Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İsfar Aydın oğlu Rzayev-Sarabski (2 noyabr 1989, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar. 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi. Azə

İsfar Sarabski

  • Ana Səhifə
  • Vikipediya
  • İsfar Sarabski

İsfar Aydın oğlu Rzayev-Sarabski (2 noyabr 1989, Bakı) — Azərbaycan pianoçusu, bəstəkar. 2009-cu ildə keçirilən pianoçuların Montrö Caz Festivalının qalibi. Azərbaycan Respublikasının əməkdar artisti (2010), "Zirvə" Dövlət Mükafatı laureatı (2010).

İsfar Sarabski
Ümumi məlumatlar
Digər adları İsfar Rzayev
İsfar Rzayev-Sarabski
Doğum tarixi 2 noyabr 1989(1989-11-02) (36 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Musiqiçi məlumatları
Fəaliyyəti cazmen, pianoçu, bəstəkar, dicey-prodüser[d]
Janrlar caz, elektronik musiqi
Musiqi aləti piano
Təhsili
  • Bakı Musiqi Akademiyası
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 20102010
isfarsarabski.com

Mündəricat

Həyatı

2 noyabr 1989-cu ildə Bakıda anadan olmuşdur. Məşhur Azərbaycan opera müğənnisi, aktyor, Şərq opera sənətinin əsasını qoyanlardan biri olan Hüseynqulu Sarabskinin nəticəsi. O, Bülbül adına orta ixtisas musiqi məktəbini, Bakı Musiqi Akademiyasını bitirmişdir. Hazırda Berklee College of Music-də təhsilini davam etdirir. O, dünyanın "Royal Albert Hall", "Queen Elizabeth Hall", "Miles Davis Hall", Jazz Club Vibrato, Jazz Club "Zinko", "The Konzerthaus", Jazz Club "Asphalt", Jazz Club "Duc des Lombards", Jazz Club "Porgy & Bess", Jazz Club "Bird’s Eye" ,"Teatre Apollo" kimi ən nüfuzlu konsert salonlarında çıxış etmişdir.

İsfar Sarabski İsveçrə, Norveç, Fransa, Rusiya, Gürcüstanda keçirilən festivallarda iştirak etmişdir. Eləcə də "Henkokun dostları" UNESCO-da "Jazz Day"-də iştirak etmişdir. 2012–2013-cü illərdə Amerikanın caz musiqisi fondu tərəfindən Nyu-Yorkda keçirilən qala konsertə dəvət olunmuşdur.

O, 2011-ci ildə moskvalı Aleksandr Maşin (zərb alətləri) və Makar Novikov (kontrabass) ilə bərabər "İsfar Sarabskinin triosu"nu yaradıb. İsfar Sarabskinin triosu Amerikanın və Avropanın bir çox festivallarında və konsertlərində iştirak etmişldir. İsfar Sarabski həm də Royal Philharmonic Concert Orchestra (Kral Filarmonik konsert orkestri), Oleq Lundstremin orkestri ilə bərabər – İgor Butman, Ben Williams, Mark Guiliana, Alan Hampton, Pat Senatore, Greg Swiller, Erik Klass, Christian Veber, Samuel Rohrer, Malcolm Creese, James Maddren kimi musiqiçilərlə də çıxış etmişdir.

İsfar Sarabski "Novruz", "G-Man", "Generation", "Edge", "Deja Vu", "Grustniy Vecher", "Last Chance", "Preludiya", "Agent", "Revival", "Eastern Market", "Now I’m Here", "In Transit to New York", "Buta", "Lullaby", "Limping Stranger", "Cobra Dance", "In Memory of V. Mustafazade" əsərlərinin müəllifidir.

18 iyul 2009-cu ildə İsfar İsveçdə keçirilən 43-cü Montrö Caz Festivalının qalibi olmuşdur.

2019-cu ildə ABŞ səsyazma leyblı olan Warner Music Groupla müqavilə imzalayıb.

2022-ci ildə Fransanın Sete şəhərində açıq havada keçirilən illik "Jazz à Sète" festivalında Azərbaycanı təmsil etmişdir.

Mükafatları

6 may 2015-ci ildə, 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə, 10 may 2022-ci ildə, 6 may 2023-cü ildə və 9 may 2024-cü ildə Prezident Mükafatına layiq görülmüşdür.

Musiqi

  • Isfar Sarabski — In memory of Vagif Mustafazade
  • Isfar Sarabski playing "Novruz" at the 2009 Montreux Jazz Festival
  • DJ Chin@ & Isfar Sarabski Azerbaijan Avenue Fashion TV

Albomları

  • Planet (2021)

Filmoqrafiya

  1. Əlvida, Şmidt! (film, 2019) — Filmin bəstəkarı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsfar Sarabski haqqında məlumat. İsfar Sarabski nədir? İsfar Sarabski nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kenterberili Anselm

  • Fevral 27, 2026

    Xurşidbanu Natəvan

  • Fevral 12, 2026

    Valyuta işarələri

  • Fevral 27, 2026

    Horadiz

  • Fevral 27, 2026

    Özüllülük

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst