Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Filiki Eterya (yun. Φιλική Εταιρεία, azərb. Dostluq Cəmiyyəti‎) — Yunanıstanı Osmanlı imperiyasının işğalından azad etmək məqsədi ilə 1814-cü ildə bir qrup yuna

Filiki Eteriya

  • Ana Səhifə
  • Vikipediya
  • Filiki Eteriya

Filiki Eterya (yun. Φιλική Εταιρεία, azərb. Dostluq Cəmiyyəti‎) — Yunanıstanı Osmanlı imperiyasının işğalından azad etmək məqsədi ilə 1814-cü ildə bir qrup yunan tərəfindən yaradılmış məxfi bir cəmiyyət. Bu cəmiyyətin adı bəzi mənbələrdə Etnik-i Eteriya kimi də göstərilir.

Filiki Eteriyanın binası, Odessa

Bu sözün mənası “Dostluq Cəmiyyəti” deməkdir. Onlar Qərbi Avropada fəaliyyət göstərən məxfi mason cəmiyyətlərinin yaradılış və fəaliyyət göstərmə üsullarını mənimsəmişdilər. Filiki Eteriya 1814-cü ildə Emmanuil Ksantos, Nikolaos Skufas və Atanasios Çakalof adlı üç yunan tərəfindən o dövrdə Rusiyanın, müasir dövrdə isə Ukraynanın sərhədləri daxilində yerləşən Odessa şəhərində yaradılmışdır. Cəmiyyətin məqsədi Yunanıstan İstiqlaliyyət müharibəsini həyata keçirmək və Bizansı dirçəltmək idi. Bu təşkilat pul yığmış, silah paylamış, Osmanlı imperiyasının əleyhinə baş verəcək qiyam üçün təbliğat işləri aparmışdır. Hərəkatın lideri Aleksandr İpsilanti olmuşdur.

Bu qərarlar əsasında birləşmiş assosiasiyasının mərkəzi Manya idi. Mərkəz 1818-ci ildə İstanbula köçürülmüşdür. 1820-ci il aprel ayının 12-də keçirilmiş iclas zamanı assosiasiyanın rəhbərliyinə çar I Aleksandrın adyutantı olan Aleksandr İpsilantis gətirilmişdir. Məlumdur ki, 1820-ci ilə qədər cəmiyyətin üzvlərinin sayı 200.000 nəfərə çatmışdı. Valaxiya-Moldavia hərəkatlarında, Moreya (1821) və Krit inqilablarında (1897) fəal rol oynamış Filiki Eteriya Osmanlı imperiyasının dağılması zamanı əsas məqsədlərindən uzaqlaşaraq “Megali İdea” (Böyük Yunanıstan) ideyasını irəli sürərək imperialist xarakter qazanmışdır.

Mündəricat

Təşkilatın andı

Andın birinci hissəsi

Filiki Eteriya
Filiki Eteriyanın andı
Filiki Eteriyanın andı
Filiki Eteriyanın lideri olan Aleksandr İpsilantis
Filiki Eteriyanın lideri olan Aleksandr İpsilantis

«And içirəm həqiqi Tanrının hüzurunda, könüllü olaraq, həyatım boyu bu təşkilata sadiq olacağıma.

And içirəm ki, bu təşkilatın heç bir nişanəsini və ya sirrini açıqlamayacağam. Heç bir səbəblə başqalarının bu təşkilat haqqında bir şey öyrənməsinə imkan verməyəcəyəm.

And içirəm ki, bu barədə nə qohumlarıma, nə də ruhani və ya başqa bir dostuma bir söz belə deməyəcəyəm.»

Orijinal mətn (yun.)
«ΟΡΚΙΖΟΜΑΙ ΕΝΩΠΙΟΝ ΤΟΥ ΑΛΗΘΙΝΟΥ ΘΕΟΥ ΟΙΚΕΙΟΘΕΛΩΣ ΟΤΙ ΘΕΛΩ ΕΙΜΑΙ ΕΠΙ ΖΩΗΣ ΠΙΣΤΟΣ ΕΙΣ ΤΗΝ ΕΤΑΙΡΕΙΑΝ ΚΑΤΑ ΠΑΝΤΑ. ΝΑ ΜΗΝ ΦΑΝΕΡΩΣΩ ΤΟ ΠΑΡΑΜΙΚΡΟΝ ΑΠΟ ΤΑ ΣΗΜΕΙΑ ΚΑΙ ΤΟΥΣ ΛΟΓΟΥΣ ΤΗΣ. ΜΗΤΕ ΝΑ ΣΤΑΘΩ ΚΑΤ’ ΟΥΔΕΝΑ ΛΟΓΟΝ ΑΦΟΡΜΗ ΤΟΥ ΝΑ ΚΑΤΑΛΑΒΩΣΗ ΑΛΛΟΙ ΠΟΤΕ ΟΤΙ ΓΝΩΡΙΖΩ ΠΕΡΙ ΤΟΥΤΩΝ, ΜΗΤΕ ΕΙΣ ΣΥΓΓΕΝΕΙΣ ΜΟΥ, ΜΗΤΕ ΕΙΣ ΠΝΕΥΜΑΤΙΚΟΝ Ή ΑΛΛΟΝ ΦΙΛΟ ΜΟΥ.»

Andın ikinci hissəsi

«Nəhayət, and içirəm sənə, ey müqəddəs, lakin bəlalı Vətən!

And içirəm sənin uzun illər çəkdiyin əzablara, and içirəm sənin iztirablı və acı göz yaşlarına, neçə əsr boyunca əzab çəkmiş və hələ də çəkən bədbəxt övladlarının axıtdığı göz yaşlarına...

Bu anda mənim öz göz yaşlarıma, bu anda axan göz yaşlarıma and içirəm.

And içirəm ki, soydaşlarımın gələcək azadlığı naminə özümü sənə həsr edirəm, ey Vətən!»

Orijinal mətn (yun.)
«ΤΕΛΟΣ ΠΑΝΤΩΝ, ΟΡΚΙΖΟΜΑΙ ΕΙΣ ΣΕ, Ω ΙΕΡΑ ΠΛΗΝ ΤΡΙΣΑΘΛΙΑ ΠΑΤΡΙΣ. ΟΡΚΙΖΟΜΑΙ ΕΙΣ ΤΑΣ ΠΟΛΥΧΡΟΝΙΟΥΣ ΒΑΣΑΝΟΥΣ ΣΟΥ ΟΡΚΙΖΟΜΑΙ ΕΙΣ ΤΑ ΠΙΚΡΑ ΔΑΚΡΥΑ ΤΑ ΟΠΟΙΑ ΤΟΣΟΥΣ ΑΙΩΝΕΣ ΕΧΥΣΑΝ ΚΑΙ ΧΥΝΟΥΝ ΤΑ ΤΑΛΑΙΠΩΡΑ ΤΕΚΝΑ ΣΟΥ. ΕΙΣ ΤΑ ΙΔΙΑ ΜΟΥ ΔΑΚΡΥΑ ΧΥΝΟΜΕΝΑ ΚΑΤΑ ΤΑΥΤΗΝ ΤΗΝ ΣΤΙΓΜΗΝ ΚΑΙ ΕΙΣ ΤΗΝ ΜΕΛΛΟΥΣΑ ΕΛΕΥΘΕΡΙΑΝ ΤΩΝ ΟΜΟΓΕΝΩΝ ΜΟΥ, ΟΤΙ ΑΦΙΕΡΩΝΟΜΑΙ ΕΙΣ ΣΕ.»

Əlavə ədəbiyyat siyahısı

  • Vournas, Tasos. Friendly Society: her illegal organisational and persecution by the foreigners, Tolides Bros, (Athens 1982).
  • Germanos of Patras, Memoirs, (Introductory note, index, ref. Ioanna Yiannaropoulos – Tassos Gritsopoulos), (Athens 1975).
  • Yannis Kordatos. Rigas Feraios and Balkan Federation, (Athens 1974).
  • Emmanuil Xanthos. Memoirs for the Friendly Society, (facsimile reprint of 1834 ed), Vergina, (Athens 1996).
  • Michaletos, Ioannis. The History of a Greek Secret Society: Structure and Rites of the Philiki Etaireia Arxiv surəti 19 dekabr 2013 tarixindən Wayback Machine saytında 19 dekabr 2013 at the Wayback Machine, (www.balkanalysis.com 2007).

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, filiki eteriya sözünün mənası, filiki eteriya haqqında məlumat. filiki eteriya nədir? filiki eteriya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Avstraliya (qitə)

  • Fevral 27, 2026

    A vitamini

  • Fevral 28, 2026

    Nərimanlı

  • Fevral 25, 2026

    Bolu

  • Fevral 27, 2026

    İnikas

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst