Hiss (əsl adı: Röya Məmmədova; 13 iyul 1995, Bakı) — azərbaycanlı musiqi sənətçisi.
| Hiss | |
|---|---|
| Röya Məmmədova | |
| Ümumi məlumatlar | |
| Ləqəbi | Hiss |
| Doğum tarixi | 13 iyul 1995 (30 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | müğənni, mahnı yazarı[d] |
| Fəaliyyət illəri | 2018-ci ildən |
| Janrlar | trep, pop rep[d], hip-hop[d] |
| Albom şirkəti | Warner Music Turkey[d] |
| Təhsili |
|
Həyatı və fəaliyyəti
Röya Məmmədova 13 iyul 1995-ci ildə Bakıda anadan olub. O, 2013–2017-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında neft-qaz mühəndisliyi ixtisası üzrə təhsil alıb.
Hiss musiqi ilə maraqlanmağa 14 yaşında başlayıb. O, 15 yaşında Sən bir nəğməsən adlı musiqi yarışmasında iştirak edib. Professional sənətdə ilk mahnısı 2018-ci ildə ifa etdiyi "Mirvarilər" olub.
O, sənətə başladığı ilk illərdən səhnə adını Hiss (This is Hiss) olaraq seçib.
Onun sayca beşinci treki olan "İstəmirəm" aylar ərzində Shazam Türkiyə çartında top 50-də yer alıb. Mahnıya çəkilmiş klip YouTube-da 20 milyondan çox izlənilib.
Hiss 2021-ci ilin sentyabrında Show TV-də yayımlanan Bir Başka Güzel proqramında xüsusi dəvətlə çıxış edib. Onun 2021-ci ildə ifa etdiyi "Karma" treki uzun müddət Azərbaycan üzrə YouTube və Apple Music trendlərində birinci yerdə qərarlaşıb.
O, ABŞ-nin ən böyük musiqi şirkəti olan Warner Music Group ilə İsfar Sarabskidən sonra müqavilə imzalayan 2-ci azərbaycanlı müğənni olub.
Hiss 28 aprel 2023-cü ildə "Formula 1 Azərbaycan Qran Prisi 2023" açılış mərasimində çıxış edib. O, həmçinin 17 may 2023-cü ildə Milli Gimnastika Arenasında keçirilən Bədii gimnastika üzrə 39-cu Avropa çempionatının açılış mərasimində, 3 iyun 2023-cü ildə isə Bakcell Arenada keçirilən Azərbaycan Kubokunun finalındakı bağlanış mərasimində səhnəyə çıxıb.
Diskoqrafiya
Studiya albomları
- Mars (2022)
Akustik albomları
- Special Acoustic (2023)
Sinqllar
- "Mirvarilər" (2018)
- "Sevdim" (2019)
- "Get" (2019)
- "Biri var" (2019)
- "İstəmirəm" (2019)
- "Qorxuram" (2020)
- "Bir ömrün nəğməsi" (2020)
- "Kəpənəklər" (2020)
- "Sayıram" (2021)
- "Monoton" (2021)
- "Cəsarət" (2021)
- "Karma" (2021)
- "Zəng elə" (2021)
- "Bela" (2022)
- "Şans" (2022)
- "Çək" (2022)
- "Busan" (2022)
- "Unuduram" (2022)
- "Mənə Pis Olma" (2023)
- "Nostalgiya" (2023)
- "Biology" (2023)
- "Dilək" (2023)
- "Laylay" (2023)
- "Etiraf" (2023)
- "Kədərli Bölüm" feat. Jay Aliyev (2024)
- "Best" (2024)
- "Eşq limanı" (2024)
- "Kim qalacaq" (2025)
- "Canın sağ olsun" (2025)
- "Sevə–Sevə" (2025)
Videoqrafiya
| Ad | İl | Rejissor(lar) |
|---|---|---|
| "Mirvarilər" | 2018 | — |
| "Biri var" | — | |
| "Sevdim" | 2019 | Bəhruz Abdullayev |
| "Get" | — | |
| "İstəmirəm" | Nicat Alışov | |
| "Qorxuram" | 2020 | — |
| "Bir ömürün nəğməsi" | — | |
| "Kəpənəklər" | Nicat Alışov | |
| "Sayıram" | 2021 | İsmayıl İsmayılov |
| "Cəsarət" | Asəf Rəhimli | |
| "Karma" | Emil Hashimli, Mukhtar Hasan | |
| "Zəng Elə" | Emil Hashimli | |
| "Bela" | 2022 | Ece Naz Kızıltan |
| "Şans" | Nuran Mammadov | |
| "Çək" | Fuad İsmayılov | |
| "Busan" | Togrul Rzayev | |
| "Unuduram" | Farman Bashirli | |
| "Mənə Pis Olma" | 2023 | İsmail Eren Yalçın |
| "Nostalgiya" | Emil Hashimli | |
| "Biology" | İsmail Eren Yalçın | |
| "Dilək" | Elgün Cəfərov | |
| "Laylay" | Rəşad Hüseynov | |
| "Etiraf" | Ruslan Cafar | |
| "Kədərli Bölüm" | 2024 | Fərman Bəşirli |
| "Best" | Hiss, PRoMete | |
| "Eşq limanı" | — | |
| "Kim qalacaq" | 2025 | Ruslan Cafar |
| "Canın Sağ Olsun " | Xəyal Səlimov Vusal Rüstəmov | |
| "Sevə Sevə" | Farman Bəşirli Aydın Bayramov |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hiss (müğənni) haqqında məlumat. Hiss (müğənni) nədir? Hiss (müğənni) nə deməkdir?