Baden-Baden (alm. Baden-Baden) — Almaniyanın Baden-Vürtemberq torpağının Karlsruhe inzibati dairəsində şəhər. Sahəsi 140.18 km2, əhalisi 54581 nəfərdir (2005).
| Baden-Baden | |||||
|---|---|---|---|---|---|
| Baden-Baden | |||||
| |||||
| |||||
| 48°45′46″ şm. e. 8°14′27″ ş. u.HGYO | |||||
| Ölkə | | ||||
| Region | Baden-Vürtemberq | ||||
| Rayon | Karlsruhe | ||||
| Tarixi və coğrafiyası | |||||
| Sahəsi | 140.18 km² | ||||
| Mərkəzin hündürlüyü | 181 m | ||||
| Saat qurşağı | UTC+1 | ||||
| Əhalisi | |||||
| Əhalisi | 54.581 nəfər (2005) | ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodları | 07221, 07223 | ||||
| Poçt indeksləri | 76530, 76531, 76532, 76533, 76534 | ||||
| Nəqliyyat kodu | BAD | ||||
| Digər | |||||
| baden-baden.de (alm.) | |||||
![]() Baden-Baden | |||||
Ümumi məlumat
Şvarsvald dağlarının ətəklərində, 700 m hündürlükdə balneoloji və iqlim kurortudur. Əsas təbii müalicə amili natrium xloridli, radonlu termal (68 °C-yədək) bulaqlar dır; oynaq, həzm sistemi orqanları, ürək-damar, periferik əsəb sistemi xəstəlik ləri müalicə olunur. İqlimi yumşaq (ortaillik temp-r 9,7 °C), mülayim rütubətlidir (ortaillik nisbi rütubət 79%). Sanatoriyalar, müalicə otelləri, mineral su hovuzları, içməli su qalereyaları var. Üzüm müalicəsi (avqust–oktyabr) tətbiq edilir. Hələ 3 əsrdə burada Sivitas-Aureliya-Akvenzis kurortunun əsasını qoymuş romalılar Baden-Badenin bulaqlarından müalicə məqsədləri ilə istifadə etmişlər. Baden-Badendə beynəlxalq şahmat turnirləri (1870, 1925, 1981) keçirilir.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Baden-Baden haqqında məlumat. Baden-Baden nədir? Baden-Baden nə deməkdir?


