Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həmid Cavanşir oğlu Abbasbəyli (17 noyabr 1991, Bakı – 19 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsus

Həmid Abbasbəyli

  • Ana Səhifə
  • Vikipediya
  • Həmid Abbasbəyli

Həmid Cavanşir oğlu Abbasbəyli (17 noyabr 1991, Bakı – 19 oktyabr 2020, Füzuli rayonu) — Azərbaycan Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyində olan Xüsusi Təyinatlı Qüvvələrinin baş leytenantı; 2020-ci ildə Qarabağ müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatları zamanı şəhid olub, ölümündən sonra "Qarabağ" ordeni ilə təltif edilib.

Həmid Abbasbəyli
Şəxsi məlumatlar
Doğum tarixi 17 yanvar 1991
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi 19 oktyabr 2020 (29 yaşında)
Vəfat yeri Füzuli rayonu, Azərbaycan
Dəfn yeri 2 saylı Şəhidlər Xiyabanı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Təhsili
  • H. Əliyev adına AAHM,
  • Silahlı Qüvvələrin TTM-i
Hərbi fəaliyyəti
Mənsubiyyəti Müdafiə Nazirliyi
Qoşun növü Azərbaycan Xüsusi Təyinatlı Qüvvələr
Xidmət illəri 2013—2020
Rütbəsi
Baş leytenant
Döyüşlər
 • Qarabağ müharibəsi (2020)
    • Cəbrayılın azad edilməsi
    • Hadrutun azad edilməsi
    • Füzulinin azad edilməsi
Təltifləri "Qarabağ" ordeni "Vətən uğrunda" medalı — 20202020 "Cəbrayılın azad olunmasına görə" medalı "Xocavəndin azad olunmasına görə" medalı "Füzulinin azad olunmasına görə" medalı "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı

Tərcümeyi-halı

Həmid Cavanşir oğlu Abbasbəyli 1991-ci il, noyabrın 17-də Bakı şəhərində anadan olub.

.2006-cı ildə Şəki şəhər 18 nömrəli tam orta məktəbdən, 2009-cu ildə Cəmşid Naxçıvanski adına hərbi liseydən məzun olub.

2009–2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "Zabit ixtisas kursu"nu bitirib.

Azərbaycan müdafiə naziri, general-polkovnik Səfər Əbiyevin 27 iyun 2013-cü il tarixli əmri ilə "leytenant" hərbi rütbəsi, Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun 27 yanvar 2017-ci il tarixli əmri ilə "baş leytenant" hərbi rütbəsi verilib.

Azərbaycan Silahlı Qüvvələrində xidmət etdiyi 7 il ərzində motoatıcı taborun motoatıcı bölüyünün motoatıcı taqımının komandiri, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupunun baş kəşfiyyatçısı, xüsusi əməliyyat taborunun xüsusi əməliyyat qrupu komandirinin müavini vəzifələrində xidmət edib.

Müxtəlif illərdə müdafiə nazirinin əmri ilə "Azərbaycan Ordusunun 100 illiyi (1918–2018)" yubiley medalı ilə, habelə fəxri fərmanlarla təltif edilib.

2020-ci il, sentyabrın 27-də başlanan Qarabağ müharibəsi zamanı Cəbrayılın, Hadrutun və Füzulinin azad edilməsi uğrunda gedən döyüş əməliyyatlarına qatılıb. Oktyabrın 19-da Füzuli rayonu ərazisində xidməti vəzifəsinin icrası zamanı şəhid olub. 2 saylı Şəhidlər Xiyabanında dəfn olunub. Müharibə zamanı xüsusi xidmətləri nəzərə alınaraq "Qarabağ" ordeni ilə, həmçinin "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

Subay idi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, həmid abbasbəyli sözünün mənası, həmid abbasbəyli haqqında məlumat. həmid abbasbəyli nədir? həmid abbasbəyli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Syerra-Leone

  • Fevral 27, 2026

    Gəncə-Qarabağ əyaləti

  • Mart 06, 2026

    Simon Virsaladze

  • Mart 01, 2026

    Ardea

  • Fevral 27, 2026

    Bubon taunu

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst