Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hamqyon-Pukto (kor. 함경북도) — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əh

Hamqyon-Pukto

  • Ana Səhifə
  • Vikipediya
  • Hamqyon-Pukto

Hamqyon-Pukto (kor. 함경북도) — inzibati mərkəzi Çxoncin şəhəri olan Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) vilayəti. Demək olar ki, vilayətin bütün əhalisi koreyalıdır. Viləyətdə Hamqyon dialekti üstünlük təşkil edir. Bu vilayət post-sovet ölkələrində yaşayan ən böyük koreyalı icmasının (Koryo-Saram) tarixi vətənidir. 1895-ci ildən əvvəl köçənlərin çoxu Yukçin regionundan gəlirdi. Daha sonra bunları Kilcu və Myonçxon qəzalarından gələn köçkünlər əvəz etmişdir.

Vilayət
Hamqyon-Pukto
kor. 함경북도

41°54′11″ şm. e. 129°24′29″ ş. u.HGYO


Ölkə
  •  Şimali Koreya
Daxildir Kvanbuk regionu
İnzibati mərkəz Çxoncin
Tarixi və coğrafiyası
Yaradılıb 1896
Sahəsi 16,824 km² (3-cü yer)
Saat qurşağı +8:30
Əhalisi
Əhalisi 2,327,362 nəfər (2008) (5-ci yer)
Əhalinin sıxlığı 138,34 nəfər/km² (5-ci yer)
Rəqəmsal identifikatorlar
ISO kodu KP-09
Hamqyon-Pukto xəritədə
Hamqyon-Pukto xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Coğrafiya

Vilayət şimalda Çin, cənub-qərbdə Hamqyon-Namdo, qərbdə isə Ryanqando ilə həmsərhəddir. Vilayətin şərqində Yapon dənizi yerləşir. Vilayətdə həmçinin Tonhe kosmodromu və Hveryon konsentrasiya düşərgəsi yerləşir. 2004-cü ildə Rason şəhəri vilayətin tərkibinə yenidən girmişdir. 2010-cu ildən bəri Rason şəhəri KXDR-ın birbaşa idarə olunan şəhərlərindən biridir.

Cənubi Koreyada yaşayan Şimali Koreya fərarilərin əksəriyyəti Hamqyon-Pukto vilayətindən gəlir. Buna görə də, vilayət və onun əhalisi Şimali Koreyanın ən yaxşı araşdırılmış mövzularından biridir.

İnzibati bölgüsü

Hamqyon-Pukto 3 şəhərə və 12 qəzaya bölünmüşdür. Daha sonra bunlar şəhərdən xaric olan ərazilərdə kəndlərə, şəhərdaxili ərazilərdə isə məhəllələrə bölünmüşdür.

Şəhərlər

  • Çxoncin (kor. 청진시, inzibati mərkəz)
  • Hveryon (kor. 회령시)
  • Kimçxek (kor. 김책시)

Qəzalar

  • Hvason (kor. 화성군)
  • Kilcu (kor. 길주군)
  • Kyonson (kor. 경성군)
  • Musan (kor. 무산군)
  • Myonçxon (kor. 명천군)
  • Onson (kor. 온성군)
  • Oran (kor. 어랑군)
  • Puryon (kor. 부령군)
  • Kyonvon (kor. 새별군)
  • Indok (kor. 은덕군)
  • Yonsa (kor. 연사군)

Həmçinin bax

  • Çxoncin
  • Hveryon
  • Kimçxek

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hamqyon-pukto sözünün mənası, hamqyon-pukto haqqında məlumat. hamqyon-pukto nədir? hamqyon-pukto nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Marian çökəkliyi

  • Fevral 27, 2026

    Albus Dambldor

  • Mart 01, 2026

    Lixtenşteyn Knyazı

  • Fevral 24, 2026

    Əllincilər

  • Mart 01, 2026

    On qiraət

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst