.

Ermənistan SSR AS RH-nin 27 yanvar 1978-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Bahar, Ermənistan prezidentinin 19 aprel 1991-ci il fərmanı ilə isə bir daha dəyişdirilib Artunk qoyulub.

Toponimləri

Kənddə Alban türklərinin yaşamasından bəhs edən kilsə olmuşdur. Kəndin şimal hissəsində Ocaq təpəsi adlanan müqəddəs ziyarətgah dini abidələrdən biridir. Kəndin adları Türk toponimlərindən ibarət yurd yerləri vardır.

Onlardan Bayramın bulağı, Cüt bulağı, Duzlu bulağı, Subatan bulağı, Qurbanəli bulağı, Yun yuyulan bulaq, Koroğlu bulağı, Təkgözənin bulağı, Ağqaya, Kalvayı Vəlinin qayası, Ağdaş qayası, Göyqaya, Şılapqa qayası, Ocaq təpəsi dağı, Dəyirman təpəsi, Koroğlu təpəsi, Şiştəpə, Sarınər təpəsi, Bölgü dərəsi, Nemətin dərəsi, Ağ suyun və qara suyun dərələri, Bənd dərəsi, Məşədi isə dərəsi, Camış ölən dərəsi, Əsəd Binə düşən örüşü, Seyidlər örüşü, Bədəl odluyan örüşü, Hacı-Əlinin böyük yeri, Emin ölən yer, Təndir-torpağı yeri, Dolayılar yeri və Qzaxlının yurdu kimi yerləri göstərmək olar.

Kəndin 4 su dəyirmanı olmuşdur. Ondan ikisi Xudaverdilər tayfasından Məşədi Qurbanəli kişinin, biri Kərimlilər tayfasından, İsgəndər kişinin, o biri də Xudaverdilər tayfasından Hasanalı kişinin dəyirmanları olmuşdur. Həmin dəyirmanlardan İsgəndər kişinin dəyirmanı 1960–1970-ci illərə qədər, Məşədi Qurbanəlinin və Hasanalı kişinin dəyirmanları isə 1945–1946-cı illərə qədər işlənmiş, kənd və ətraf əhalisinə xidmət göstərmişdir.

Kənd rayon mərkəzindən 18 km şimal-qərb tərəfdə, Göyçə mahalının şimal-şərq tərəfində 15 km məsafədə Azərbaycanın indiki Gədəbəy rayonu ilə, şərq tərəfdən 15 km Qaraiman, cənub tərəfdən 3 km Kiçik Məzrə, cənub tərəfdən 1 km, 1926–1927-ci illərdə salınmış erməni kəndi Norakerd, qərb tərəfdən isə 8–10 km məsafədə Göysu kəndləri ilə həmsərhəddir.

Təhsil

Məktəb direktorları
Soyadı, adı və atasının adıBaşlama tarixiBitmə tarixi
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu19281930
Hacıyev İsgəndər Qurbanəli oğlu19301932
Hüseynov Hüseyn Həsən oğlu19321941
Cabbarov Adil Nadir oğlu19421944
Hacıyev İsgəndər Qurbanəli oğlu19441971
Abbasov İslam Zal oğlu19711978
Xudiyev Əziz Məşədi oğlu19781981
Alıyev Musa Hüseyn oğlu19811988

1924–1925-ci illərdə kənddə dövlət tərəfindən ilk məktəb açılmışdır. Məktəbin inzibati binası olmadığı üçün dərslər imkanlı şəxslərin evlərində keçirilmişdir. 1941-ci ilə qədər ibtidai IV illik, sonra VII illik, 1960-cı illərin sonuna qədər VIII illik, 1970-ci illərdən sonra isə tam orta məktəb olmuşdur. 1966-cı ildə iki mərtəbəli yeni məktəb binası istifadəyə verilmişdir.

1965-ci ildə uzun müddət məktəb direktoru işləmiş, Ermənsitan SSR-nin əməkdar müəllimi (1950) İsgəndər Hacıyevin anadan olmasının 60 illik yubileyi rayon səviyyəsində keçirilmişdir.

Təxminən 1967-ci ildə kənddə uşaq bağçası fəaliyyətə başlamışdır. İlk müdir Güləsər olmuşdur. Sonrakı illərdə Gülruba, 1984-cü ildən sonra isə Bəsti Əliyeva olmuşdur.

İqtisadiyyatı

Kolxoz sədrləri
Soyadı, adı və atasının adıBaşlama tarixiBitmə tarixi
Elbəyi (Nərimanlı kəndi)19301936
Rzayev Qəhrəman Rza oğlu19361937
Balıyev Qara Hüseyn oğlu19371942
Vəliyev İman İbrahim oğlu19421943
Əsədov İsmayıl19431946
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu19461950
Hüseynov Abbasəli19501954
Abbasov İslam Zal oğlu19541959
Hüseynov Musa Cabbar oğlu19591961
Allahverdiyev Nəriman19611963
Allahverdiyev Məmmədhüseyn Binnət oğlu19631965
Abbasov İslam Zal oğlu19651971
Hüseynov Hüseyn Həmzə oğlu19711973
Həbibullayev Əsədulla19731978
Hüseynov Musa Cabbar oğlu19781981
Abbasov Vəli Mehralı oğlu19811988
İbrahimov Nazim05.198812.1988

Kənddə kolxoz quruculuğu 1930-cu illərdə başlamışdır. Kənddə əsasən heyvandarlıq və əkinçilik inkişaf etmişdir.

Əhalisi

Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 379 nəfər, 1886-cı ildə 492 nəfər, 1897-ci ildə 671 nəfər, 1908-ci ildə 713 nəfər, 1914-cü ildə 966 nəfər, 1916-cı ildə 894 nəfər azərbaycanlı yaşamışdır.

1919-cu il aprelin 13–20-də azərbaycanlılar ermənilər tərəfindən qırğınlarla qovulmuşlar. İndiki Ermənistanda sovet hakimiyyəti qələbə çalandan sonra sağ qalan azərbaycanlılar geri qayıda bilmişlər. 1922-ci ildə burada 249 nəfər, 1926-cı ildə 414 nəfər, 1931-ci ildə 569 nəfər, 1939-cu ildə 758 nəfər, 1959-cu ildə 583 nəfər, 1970-ci ildə 891 nəfər, 1979-cu ildə 955 nəfər, 1987-ci ildə 1200 nəfər azərbaycanlı yaşamışdır.

1988-ci ildə azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi-etnik torpaqlarından qovulmuşlar. İndi burada ermənilər yaşayır.

Kəsəmən kəndində Şeşə Əlilər, Xudaverdilər, Tapanlılar, Kor Hüseynlilər, Usuflular, Kərimlilər, Hacı Əlilər, Abdullalılar, Səfərlilər kimi tanınan nəsillər yaşamışdır.

İlSayı
1831 166
1873 379
1897 671
1908 713
1914 966
İlSayı
1916 894
1922 249
1926 414
1931 569
1939 758
İlSayı
1959 583
1970 891
1979 955
1987 1.200
1989 693
İlSayı
2001 458
2011 568

Tanınmışları

Dövlət xadimləri
  • Qəşəm Aslanov — Şuşa, Abşeron və İsmayıllı rayonlarının birinci katibi.
  • Sərdar Kərimov — Azərbaycanın əməkdar həkimi, Azərbaycan Respublikası Səhiyyə nazirinin 1-ci müavini (1999–2003).
  • Xəzər Aslanov — Xızı Rayon İcra Hakimiyyətinin başçısı.
  • İnam Kərimov — Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri.
  • Mətin Kərimli — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin müavini.
  • Məhəmməd Bayramov — Azərbaycan Respublikasının əməkdar müəllimi (30.09.2009), Binəqədi, Xətai rayonlarında təhsil şöbəsinin müdiri, Bakı Təhsil İdarəsinin müdir müavini, 1-ci dərəcəli dövlət qulluqçusu.
  • Rövşən Aslanov — Fövqəladə Hallar Nazirliyi Gəncə Regional Mərkəzinin rəisi, polkovnik.
Alimləri
  • Ziyad Abbasov — Azərbaycanın Əməkdar ixtiraçısı, Əməkdar kənd təsərrüfatı işçisi.
  • Ələddin Allahverdiyev — Azərbaycan, Rusiya və SSRİ alimi, professor.
  • Məhəmmədhəsən Qafarov — biologiya elmləri doktoru, professor.
  • Zülfüqar Quliyev — biologiya elmləri doktoru, professor.
  • İbrahim Axundov — riyaziyyat elmləri namizədi.
  • Könül Bünyadzadə — şərqşünas alim, fəlsəfə elmləri doktoru, AMEA-nın müxbir üzvü.
  • Almaz Ülvi — yazıçı-publisist, filologiya elmləri doktoru.
  • İsrafil Cabbarov — fizika-riyaziyyat elmləri namizədi.
  • İsa Ələkbərov — alim.
  • Ələddin Ələkbərov — kənd təsərrüfatı elmləri namizədi.
  • Əziz Ələkbərov — iqtisadiyyat elmləri doktoru.
Şair və yazıçıları
  • Ülvi Bünyadzadə — şair, publisist.
  • Səyyarə Məmmədli — şair-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü.
  • Asəf Orucoğlu — "Millət" qəzetinin redaktoru və baş redaktoru.
  • Əli Coşqun — şair
  • Şair Musa Kərimov — şair
  • Sahib İbrahimli (Axundov) — şair, publisist, dramaturq.
İncəsənət xadimləri
  • Aşıq Bayra
  • Aşıq Bəşir Bayram oğlu
  • Aşıq Nağı Qulu oğlu Bədəlov (1880–1976) — Aşıq Ələsgərin şəyirdi.
  • Məmmədəli Balayev — Azərbaycan Respublikasının xalq artisti.
  • Lalə Hüseynzadə — rəssam.
Din xadimləri
  • Molla Əsgər — Nəcəfdə ali dini təhsil almışdır
  • Molla Musa Əsgər oğlu
  • Molla Məşədi
  • Molla İsaq
  • Molla Muxtar
Təltif olunanlar
  • İsmayılov Oruc — Şöhrət ordeninin hər iki dərəcəsi
  • Ələkbərov Qara — Qızıl Ulduz ordeni, leytenant
  • Əli Nağı oğlu — Qızıl Ulduz ordeni
  • Allahverdiyev Məmmədhüseyn Binnət oğlu — "Qafqazın müdafiəsinə görə" medalı, "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı, kiçik leytenant
  • Bayramov İbrahim Hüseyn oğlu (1916–2003) — Avropa müqavimət hərakatının iştirakçısı, İtaliya-Yuqoslaviya partiyanı və Mehdi Hüseynzadənin silahdaşı.

Qaçqınlıq

Kənd əhalisi 1905–1907-ci illərdəki I qaçqınlıq zamanı zorla doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşlər. Kənd əhalisi Daşkəsən, Gədəbəy, Samux və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1907-ci ilin yazında doğma yurdlarına qayıtmış, az bir hissəsi məskunlaşdığı ərazidə qalmışdır. Kəndin təxminən 50–60 evi, 150–200 nəfərə yaxın əhalisi olmuşdur.

Kənd əhalisi 1018–1920-ci illərdəki II qaçqınlıq zamanı zorla doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Daşkəsən, Gədəbəy, Samux, Şəmkir, Gəncə və başqa yerlərdə məskunlaşmışdır. Kənd əhalisi 1921-ci ilin yazında doğma yurdlarına qayıtmış, az bir hissəsi məskunlaşdığı ərazidə qalmışdır. Qaçqınlıq zamanı kəndin təxminən 70–80 evi, 400 nəfərə yaxın əhalisi olmuşdur. 1948–1953-cü illərdəki III qaçqınlıq zamanı kənd əhalisi doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Tərtər rayonunun Qaradağlı kəndində məskunlaşmış, çox hissəsi 1955–1956-cı illərə qədər yenidən doğma kəndinə qayıtmış, təxminən 25–30 evi, 120–140 nəfərə yaxın əhali Qaradağlı kəndində qalmışdır. Qaradağlı kəndində yaşamaqla bərabər kənd yaxınlığındakı Təzəkənd adlanan yeni yaşayış məntəqəsini də özləri üçün daimi yaşayış məntəqəsi seçdilər.1988–1991-ci illərdəki IV qaçqınlıq zamanı əhalisi tamamilə doğma yurdlarından çıxarılaraq qaçqın düşmüşdür. Kənd əhalisi Bakı, Gəncə, Şəmkir, Gədəbəy, Tərtər, Xanlar, və başqa yerlərdə məskunlaşıblar. Kənd əhalisi bu günə qədər həmin yerlərdə yaşayırlar. Kəndin 160 evi, 1000 nəfərə yaxın əhalisi olmuşdur. Aparılan statistik məlumatlara görə Kəsəmən kəndinin 1905-ci ildən 1988-ci ilin dekabrına qədər 1000-dən çox evi, 10 000 nəfərə yaxın əhalisi olmuşdur.

Ədəbiyyat

  • "Azərbaycan Respublikası Xatirə Kitabı", XIII cild, "Respublika Xatirə Kitabı" redaksiyası, Bakı, 2013. səh. 545–547. (Toplayıb tərtib edəni: Araz Yaquboğlu)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kəsəmən (Basarkeçər) haqqında məlumat. Kəsəmən (Basarkeçər) nədir? Kəsəmən (Basarkeçər) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Samaqar noyon

  • Fevral 27, 2026

    Tat

  • Fevral 27, 2026

    İqlim sistemi

  • Fevral 27, 2026

    Xoşkotan

  • Fevral 25, 2026

    İctimai elmlər

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst