Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Tovuz, Qazax qəzası – 5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı sə

Kərim Sultanov

  • Ana Səhifə
  • Vikipediya
  • Kərim Sultanov

Kərim Xankişi oğlu Sultanov (16 aprel 1913, Tovuz, Qazax qəzası – 5 sentyabr 1975, Kirovabad) — Azərbaycan teatr aktyoru, Gəncə Dövlət Dram Teatrının aparıcı səhnə ustası, Azərbaycan SSR əməkdar artisti (1961).

Kərim Sultanov
Doğum tarixi 16 aprel 1913
Doğum yeri Tovuz, Qazax qəzası, Yelizavetpol quberniyası, Rusiya İmperiyası
Vəfat tarixi 5 sentyabr 1975 (62 yaşında)
Vəfat yeri Kirovabad, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası→
Azərbaycan Azərbaycan Xalq Cümhuriyyəti→
SSRİ SSRİ
Fəaliyyəti teatr aktyoru
Fəaliyyət illəri 1923-cü ildən
Təhsili Azərbaycan Kənd Təsərrüfatı İnstitutu
Teatr Gəncə Dövlət Dram Teatrı
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1961

Mündəricat

Həyatı

Kərim Sultanov 16 aprel 1913-cü ildə Tovuzda anadan olub. Kiçik yaşlarında ailəsi ilə birlikdə Nuxaya köçərək burada ibtidai təhsil alıb. 1923-cü ildə Səməd Tağızadənin rəhbhərlik etdiyi dram dərnəyinə üzv olub. 1924-cü ildə ailəsi ilə Gəncəyə qayıdıb və şəhərdəki qadınlar klubunun dram dərnəyində müxtəlif rollar oynayıb. 1931-ci ildə Gəncədəki Kənd Təsərrüfatı İnstitutuna daxil olub.

Kərim Sultanov Gəncə Dövlət Dram Teatrının direktoru Ələkbər Seyfinin təklifi ilə 1934-cü ildə teatrın aktyor truppasına qəbul olunub. Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra, 1945-ci ilin oktyabr ayında yenidən truppaya dəvət alıb. Sənət dostu Məmməd Bürcəliyevlə birlikdə yazdıqları "Yadigar" dramı 18 yanvar 1948-ci ildə Gəncə teatrında tamaşaya qoyulub.

Aktyor 5 sentyabr 1975-ci ildə Kirovabadda vəfat edib və buradakı Səbiskar (Sərdabəli) qəbiristanlığında dəfn olunub.

Təltif və mükafatları

  • "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 14 dekabr 1961[⇨]
  • Azərbaycan SSR Ali Sovetinin fəxri fərmanı — 20 may 1958[⇨]

İfa etdiyi əsas rollar

Kərim Sultanov həm romantik, həm də realist üslublu tamaşalarda müxtəlif rollar ifa etmişdir.

  • "Hacı Qara", Mirzə Fətəli Axundov — Heydər bəy
  • "Lənkəran xanının vəziri", Mirzə Fətəli Axundov — Teymur Ağa
  • "Ölülər", Cəlil Məmmədquluzadə — İsgəndər
  • "Yaşar", Cəfər Cabbarlı — Yaşar
  • "Solğun çiçəklər", Cəfər Cabbarlı — Bəhram
  • "Nəsrəddin şah", Cəfər Cabbarlı — Mirzə Tağı xan
  • "Oqtay Eloğlu", Cəfər Cabbarlı — Hacı Zaman
  • "Səyavuş", Hüseyn Cavid — Rüstəm
  • "Xoşbəxtlər", Sabit Rəhman — Mürşüd
  • "Aşnalar", Sabit Rəhman — Murad
  • "Küləklər", Sabit Rəhman — Nəsir bəy
  • "Bahar", Məmmədhüseyn Təhmasib — Qüdrət
  • "Bahar suları", İlyas Əfəndiyev — Uğur
  • "Qaçaq Nəbi", Süleyman Rüstəm — Təhmas bəy
  • "İldırım", Cabbar Məcnunbəyov — İldırım
  • "Göz həkimi", İslam Səfərli — Rauf
  • "Madrid", Mirzə İbrahimov — Xoze
  • "Kişilər", Altay Məmmədov — Cəlilzadə
  • "Sevinc", Şıxəli Qurbanov — Fərhad
  • "Şərqin səhəri", Ənvər Məmmədxanlı — General Tomson
  • "Sən yanmasan…", Nəbi Xəzri — Yanar
  • "Medeya", Evripid — Kreont
  • "Otello", Vilyam Şekspir — Yaqo
  • "Qaçaqlar", Fridrix Şiller — Şvarts
  • "Cancur Səməd", Jan Batist Molyer — Notarius
  • "Kələkbaz sevgili", Lope de Veqa — Lüsindo
  • "Kəllə", Nazim Hikmət — Polis rəisi
  • "Bura gəlin", Əziz Nesin — Mateh
  • "Quduz pullar", Aleksandr Ostrovski — Qriqori Kuçumov
  • "Ezop", Gilerma Fiqeyredu — Aqnostos
  • "Praqanın şabalıd ağacları altında", Konstantin Simonov — Petrov
  • "Aldanmış adaxlı", Riçard Şeridan — Don Fernando
  • "Aygül diyarı", Mustay Kərim — Yaqafar

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kərim Sultanov haqqında məlumat. Kərim Sultanov nədir? Kərim Sultanov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Zəiflətmə müharibəsi

  • Fevral 27, 2026

    Qızılay Meydanı

  • Fevral 27, 2026

    Nazik bağırsaq

  • Fevral 27, 2026

    Əl-Ədəbül-Müfrəd

  • Fevral 27, 2026

    Riqveda

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst