Hikmət Quliyev (tam adı:Quliyev Hikmət Valeh oğlu; 10 aprel 1985, Zəngilan rayonu) — Azərbaycan folklorşünası, filoloqu, filologiya elmləri doktoru, dosent, AMEA-nın Folklor İnstitutunun direktoru (2025).
| Hikmət Quliyev | |
|---|---|
| Quliyev Hikmət Valeh oğlu | |
| |
| Doğum tarixi | |
| Doğum yeri | Azərbaycan SSR, Zəngilan rayonu |
| Vətəndaşlığı | |
| Milliyyəti | azərbaycanlı |
| Uşağı | 2 |
| Elm sahələri | filologiya,folklor |
| Elmi dərəcəsi | filologiya elmlər doktoru |
| Elmi adı | dosent |
| İş yeri | AMEA Folklor İnstitutu (direktor) (2025) |
| Alma-mater | Bakı Dövlət Universiteti |
| Təhsili |
|
| Üzvlüyü |
|
Hikmət Quliyev Azərbaycanda İnternet-folkloru üzrə Elmlər doktoru dərəcəsini almış ilk alimdir .
Həyatı
Hikmət Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunda anadan olub. 1991-2002-ci illərdə Zəngilan rayon 7 saylı orta məktəbi bitirib. 2002–2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006–2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur.
Ailəsi
Hikmət Quliyev ailəlidir, iki övladı var.
Elmi fəaliyyəti
Hikmət Quliyev 2005-ci ildə AMEA Folklor İnstitutu, Mifologiya şöbəsində böyük laborant müvafiq olaraq, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir. 2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir. 2013-2025-ci illərdə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır 2023-cü ildən Xəzər Universitetində Azərbaycan humanitar təhsil sistemi üçün yeni bir fənn sahəsi olan "İnternet folkloru"nu magistratura pilləsində tədris edir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ulakbim Dergipark Elmi platformasında bir sıra xarici jurnalların Redaksiya heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir. 2016–2019-cu illərdə Azərbaycan Dövlət Televiziyası (AzTv) ilə AMEA-nın birgə layihəsi olan və 60 buraxılışı efirdə yayımlanan "Elm və innovasiya" elmi–publisistik proqramının redaktoru olmuşdur.
2015-ci ildə AMEA Folklor İnstitutunda "Azərbaycan folklorunda Müdrik qoca arxetipi" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018-ci ildə folklorşünaslıq üzrə dosent elmi adına layiq görülmüşdür. 2024-cü ildə "İnternet folkloru: nəzəri–metodoloji kontekst və folklorik məna yaradıcılığı" mövzusunda filologiya elmləri doktoru dissertasiyasını uğurla müdafiə etmişdir . Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 20 iyun 2025-ci il tarixli Qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır .
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərman və AMEA-nın 80 illik yubileyi münasibətilə Döş nişanı ilə təltif edilmişdir.
Beynəlxalq elmi fəaliyyəti
Nüfuzlu beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) indeksləşən jurnallarda 4 məqaləsi dərc olunmuşdur. Google Scholar profilində 21 sitat gətirilmə, 2 h-indeksi və 50-dən çox nəşri olan Hikmət Quliyev, İnternet folklorunun öyrənilməsinə mühüm töhfələr vermişdir. Hikmət Quliyevin Academia.edu elmmetrik bazasında isə 2142 ictimai baxış vardır ResearchGate bazasında isə 4506 oxunma sayı vardır .
Elmi əsərləri
Hikmət Quliyev 100-dən artıq elmi məqələnin və monoqrafiyaların müəllifidir. Onlardan bəziləri aşağıda qeyd edilənlərdir:
- (2020) Возможности использования фольклора в информационной безопасности
- (2020) Psychoanalytic approach to the character of Mullah Nasreddin
- (2022) İnternet Folkloru Bağlamında Parodik Kahraman Algısı: Sosyal Protesto Ve Yetişkinliğe Kültürel Geçiş
- (2024) Embodiment of the Manhood in Folklore: Keeping Secret from Women in Azerbaijan in the Context of a Real and Virtual Social Environment
- (2025) Language of internet folklore: Socio-technological environment and virtual communication
Kitabları
Hikmət Quliyev 6 kitabın və 2 monoqrafiyanın müəllifidir.
- Müdrik qoca arxetipinin semantik strukturu və paradiqmaları. Bakı: Elm və təhsil, 2016.
- Folklorun funksional strukturu: multidissiplinar kontekst (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2016.
- Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: Sabah, 2018.
- Azərbaycan nağılları: obrazlar və funksiyalar (Səfa Qarayevlə birgə). Bakı: Savad, 2021.
- Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.
- Zengezur: Mekandan Anlama Folklorun Semantiği. (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.
Həmçinin bax
- AMEA Folklor İnstitutu
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hikmət quliyev sözünün mənası, hikmət quliyev haqqında məlumat. hikmət quliyev nədir? hikmət quliyev nə deməkdir?
