Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Helheym (p.ger. Helheim; bukv. Helin ağalıq etdiyi yer) — german-skandinav mifologiyasında ölülər diyarı. Hel adlı div tanrı Odini devirdikdən sonra Helheymə ağ

Helheym

  • Ana Səhifə
  • Vikipediya
  • Helheym

Helheym (p.ger. Helheim; bukv. Helin ağalıq etdiyi yer) — german-skandinav mifologiyasında ölülər diyarı. Hel adlı div tanrı Odini devirdikdən sonra Helheymə ağalıq edir.

"Odin Helheymə sürür". Uilyam Gerşom Kollinqvud. 1908-ci il.

Mündəricat

Etimologiya

Qədim skandinav dilində qadın cinsində olan "Hel" xüsusi ismi bu diyara ağalıq edən varlıq ilə eynidir. Bu terminin müasir ingilis dilindəki "Hall", eləcə də qədim skandinav dilindəki "Valhalla" (azərb. Öldürülmüşlərin zalı‎) sözü ilə əlaqəsi var. Bu sözü bütün german dillərində tapmaq mümkündür. Məsəlüçün, qədim ingilis dilindəki "Hell", qədim friz dilindəki "Helle", qədim sakson dilindəki "Hellia", qədim yuxarı alman dilindəki "Hella" və qot dilindəki "Halja" bu nümunələrə aiddir. Bu sözün bütün formaları bərpa edilmiş pragerman dilindəki qadın cinsində olan *xaljō" (azərb. Üstü basdırılmış yer/Cəhənnəm‎) ismindən törəmişdir. Bu sözün pragerman dilindəki forması da prahind-Avropa dilindəki "*kel-" və "*kol-" (azərb. Üstünü örtmək/Gizlətmək/Qorumaq‎) sözlərindən törəmişdir.

Nəzəriyyələr

Snorri Sturlusonun müəllifi olduğu "Böyük Edda" kitabında Helheym haqqında yazdıqları üzərində tədqiqat aparmış Hilda Ellis-Devidson qeyd edir ki, "Snorrinin cəhənnəm haqqında yazdıqlarının əsasən öz işindən ibarət olması doğruyabənzər görünür". Ellis-Devidsona görə, xəstəlikdən və yaşlılıqdan ölənlərin Helheymə daxil olması fikri Snorrinin bu ənənəni Valhalla ilə barışdırmaq cəhdidir və o, bunu Snorrinin verdiyi "Helheymin yeganə ətraflı izahı"nın Baldrın Helheymə yaşlılıqdan və ya xəstəlikdən ölməyərək daxil olması ilə əsaslandırır. Ellis-Devidson yazır ki, Snorri Helheymi izah edərkən böyük ehtimalla bizə məlum olmayan "zəngin bir mənbə"dən istifadə edirdi, ancaq bu mənbə ona çox məlumat verməyib. Ellis-Devidson əlavə olaraq, Snorrinin təqdim etdiyi Helheym təsvirinin bəzi hallarda xristian doktrinasındakı cənnət ilə bağlı öyrədilən məlumatlardan təsirləndiyini irəli sürür.

Qeydlər

  1. Bu sözdən müasir ingilis dilindəki "Hell" sözü törəmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Helheym haqqında məlumat. Helheym nədir? Helheym nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tekmessa

  • Fevral 27, 2026

    Baqəvərçiçəklilər

  • Fevral 27, 2026

    Ağzıbir (Göyçə)

  • Fevral 27, 2026

    Similan adası

  • Fevral 27, 2026

    Xornabuci qalası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst