Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Cəsur Björn və ya Dəmiryanlı Byörn (isl. Björn Járnsíða; IX əsr – bilinmir) — Raqnar Lodbrokun oğlu, Munsyö sülaləsinin banisi yarı-əfsanəvi, yarı-həqiqi vikinq

I Björn

  • Ana Səhifə
  • Vikipediya
  • I Björn

Cəsur Björn və ya Dəmiryanlı Byörn (isl. Björn Járnsíða; IX əsr – bilinmir) — Raqnar Lodbrokun oğlu, Munsyö sülaləsinin banisi yarı-əfsanəvi, yarı-həqiqi vikinq döyüşçü, İsveç kralı.

Cəsur Byörn
Bjǫrn Járnsíða
isl. Björn Járnsíða
isv. Björn Järnsida
Byörnün kurqanı
Byörnün kurqanı
İsveç kralı
ƏvvəlkiÖsten Beli
SonrakıIII Erik
Şəxsi məlumatlar
Doğum tarixi IX əsr
Vəfat tarixi bilinmir
Vəfat yeri İsveç
Atası Raqnar Lodbrok
Anası Aslauq
Uşağı III Erik
Ailəsi Munsyö sülaləsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Raqnarın oğulları saqasına əsasən Byörn Raqnar Lodbrok və Aslauqun oğlu idi. Onun Halfdan Hvitserk, Sümüksüz İvar, Siqurd Raqnarsson, Ubbe Raqnarsson adında anabir-atabir, Erik Raqnarsson və Aqnar Raqnarsson adında atabir qardaşları var idi. Yetərincə böyüyəndən sonra Byörn və qardaşları Zelandiya, Eland və sairə kiçik Danimarka adalarını ələ keçirib orda hakimiyyətə başlamışdı. Atabir qardaşları Erik və Aqnar Raqnar Lodbrokun İngiltərəyə hücumu zamanı üsyan etmiş və Raqnarın öz yerinə müvəqqəti idarəçi kimi qoyduğu Östen Beli tərəfindən ələ keçirilib edam olunmuşdular. Buna qəzəblənən Björn anası Lagerta və qardaşı Halfdan Hvitserk ilə birlikdə Östeni məğlubiyyətə uğradıb edam etmişdi.

Atasının ölümündən sonra bütün Avropanı yağmalayan Byörn qardaşlarına İngiltərəni işğal etməyə kömək etmişdi. 860-cı ildə digər qardaşı Hastein Raqnarssonla birgə Aralıq dənizini yağmalağa yola düşdü. Cəbəli-Tariq və Cənubi Fransanı yağmalayandan sonra İtaliyanın Piza şəhərini ələ keçirmişdilər. Qədim Luna şəhərinə çatandan sonra Björn buranın Roma olduğunu zənn etmişdi. Şəhərə xəbərçi göndərən Björn özünü ölü kimi qələmə verdi və son vəsiyyətinin kilsədə basdırılmaq olduğunu xəbər verdi. Buna inanan şəhər əhalisi onun tabutunu kiçik bir dəstə ilə içəri buraxdı. Kilsənin içində tabutdan sıçrayan Björn kiçik dəstəsi ilə qapıya qədər gəldi və ordunu içəri buraxdı. İsveçə geri dönərkən Cəbəli-Tariq boğazında ərəb donanması ilə vuruşmalı olan Björn 40 gəmisini itirsə də İsveçə geri döndü. Qardaşları ilə gəldiyi nəticəyə əsasən İsveç və Uppsala Björnün payına düşdü. Björn bu baxımdan İsveç tarixində ilk əfsanəvi olmayan kraldır.

Ailəsi

Björnün ailəsi haqda az məlumat qalmışdır. İki oğlu olduğu məlumdur: dəniz kralı Refil Björnsson və onun yerinə kral olan III Erik.

Ölümü

Yaşadığı dövrlər kimi ölüm tarixi də məlum deyil. Munsyö kəndində tapılan bir kurqanda onun qəbri olduğu iddia olunur. Qəbrin üstündəki başdaşında yazılıb:

[Þo]rgautr þeir ... ... ôndu ok Guð[s]...

Torqautr, onlar ... ruh və Tanrının

İstinad

  1. Lagerquist, Lars O. (1997). Sveriges Regenter, från forntid till nutid. Norstedts, Stockholm. ISBN 91-1-963882-5
  2. "Uppsala Universiteti, Runik yazılar arxivi". 7 avqust 2011 tarixində . İstifadə tarixi: 20 aprel 2014.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Björn haqqında məlumat. I Björn nədir? I Björn nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    A.v.

  • Fevral 27, 2026

    Scientific American

  • Fevral 27, 2026

    Erythrostemon

  • Fevral 27, 2026

    Nəcis

  • Fevral 27, 2026

    Meroe

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst