Gəncə-Qarabağ əyaləti (osman. Vilâyet-i Gence Karabağ) — Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Gəncə şəhəri idi.
Gəncə-Qarabağ əyaləti (1588-1606)
1593-cü il tarixli icmal dəftəri qeydlərinə görə Gəncə-Qarabağ əyaləti 7 sancağa bölünürdü. Gəncə sancağı, Bərdə sancağı, Xaçın sancağı, Axıstabad sancağı, Dizaq sancağı, Həkəri sancağı, Vərəndə sancağı. Sancaqlar öz növbəsində nahiyələrə bölünürdü.
| Gəncə-Qarabağ əyalətinin inzibati quruluşu | |
|---|---|
| Gəncə sancağı | |
| 1. | Gəncə nahiyəsi |
| 2. | Gəncə Aranı nahiyəsi |
| 3. | Dağlıq Gəncə nahiyəsi |
| 4. | Şəmkir Aranı nahiyəsi |
| 5. | Dağlıq Sunqur nahiyəsi |
| 6. | Kürəkbasan Aranı nahiyəsi |
| 7. | Şütür nahiyəsi |
| 8. | Danqı nahiyəsi |
| 9. | Zəyəm Aranı nahiyəsi |
| 10. | Yevlaq nahiyəsi |
| 11. | Tavus nahiyəsi |
| 12. | Dəmirhəsən nahiyəsi |
| Bərdə sancağı | |
| 1. | Bərdə nahiyəsi |
| 2. | Sir nahiyəsi |
| 3. | Pətəklik nahiyəsi |
| 4. | İncərud nahiyəsi |
| Xaçın sancağı | |
| 1. | Xaçın nahiyəsi |
| 2. | Qaraağac nahiyəsi |
| 3. | Ağcabədi nahiyəsi |
| 4. | Dağlıq Çelaberd nahiyəsi |
| 5. | Çelaberd nahiyəsi |
| 6. | Qarqar nahiyəsi |
| 7. | Mağavuz nahiyəsi |
| Axıstabad sancağı | |
| 1. | Böyükçay nahiyəsi |
| 2. | Quzey nahiyəsi |
| 3. | Güney nahiyəsi |
| 4. | Dağlıq İncə nahiyəsi |
| 5. | İncə nahiyəsi |
| Dizaq sancağı | |
| 1. | Arasbar nahiyəsi |
| 2. | Dağlıq Dizaq nahiyəsi |
| 3. | Dizaq nahiyəsi |
| Həkəri sancağı | |
| 1. | Keştasf nahiyəsi |
| 2. | Həkəri nahiyəsi |
| 3. | Zarıs nahiyəsi |
| 4. | Alpaut nahiyəsi |
| Vərəndə sancağı | |
| 1. | Vərəndə nahiyəsi |
Gəncə-Qarabağ əyaləti bəylərbəyləri
- Çərkəz Heydər paşa (1588-1590 Oktyabr)
- Davud paşa (Oktyabr 1590-1594 Aprel)
- Mahmud paşa (Aprel 1594-1596)
- Mustafa paşa (1598)
- Osman paşa (1596-1600)
- Məhəmməd paşa (1606)
Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti (1727-1734)
Gəncə-Qarabağ əyaləti 8 livaya (sancağa) bölünürdü.
- Gəncə livası,
- Bərdə livası,
- Xılxına livası,
- Bərgüşad livası,
- Çuləndər livası,
- Arazbar livası,
- Qarabağ livası,
- Bərgüşad livası əvvəl İrəvan əyalətinin tərkibində olmuş, sonra isə Gəncə-Qarabağ əyalətinə verildi.
Gəncə-Qarabağ əyaləti 1344 kənd və məzradan ibarət idi.
Osmanlılar ikinci Gəncə-Qarabağ əyaləti bəylərbəyləri
- Məhəmməd Paşa (1724-15 iyun 1725)
Qəzaları
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gəncə-Qarabağ əyaləti haqqında məlumat. Gəncə-Qarabağ əyaləti nədir? Gəncə-Qarabağ əyaləti nə deməkdir?