Scientific American — 1845-ci il avqustun 28-də təsis edilmiş populyar elmi jurnal. Əvvəlcə həftəlik, daha sonra isə aylıq nəşr olunmuşdur. Jurnal Amerika Birləşmiş Ştatlarında fasiləsiz dərc edilən ən qədim jurnal hesab olunur.
| Scientific American | |
|---|---|
| |
| |
| Təsis tarixi | 28 avqust 1845 |
| Ölkə | |
| Qərargah | |
| Dil | amerikan ingiliscəsi |
| ISSN | 0036-8733, 1946-7087 |
| scientificamerican.com bibpurl.oclc.org/web/9566 cdl.library.cornell.edu/… search.epnet.com/login.a… nature.com/scientificame… | |
Nəşrin məqsədi yeni və innovativ elmi araşdırmaları, nəzəriyyələri və kəşfləri geniş oxucu kütləsinə, o cümlədən elm həvəskarlarına çatdırmaqdır.
2005-ci ilin dekabrına dair məlumatlara görə, jurnalın ABŞ-də aylıq tirajı təxminən 555 min, beynəlxalq tirajı isə 90 min nüsxə təşkil etmişdir. Elmi rəyli jurnal statusuna malik olmasa da, Scientific American dünyada ən nüfuzlu elmi jurnallardan biri hesab olunur. Jurnal daha çox elmi nəzəriyyələrin və kəşflərin geniş auditoriyaya izah edildiyi bir forumdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Scientific American haqqında məlumat. Scientific American nədir? Scientific American nə deməkdir?
