Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hveryon (kor. 회령시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində şəhər. Şəhər, Tümen çayının sahili

Hveryon

  • Ana Səhifə
  • Vikipediya
  • Hveryon

Hveryon (kor. 회령시) — Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) şimal-şərqində yerləşən Hamqyon-Pukto vilayətində şəhər. Şəhər, Tümen çayının sahilində yerləşir, çayın digər sahilində isə Çin Xalq Respublikasının Cirin vilayəti yerləşir. Sanhe (çin. 三合鎮) qəsəbəsi Çində yerləşən ən yaxın yaşayış məntəqəsidir. Hveryon, Kim İr Senin ilk həyat yoldaşı və Kim Çen İrin anası Kim Çen Sukun doğum yeri olaraq qəbul edilir. Şəhər Yaponiya hakimiyyəti altında "Kayney" olaraq bilinirdi.

Şəhər
Hveryon
회령시
42°26′22″ şm. e. 129°45′00″ ş. u.HGYO
Ölkə  Şimali Koreya
Vilayət Hamqyon-Pukto
Tarixi və coğrafiyası
Saat qurşağı UTC+8:30
Əhalisi
Əhalisi 153,532 nəfər (2008)
Rəsmi dili Koreya dili
Rəqəmsal identifikatorlar
Telefon kodu +850 49хххххх
Xəritəni göstər/gizlə
Hveryon xəritədə
Hveryon
Hveryon
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərdən 20 km uzaqlıqda 22 saylı Konsentrasiya Mərkəzi (Hveryon Konsentrasiya Mərkəzi) yerləşir..

Mündəricat

Tarixi

Kim Çen Sukun doğum yeri.

Hveryon, öz xalqını Yalu çayının şimalında yaşayan düşmən köçəri xalq olan Çurçenlərdən qorumaq üçün Coson kralı Böyük Seconun (1418—1450) əmri ilə yaradılmış altı qarnizon məntəqələrindən (Hanqıl: 육진, Hansa: 六鎭) biri idi.

2007-ci ilin may ayının əvvəlində yeni təyin olunmuş KXDR baş naziri özüylə birlikdə Cənubi Koreyada hazırlanan 1 vaqonluq ekipaj və 3 vaqonluq sement gətirmişdir. Məhsulları Hveryon Xalq Komitəsinə göndərdikdən sonra komitə, Hveryon şəhərini Kim Çen Sukun doğulduğu yer olduğundan bəzəmək əmri vermişdir.

Həmin ay, Şimali Koreyanın yaxın tarixində ilk dəfə olaraq ictimai etiraz baş vermişdir. Konsentrasiya mərkəzinin bir gözətçisi, məhbuslardan birinə yemək verdiyinə görə, ailəsinin təhlükəsizliyi üçün Hveryon konsentrasiya mərkəzindən ayrılmağa məcbur edilmişdi.

İnzibati bölgü

Hveryon şəhəri 19 tonqa (qonşuluq) və 28 riyə (kənd) bölünmüşdür:

  • Çunqdo-don
  • Çunqbon-don
  • Çiruolparil-dong
  • Kanqan-don
  • Kiyerim-don
  • Kunqsim-don
  • Manq yanq-don
  • Nammun-don
  • Osandok-ton
  • Pol-don
  • Saemul-don
  • Sanoop-ton
  • Seçoon-don
  • Sinçon-don
  • Sonçon-don
  • Subuk-ton
  • Tonmyon-don
  • Yokçon-don
  • Yuson-don
  • Çante-ri
  • Çanyo-ri
  • Hakpo-ri
  • Hanyon-ri
  • Honsal-li
  • İnqü-ri
  • Kesan-ri
  • Keha-ri
  • Kulsal-li
  • Kumsenq-ri
  • Musal-li
  • Namsal-li
  • Obonq-ri
  • Oriyu-ri
  • Panquol-li
  • Pyokson-ri
  • Punsal-li
  • Raksaenq-ri
  • Ryonçol-li
  • Saul-li
  • Sinhun-ri
  • Sonbun-ri
  • Sondun-ri
  • Sonhan-ri
  • Taedonq-ri
  • Toxun-ri
  • Uonsal-li
  • Yonsu-ri

İqtisadiyyat

Hveryonun əsas sənaye filialları mədən maşınları və kağız dəyirmanıdır. Bundan başqa, ərazidə çoxlu sayda mədən mövcuddur. KİV məlumatlarına görə, 2017-ci ildə Hveryonun adi sakinləri gündə 3-4 saat elektrik alırlar.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hveryon sözünün mənası, hveryon haqqında məlumat. hveryon nədir? hveryon nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Professor İks

  • Fevral 27, 2026

    Qapıcıq dağı

  • Fevral 27, 2026

    Baydar

  • Fevral 26, 2026

    Core eudicots

  • Fevral 27, 2026

    Haşimoto uru

Trend Mahnılar
  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst