Əl-Ədəbül-Müfrəd (ərəb. الأدب المفرد) — Buxarinin əxlaqla bağlı hədislər məcmuəsi.
| Əl-Ədəbül-Müfrəd | |
|---|---|
| ərəb. الأدب المفرد | |
| Müəllif | Buxari |
| Janr | hədis |
| Mövzu | əxlaq |
| Orijinalın dili | ərəb dili |
Əsər
"Əl-Ədəbül-Müfrəd" 1329 və ya 1322 əxlaqla bağlı hədisi əhatə edir. Bu hədislər 644 babda cəmlənmişdir. Buxari bu hədisləri həsaslıqla seçmiş və bütün hədislərin sənədlərini təqdim etmişdir. Lakin "əl-Ədəbül-Müfrəd", "əl-Cəmius-səhih" qədər rəğbət görməmiş, XX əsrin əvvəllərinə qədər mətn və sənədlər üzərində heç bir tədqiqat aparılmamamışdır. XX əsrin 40–50-ci illərindən sonra Heydərabaddakı əl-Cəmiətül-Osmaniyyə müəllimlərindən Fəzlullah əl-Cilani əsərin nüsxələrini və nəşrlərini müqayisə edərək "əl-Ədəbül-Müfrəd"dəki hədislərin tədqiqatını apararaq "Fəzlullahis-səməd fi təvzihil-Ədəbil-müfrəd" adlı şərhi ərsəyə gətirmişdir (Qahirə: 1945, 1958).
"Əl-Ədəbül-Müfrəd" müxtəlif əsərlərin tərkibində (Şahabad: 1887; Aqra: 1889; İstanbul: 1889 və s.) və müstəqil halda nəşr olunmuşdur (Qahirə: 1927, 1930; Beyrut: 1984 və s.).
Həssən Əli əsərdən seçdiyi 300 hədisi ingilis dilinə, Əli Fikri Yavuz isə əsəri türk dilinə tərcümə etmişdir.
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əl-Ədəbül-Müfrəd haqqında məlumat. Əl-Ədəbül-Müfrəd nədir? Əl-Ədəbül-Müfrəd nə deməkdir?