Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Köçəri ― Azərbaycanın milli rəqsi olan yallının bir növü. “Köçəri” (sinonim: ötəri) sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən

Köçəri

  • Ana Səhifə
  • Vikipediya
  • Köçəri

Köçəri ― Azərbaycanın milli rəqsi olan yallının bir növü. “Köçəri” (sinonim: ötəri) sözünün azərbaycanca mənası bir yerdə qərar tutmayan, tez-tez yerini dəyişən deməkdir. Bu amil rəqsin də gedişində özünü göstərir belə ki, rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən balaban və nağara çalınır. 2/4 ritmində oynanılan bir rəqsidir. 1940-cı ildə erməni bəstəkarı Aram Xaçatryan konsert verərkən Azərbaycanın “Köçəri” rəqsindən istifadə edib. Bunun heç cür erməni rəqsinə bir aidiyyatı yoxdur. Qədim tarixə malik bu rəqs, Azərbaycanın folklor nümunəsidir.

Köçəri
Azərbaycan milli rəqsi “Köçəri”
Azərbaycan milli rəqsi “Köçəri”
Taktı 2/4
Tempi Aramla
Mənşəyi Azərbaycan, türk

Mündəricat

Tarixi

“Köçəri” rəqsi Yallı rəqsinin bir növü olduğundan, onun yaranma tarixi yallının tarixi qədər hesab oluna bilər. Azərbaycanda mərasim rəqsi sayılan “Yallı”nın tarixini eramızdan əvvəl V minnilliyə aid olduğunu sübuta yetirmişdir. Qobustandakı qayaüstü təsvirlərin yaranma tarixi üst Paleolit dövrünün orta Daş (Mezolit) dövrünə aid olunur. Buradakı qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə aşkar edilmiş və ilk tədqiqat işi əməkdar elm xadimi İshaq Cəfərzadə tərəfindən aparılmışdır. Qobustanın qayaüstü təsvirlər kolleksiyası Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılıtəpə, Şonqar və Şıxqaya dağları sahəsində aşkar edilmişdir. Uzunluğu 15-20 km, eni isə 2 km olan bu ərazidə “petroqlif” üsulu ilə çəkilmiş (mənası; “daş üzərində naxış açma”) 6 mindən çox təsvir əldə olunmuşdur ki, bu təsvirlərin bəzilərində əl-ələ tutub yallı gedən insan cizgilərinə rast gəlirik. Ordubadın Tivi və Nəsirvazlı kəndlərinin şimal-şərqində yerləşən, dəniz səviyyəsindən 3907m yüksəklikdə qərarlaşan Gəmiqaya dağındakı qayaüstü təsvirlər isə ilk dəfə 1960-cı illərdə qeydə alınmışdır. Buradan çoxlu sayda “qazma”, “cızma”, “döymə” üsulu ilə icra edilmiş (çəkilmiş) rəsmlər və piktoqrafik yazı nümunələri tapılmışdır. Gəmiqayada uzun müddət arxeoloji tədqiqatlar aparmış istedadlı alim-arxeoloq Vəli Əliyev tərəfindən öyrənilmiş qaya təsvirləri arasında bəzi rəsmlər “yallı” o cümlədən onun növlərindən olan “Köçəri” rəqsinin tarixindən xəbər verir. Təsvirlərin birində qayanın mərkəzi hissəsində od və günəş rəmzi sayılan kiçik dairə, onun ətrafında isə qollarını yuxarı qaldırıb rəqs edən insan rəsmləri həkk olunmuşdur. Köçəri rəqsi əsasən Naxçıvanda geniş yayılmışdır. Qərbi Azərbaycanda (indiki Ermənistan), azərbaycanlılar oradan tamamilə deportasiya edilməzdən əvvəlki zamanlarda, azərbaycanlıların ifa etdikləri populyar rəqs idi. Qədim tarixə malik Naxçıvan diyarının Şərur, Sədərək, Kəngərli, Culfa və Şahbuz rayonlarının folklor kollektivləri tərəfindən repertuara daxil edilərək nümayiş olunmaqla, toy şənliklərinə xüsusi rövnəq verir. Xüsusən Naxçıvanda el şənliklərində geniş ifa edilir. Rəqsin adından göründüyü kimi, onun yaradıcıları köçərilərdir. Eyni zamanda Azərbaycan xalqının sevimli rəqsləri silsiləsinə daxildir. Asta və sürətli hissələrdən ibarət olan “Köçəri” rəqsi üç variantlıdır. Kişilərin və qadınların ya ardıcıl olaraq, ya da bir qadın, bir kişi vəziyyəti ilə düzülüşündə yallıbaşı əlinə çubuq alır. Bu çubuq ifaçıları cəzalandırmaq üçün yox, əslində rəqs xarakterlidir.

"

«Köçəri» çal, köçən mənəm,
Yurd yerindən pərən-pərən.
Çal, gora gedən qız mənəm,
Özüm oynayım, oynayım.

"

Türkiyədə də bu rəqs populyardır. Kars - yallı rəqslərindən biridir. Artvində də oynanılır. Avropanın bəzi ölkələrində də Köçəri rəqsinə yaxın yallı rəqslərinə rast gəlmək olur.

Rəqs qaydası

Digər Azərbaycan xalq rəqsləri kimi, Köçəri rəqsi də bir qayda olaraq, 3 hissədən ibarətdir: birinci hissə sürətlidir, dairə üzrə rəqs; ikinci hissə lirikdir, rəqqas sanki yerində donub qalır (“süzür”), bədənin qaməti qəti və vüqarlı tərzdə dik tutulur; uçüncü hissədə - yenə dairə üzrə rəqs, sür”ətli, təntənəli və böyük emosional coşğunluqla səciyyəvi olur. Rəqs edənlər bir-birlərinin kəmərlərindən tutaraq, dairəvi yallı gedirlər. Rəqs ritmikdir, əsasən onu balaban (bəzən zrna) və nağara müşayiət edir. Rəqsin tempi 2/4 ritmindədir. Köçəri rəqsini əksər hallarda yalnız kişi, bəzən xalis qadın, yaxud ənənəvi olaraq qarışıq (kişi və qadın) tərkibli ifaçılar ifa edirlər.

Köçəri rəqsini müşayiət edən musiqi alətləri
Nağara
Böyük nağara
Balaban
Zurna

Həmçinin bax

  • Azərbaycan rəqsləri

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Köçəri haqqında məlumat. Köçəri nədir? Köçəri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Helheym

  • Fevral 27, 2026

    Amrat mədəniyyəti

  • Fevral 27, 2026

    Bədəvi

  • Fevral 27, 2026

    Chondrostei

  • Fevral 27, 2026

    I Ərdəşir

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst