Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

IV Hörmüz (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣; fars. هرمز چهارم‎) — I Xosrovun oğlu. 579–590-cı illərdə Sasanilər imperiyasının hökmdarı olmuşdur.

IV Hörmüz

  • Ana Səhifə
  • Vikipediya
  • IV Hörmüz

IV Hörmüz (pəhl. 𐭠𐭥𐭧𐭥𐭬𐭦𐭣; fars. هرمز چهارم‎) — I Xosrovun oğlu. 579–590-cı illərdə Sasanilər imperiyasının hökmdarı olmuşdur.

IV Hörmüz
Doğum tarixi təq. 540(0540)
Doğum yeri
  • Ktesifon
Vəfat tarixi 590(0590) (49–50 yaşında)
Vəfat yeri
  • Ktesifon
Uşağı
  • II Xosrov
Atası I Xosrov Ənuşirəvan
Fəaliyyəti hökmdar[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Mənşəyi

IV Hörmüz adı ilə tanınsa da, Şahnamədə Torkzad, yəni Türk oğlu adı ilə də tanınır. Bunun səbəbini isə onun anasının türk xaqanının qızı olması göstərilir. Lakin bunu Encyclopædia Iranica rədd edir. Burada bildirilir ki, onun anasının türk xaqanının qızı olması mümkün deyildi, çünki IV Hörmüz II Xosrovdan otuz il öncə, təxminən 540-cı ildə dünyaya gəlmişdi.

Siyasəti

I Xosrov Hörmüzdün özünün şəxsi qabiliyyətlərini və bacarıqlarını görmüşdü və onu lider olaraq görürdü və onu IV Hörmüz adı ilə varisi elan edir. Hörmüzd 579-cu ildə taxta sahib olur, təvazökar və qəddar görünürdü, amma ürəyiaçıq və səmimi adam deyildi. Bəzi çox xarakterik xüsusiyyətləri Təbərinin əsərində verilmişdi. Atası əsilzadə və rahiblərə xüsusi qayğı göstərirdi. IV Hörmüz isə adi insanları müdafiə etdi, ordu və məhkəmədə ağır nizam-intizam qaydaları yaratdı.

Zərdüşt rahibləri xristianlara zülm etməyin tərəfdarı olduqları halda, taxtının təhlükəsizliyinin yalnız hər iki dinə mənsub olanların etibar və inamını qazanmaqdan keçdiyini anlayan IV Hörmüz bu təklifi qətiyyətlə rədd edir. Sonda IV Hörmüzün siyasəti hakim sinifin nümayəndələrinin bir çoxunun edam edam edilməsi və əmlaklarının ələ keçirilməsi ilə nəticələnir ki, bu da on qarşı güclü müxalifətin formalaşmasına səbəb olur. Bu müxalifətə Karenid sülaləsindən olan vəzir Bozorgmehr, onun qardaşı Simah-i Burzin, həmçinin Mehranilər sülaləsindən olan sərkərdə (spahbed) Izadgushasp, spahbed Behram-ı Mah Adhar və İspahbudan sülaləsindən Şapur, Vistəhm və Vinduyə daxil idilər. Təbəriyə görə IV Hörmüz 13.600 əsilzadəni və din kahinini edam etdirir. 580-ci ildə İberiya hökmdarı III Bakur vəfat edir və bu ölümü fürsət kimi qiymətləndirən IV Hörmüz İberiya ərazisində yerli idarəetməni tamamilə ləğv edir və buraya Sasani mərzbanı təyin edilir. Bu ləğvetmənin əsas səbəbi, yerli hökmdarların Sasanilər sülaləsinə problemlər yaratması idi.

Bizanslılarla müharibə

IVHörmüzdə atasından qərbdə Bizans İmperiyası ilə müharibə və şərqdə türklərlə müharibə miras qalmışdı. Tiberius II Konstantin ilə sülh danışıqları başlatmışdı, ancaq IV Hormizd atasının fəth siyasətininin nəticəsində əldə edilmiş olan torpaqların hər hansı bir hissəsindən imtina etmək istəməmişdi. Bu səbəblə də, bizanslı tarixçilər olan, Theophylact Simocatta (iii.16 ff), Menander Protector və Efesli Yuhanna (vi.22) tərəfindən məlumatlar və görüşlər haqqında verilmiş məlumatlar tam olaraq etibarlı sayılmır.

Qədim dövrdə Roma-Sasani sərhəddini göstərən xəritə

Sasani imeratoruna dərs vermək qərarına gələn Roma Generalı Maurice sərhəddi keçdi və Kürdüstanı işğal etdi. Növbəti il Midiya və Cənbi Mesopatamiyaya da öz nüfuzunu yaymağı planlaşdırdı. Onun bu planından xəbər tutan Qəssani hökmdarı Əl Mundhir, bu planı IV Hörmüzə bildirir və beləliklə Roma imperatoruna xəyanət edir. Maurice tez-tələsik geriyə çəkilmək məcburiyyətində qalır, ancaq Roma sərhəddinə doğru geri çəkilərkən İranlı general Adarmahan'ı məğlub edir.

582-ci ildə, Sasani sərkərdəsi Tamkhosrau Roma-Sasani sərhəddini aşır və Konstantinopola hücum edir, ancaq məğlub edilərək öldürülür. Bununla bərabər, Roma İmparatoru II Tiberiusun səhhətinin pisləşməsi ilə əlaqədar olaraq Mauricei dərhal Konstantinopola geri qayıdır. Bu sırada Mauricein yerini alan John Mystacon, Nymphius və Dəclə çaylarının birləşdiyi ərazidə Sasanilərə hücum edir, ancaq məğlub edilir və geriyə çəkilməyə məcbur olur. Bundan sonra başqa bir məğlubiyyətlə də üzləşdikdən sonra onun yerini Filipp aldı .

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, IV Hörmüz haqqında məlumat. IV Hörmüz nədir? IV Hörmüz nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Səlahəddin Kazımov

  • Mart 01, 2026

    Şəmsəddin Xanbabayev

  • Fevral 27, 2026

    Rəşidi xilafəti

  • Fevral 27, 2026

    Rio Mau

  • Fevral 27, 2026

    Qışlaq (Laçın)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst