Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hubert Aleksandr Minnis (ing. Hubert Alexander Minnis; 16 aprel 1954, Nassau) — 2017-ci ilin mayından Baham adalarının keçmiş Baş naziri.

Hubert Minnis

  • Ana Səhifə
  • Vikipediya
  • Hubert Minnis

Hubert Aleksandr Minnis (ing. Hubert Alexander Minnis; 16 aprel 1954, Nassau) — 2017-ci ilin mayından Baham adalarının keçmiş Baş naziri.

Hubert Minnis
ing. Hubert Alexander Minnis
Baham Adaları Birliyinin Baş naziri
11 may 2017 – 17 sentyabr 2021
ƏvvəlkiPerri Kristi
SonrakıFilip Devis
Müxalifət lideri
17 sentyabr 2021 – h.h
ƏvvəlkiFilip Devis
Killarnidən millət vəkili
3 may 2007 – h.h
Maliyyə Naziri
30 noyabr 2020 – 16 sentyabr 2021
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1954 (71 yaş)
Doğum yeri Nassau, Baham adaları
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

2016-cı ilin dekabrında partiyasındakı liderlik vəzifəsindən azad edildi və partiyadakı daxili qarışıqlıqdan sonra 2017-ci ilin aprelində vəzifəsinə qaytarıldı. Partiyasının 10 may 2017-ci il tarixli ümumi seçkilərdə qazandığı zəfərdən sonra Baş nazir oldu.

Mündəricat

Həyatı

Minnis Baham adalarının paytaxtı Nassau şəhərində dünyaya gəlib. Nassaudakı Bizim Xanım İbtidai məktəbi, Qərbi Cunior və Müqəddəs Avqustin Kollecində ilk təhsilini almış, sonra isə Minnesota Universitetində davam etdirmişdir.

1985-ci ildə Londonda Qərbi Hindlər Universiteti və Kral Mamalıq və Ginekologiya Kollecində doktorluq dərəcəsi aldıqdan sonra Baham adalarına qayıtdı. Burada Şahzadə Marqaret Xəstəxanasında həkim olaraq çalışdı.

Minnis Baham Adaları Tibb Dərnəyinin Prezidenti, Tibb Şurasının üzvü, Baham Adaları Xəstəxanalar Korporasiyasının sədri və Qərbi Hindlər Universitetində Qadın Xəstəlikləri və Ginekologiya müəlliminin köməkçisi olub.

Minnis ilk dəfə 2007-ci ilin mayında parlamentə seçildi və Səhiyyə Naziri olaraq kabinetə təyin edildi.

Minnis Patrisiya Benebi ilə evlidir və üç övladı var. Oğlu Cəmil Minnis də həkim olaraq çalışır.

Açıqlanan maliyyə bəyannamələrinə görə, Hubert Minnisin 14.04 milyon ABŞ dolları var.

Müxalifət fəaliyyəti

Müxalifət liderliyi fəaliyyəti

Nümayəndəliyində yalnız doqquz nəfər var idi və Minnisi qarşıda tikanlı bir yol gözləyirdi. Rəhbərliyi zəif sayılırdı və bir neçə problemi vardı. 2016-cı ilin dekabr ayında səsvermədən sonra partiyasının indiki on üzvündən yeddisi onun partiya lideri olaraq qalmasını istəməsinə baxmayaraq Loretta Batler-Terner müxalifət lideri seçildi.

2017 ümumi seçkilər

Seçkilər yaxınlaşdıqca partiya üzvləri namizədliyini itirmiş müxaliflər arasında Minnisi dəstəklədi. Bu üzvlər ümumi seçkilərdə müstəqil namizəd olaraq iştirak etdilər və məğlub oldular. Minnis və AMH "Xalq üçün vaxt gəldi!" şüarı altında 10 may 2017-ci il tarixli ümumi seçkilərdə rəqib Proqressiv Liberal Partiyasını məğlub edərək 39 yerdən 35-i qazandı və Minnis Baş nazir oldu.

Baş nazir fəaliyyəti

Minnis 12 may 2017-ci ildə Baş nazir olaraq and içdi və mayın 15-də kabinetini qurdu.

Dorian qasırğası

Minnisin ən böyük sınağı isə 2019-cu ildə ən azı 70 nəfərin ölümünə və bir neçə adanın məhv olmasına səbəb olan Dorian qasırğası idi.

Nişanları

Milli nişanları

  • "Xalq" ordeni (2018)

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hubert minnis sözünün mənası, hubert minnis haqqında məlumat. hubert minnis nədir? hubert minnis nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Henrix Şliman

  • Fevral 23, 2026

    Allahın Padşahlığı

  • Fevral 27, 2026

    E.ə. 264

  • Fevral 27, 2026

    Mərzifon

  • Mart 01, 2026

    Avstraliya himni

Trend Mahnılar
  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst