Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev (1 aprel 1939, Aşağı Əndəmic, Ordubad rayonu – 13 yanvar 2025, Xaçmaz) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi.

Şəmsəddin Xanbabayev

  • Ana Səhifə
  • Vikipediya
  • Şəmsəddin Xanbabayev

Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev (1 aprel 1939, Aşağı Əndəmic, Ordubad rayonu – 13 yanvar 2025, Xaçmaz) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi.

Şəmsəddin Xanbabayev
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
23 oktyabr 2004 – 31 oktyabr 2019
ƏvvəlkiƏbülfəz Hüseynov
SonrakıElnur Rzayev
Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
2000 – 2004
Naxçıvan Muxtar Respublikasının Baş naziri
1992 – 2000
ƏvvəlkiBecan Fərzəliyev
SonrakıƏlövsət Baxşıyev
Azərbaycan Kommunist Partiyası Naxçıvan Şəhər Komitəsinin birinci katibi
12 dekabr 1983 – 1990
ƏvvəlkiElmira Qasımova
Azərbaycan Kommunist Partiyası Ordubad Rayon Komitəsinin birinci katibi
1980 – 1983
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1939(1939-04-01)
Doğum yeri
  • Aşağı Əndəmic, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 13 yanvar 2025(2025-01-13) (85 yaşında)
Vəfat yeri
  • Xaçmaz, Xaçmaz rayonu, Azərbaycan
Fəaliyyəti siyasətçi

Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni 1-ci dərəcəli "Əmək" ordeni — 20192019

Həyatı

Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev 1939-cu il aprelin 1-də Naxçıvan MSSR Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikumunu bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Plan Komitəsinin sədri — Baş nazirin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının Baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikasının Prezidentinin 30 mart 2009-cu il tarixli sərəncamı ilə "Şöhrət" ordeni, 4 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni, 28 mart 2019-cu il tarixli sərəncamı ilə 1-ci dərəcəli "Əmək" ordeni, 2 fevral 2024-cü il tarixli sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif olunmuşdur.

Ailəli idi. İki övladı var.

13 yanvar tarixində vəfat edib. "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəmsəddin Xanbabayev haqqında məlumat. Şəmsəddin Xanbabayev nədir? Şəmsəddin Xanbabayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Arxaika

  • Fevral 27, 2026

    The Sun

  • Fevral 27, 2026

    Hibrid kompüter

  • Fevral 27, 2026

    Kaliforniya körfəzi

  • Mart 01, 2026

    Ed Harris

Trend Mahnılar
  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst