Hilyətül-Övliya (ərəb. حلية الأولياء) — zahid və sufilər haqqında qələmə alınmış əsər. Əsər hicri 422-ci (1031) ildə tamamlanmışdır.
| Hilyətül-Övliya | |
|---|---|
| ərəb. حلية الأولياء | |
| Müəllif | Əbu Nuaym əl-İsfahani |
| Janr | bioqrafiya |
| Mövzu | sufilik |
| Orijinalın dili | ərəb dili |
Müəllif
Əsərin müəllifi hədis, kəlam, təsəvvüf alimi və tarixçi olan Əbu Nuaym əl-İsfahanidir.
Əsər
Əsərin tam adı "Hilyətül-Övliya və təbəqətül-əsfiyə"dir. Əsərdə 800-ə qədər zahid, abid və sufilərin həyat hekayələrindən bəhs edilir. Əsər onları müdafiə etmək və onlara yönləndirilən ittihamların əsassız olduğunu nümayiş etdirmək məqsədilə qələmə alınmışdır.
Əsər səhabələr, tabiin və təbəut-tabiinin abid və zahidləri ilə başlayır, ardınca hicri II–IV (VIII–X) əsərlərdə yaşamış zahid və sufiləri tanıdılır. Bununla müəllif, təsəvvüf həyat tərzinin əsasını səhabələr tərəfindən qoyulduğunu və sonrakı dövrlərdə bu həyat tərzinin inkişaf edərək davam etdiyini nümayiş etdirməyə çalışmışdır.
Müəllif əsərdə xronoloji sırasan istifadə etmiş, lakin daha üstün hesab etdiyi şəxsləri daha önə keçirmişdir.
Bir çox nüsxəsi mövcud olan əsər, iki dəfə nəşr edilmişdir (Qahirə 1932–1938; Beyrut 1997).
Həmçinin bax
- Sünni kitablarının siyahısı
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hilyətül-övliya sözünün mənası, hilyətül-övliya haqqında məlumat. hilyətül-övliya nədir? hilyətül-övliya nə deməkdir?