Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954[…], Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi.

Juan Lorensu

  • Ana Səhifə
  • Vikipediya
  • Juan Lorensu

Juan Manuel Qonsalves Lorensu (port. João Manuel Gonçalves Lourenço; 5 mart 1954[…], Lobitu[d], Benquela vilayəti[d]) — anqolalı siyasətçi.

Juan Manuel Qonsalves Lorensu
port. João Manuel Gonçalves Lourenço
Anqola Prezidenti
Vəzifədədir
26 sentyabr 2017-ci ildən
    ƏvvəlkiJoze Eduardu duş Santuş
    Anqolanın Milli Müdafiə Naziri
    22 aprel 2014 – 26 sentyabr 2017
    Şəxsi məlumatlar
    Doğum tarixi 5 mart 1954(1954-03-05)[…] (72 yaş)
    Doğum yeri
    • Lobitu[d], Benquela vilayəti[d], Anqola
    Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, nazir
    Həyat yoldaşı Ana Diaz Lourens
    Uşağı 6
    Rütbəsi
    • general-polkovnik

    Təltifləri Collar of the Spanish Order of the Civil Merit — 2023 "Xose Marti" ordeni "İtaliya qarşısında xidmətlərə görə" ordeni — 2023 "Şahzadə Henri" ordeninin böyük boyunbağısı — 2018 "Ən qədim möcüzəli velviçiya" ordeni — 2018 "Serbiya Respublikası" ordeni
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    26 sentyabr 2017-ci il tarixindən Anqola Respublikasının Prezidenti vəzifəsində çalışır. 2014–2017-ci illərdə isə Anqola Respublikasının Milli Müdafiə Naziri olmuşdur.

    Mündəricat

    Həyatı

    Lorensu 1954-cü ildə anadan olub. O, on uşaqlı bir ailədə böyüyüb. İbtidai və orta təhsilini Biye və Luanda əyalətlərində portuqal dilində almışdır. Ardınca təhsilini Luanda Sənaye İnstitutunda davam etdirmişdir.

    1974-cü ilin avqustunda Ponta Neqradakı azadlıq mübarizəsinə qatılmışdır. Hərbi karyerasına Anqolanın Qurtuluş Müharibəsində Portuqaliyaya qarşı döyüşərək başlamış, sonra isə Angola Vətəndaş Müharibəsi zamanı Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı partiyasının üzvü olaraq döyüşmüşdür. Lorensu artilleriya təhsili almış və daha sonra Angolanın Qurtuluş Uğrunda Xalq Hərəkatı Partiyasında funksionerlərdən biri olmuşdur.

    1978–1982-ci illərdə Lorensu Sovet İttifaqınada və Hərbi-Siyasi Akademiyada təhsil almışdır. Orduda artilleriya generalı vəzifəsinə qədər yüksəldikdən sonra Lorensu siyasətlə məşğul olmağa başladı və 1984-cü ildə Moşiko əyalətinə qubernator təyin edildi.

    2016-cı ilin oktyabr ayına qədər Vaşinqtonda Dünya Bankında vəzifə tutan Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının Parlament üzvü və keçmiş Planlaşdırma Naziri Ana Dias Lorensu ilə evli idi. Altı övladı var, hamısı hazırda Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasında fəaliyyət göstərir. Ana dili olan cənubi mbundu və portuqal dilindən başqa rus, ispan və ingilis dillərini də bilir.

    Siyasi fəaliyyəti

    1984-cü ildə Moşiko vilayətinə qubernator təyin edildikdən sonra hakim partiyadakı karyera pilləkənlərinə qalxmağa davam etdi. 1992–1997-ci illərdə Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyası Məlumat Katibi və 1993–1998-ci illərdə Parlamentdəki Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyası Parlament Qrupunun Prezidenti olmuşdur.

    Partiyanın 12 dekabr 1998-ci il tarixli qurultayında Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının baş katibi seçildi.

    Lorensu 2003–2014-cü illərdə Parlamentin Birinci vitse-prezidenti olub. 2014-cü ilin aprelində Milli Müdafiə Naziri təyin edildi və 2016-cı ilin avqustunda Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının vitse-prezidenti seçildi. 2018-ci ilin sentyabr ayında Joze Eduardu duş Santuşun yerinə Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının Sədri oldu.

    23 avqust 2017-ci ildə Anqola Prezidenti seçildi və 26 sentyabrda vəzifəsinə başladı və ölkə tarixindəki üçüncü prezident oldu.

    8 sentyabr 2018-ci ildə 1975-ci ildən bəri Anqolanın hakim partiyası olan Anqolanın Qurtuluşu Uğrunda Xalq Hərəkatı Partiyasının Prezidenti seçildi və 5-ci partiya lideri oldu.

    Təltifləri

    • "Namibiya" ordeni (4 may 2018)
    • "Şahzadə Henri" ordeni

    Həmçinin bax

    • Ana Diaz Lourens

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, juan lorensu sözünün mənası, juan lorensu haqqında məlumat. juan lorensu nədir? juan lorensu nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Banknot

    • Fevral 27, 2026

      Tomas Mor

    • Mart 02, 2026

      Lüdviq Erhard

    • Fevral 27, 2026

      Missisipi

    • Fevral 27, 2026

      Kastamonu

    Trend Mahnılar
    • Fevral 28, 2026

      Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 17, 2026

      Xumar Qedimova - Dünya

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 25, 2026

      Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst