Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hikmət Quliyev (tam adı:Quliyev Hikmət Valeh oğlu; 10 aprel 1985, Zəngilan rayonu) — Azərbaycan folklorşünası, filoloqu, filologiya elmləri doktoru, dosent, AME

Hikmət Quliyev

  • Ana Səhifə
  • Vikipediya
  • Hikmət Quliyev

Hikmət Quliyev (tam adı:Quliyev Hikmət Valeh oğlu; 10 aprel 1985, Zəngilan rayonu) — Azərbaycan folklorşünası, filoloqu, filologiya elmləri doktoru, dosent, AMEA-nın Folklor İnstitutunun direktoru (2025).

Hikmət Quliyev
Quliyev Hikmət Valeh oğlu
Doğum tarixi 10 aprel 1985 (40 yaş)
Doğum yeri Azərbaycan SSR, Zəngilan rayonu
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Uşağı 2
Elm sahələri filologiya,folklor
Elmi dərəcəsi filologiya elmlər doktoru
Elmi adı dosent
İş yeri AMEA Folklor İnstitutu (direktor) (2025)
Alma-mater Bakı Dövlət Universiteti
Təhsili
  • Bakı Dövlət Universiteti
Üzvlüyü
  • Azərbaycan Milli Elmlər Akademiyası
Xarici video
Keçmişdən gələcəyə: folklorun nəzəri problemləri (Hikmət Quliyev və Səfa Qarayev).
Hikmət Quliyev: “İnternet mühitində yenilənən ənənəvi folklor obrazları”.
Folklor: kənd konservatizmi, şəhər liberalizmi və internet karnavalizmi.
FOLKLOR XƏZİNƏMİZDƏ QƏRBİ AZƏRBAYCANIN İZİ.
İnsanlar yox memlər danışır - Müasir dövrdə folklor: atalar sözləri, nağıllar.
Azərbaycan folklorşünaslığında multidissiplinarlıq (Hikmət Quliyev və Səfa Qarayevlə).
İnternet folkloru.
İnternet folkloru: virtual sosial-mədəni şərtlər kontekstində folklorik dinamika.
İnternet folkloru tədqiqat obyekti kimi.

Hikmət Quliyev Azərbaycanda İnternet-folkloru üzrə Elmlər doktoru dərəcəsini almış ilk alimdir .

Mündəricat

Həyatı

Hikmət Quliyev 10 aprel 1985-ci ildə Zəngilan rayonunda anadan olub. 1991-2002-ci illərdə Zəngilan rayon 7 saylı orta məktəbi bitirib. 2002–2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr, 2006–2008-ci illərdə magistratura pillələrini fərqlənmə diplomları ilə bitirmişdir. 2008-2009-cu illərdə Azərbaycan Respublikası Daxili Qoşunlarında hərbi xidmətdə olmuşdur.

Ailəsi

Hikmət Quliyev ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti

Hikmət Quliyev 2005-ci ildə AMEA Folklor İnstitutu, Mifologiya şöbəsində böyük laborant müvafiq olaraq, kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi və aparıcı elmi işçi vəzifələrində çalışmışdır. 2010–2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir. 2010-2013-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi vəzifəsində işləmişdir. 2013-2025-ci illərdə AMEA Rəyasət Heyətinin elmi katibi vəzifəsində çalışmışdır 2023-cü ildən Xəzər Universitetində Azərbaycan humanitar təhsil sistemi üçün yeni bir fənn sahəsi olan "İnternet folkloru"nu magistratura pilləsində tədris edir. 2005-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ulakbim Dergipark Elmi platformasında bir sıra xarici jurnalların Redaksiya heyətinin üzvü və Azərbaycan üzrə təmsilçisidir. 2016–2019-cu illərdə Azərbaycan Dövlət Televiziyası (AzTv) ilə AMEA-nın birgə layihəsi olan və 60 buraxılışı efirdə yayımlanan "Elm və innovasiya" elmi–publisistik proqramının redaktoru olmuşdur.

2015-ci ildə AMEA Folklor İnstitutunda "Azərbaycan folklorunda Müdrik qoca arxetipi" mövzusunda dissertasiyasını uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2018-ci ildə folklorşünaslıq üzrə dosent elmi adına layiq görülmüşdür. 2024-cü ildə "İnternet folkloru: nəzəri–metodoloji kontekst və folklorik məna yaradıcılığı" mövzusunda filologiya elmləri doktoru dissertasiyasını uğurla müdafiə etmişdir . Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin 20 iyun 2025-ci il tarixli Qərarı ilə filologiya elmləri doktoru elmi dərəcəsi almışdır .

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə Fəxri Fərman və AMEA-nın 80 illik yubileyi münasibətilə Döş nişanı ilə təltif edilmişdir.

Beynəlxalq elmi fəaliyyəti

Nüfuzlu beynəlxalq bazalarda (Web of Science, Scopus və s.) indeksləşən jurnallarda 4 məqaləsi dərc olunmuşdur. Google Scholar profilində 21 sitat gətirilmə, 2 h-indeksi və 50-dən çox nəşri olan Hikmət Quliyev, İnternet folklorunun öyrənilməsinə mühüm töhfələr vermişdir. Hikmət Quliyevin Academia.edu elmmetrik bazasında isə 2142 ictimai baxış vardır ResearchGate bazasında isə 4506 oxunma sayı vardır .

Elmi əsərləri

Hikmət Quliyev 100-dən artıq elmi məqələnin və monoqrafiyaların müəllifidir. Onlardan bəziləri aşağıda qeyd edilənlərdir:

  • (2020) Возможности использования фольклора в информационной безопасности
  • (2020) Psychoanalytic approach to the character of Mullah Nasreddin
  • (2022) İnternet Folkloru Bağlamında Parodik Kahraman Algısı: Sosyal Protesto Ve Yetişkinliğe Kültürel Geçiş
  • (2024) Embodiment of the Manhood in Folklore: Keeping Secret from Women in Azerbaijan in the Context of a Real and Virtual Social Environment
  • (2025) Language of internet folklore: Socio-technological environment and virtual communication

Kitabları

Hikmət Quliyev 6 kitabın və 2 monoqrafiyanın müəllifidir.

  • Müdrik qoca arxetipinin semantik strukturu və paradiqmaları. Bakı: Elm və təhsil, 2016.
  • Folklorun funksional strukturu: multidissiplinar kontekst (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2016.
  • Virtual mühitdə folklor: ənənə və kommunikasiya. Bakı: Sabah, 2018.
  • Azərbaycan nağılları: obrazlar və funksiyalar (Səfa Qarayevlə birgə). Bakı: Savad, 2021.
  • Zəngəzur folkloru: kollektiv yaddaşdan metaforik düşüncəyə (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.
  • Zengezur: Mekandan Anlama Folklorun Semantiği. (Sərxan Xavəri və Səfa Qarayevlə birgə). Bakı: Elm və təhsil, 2023.

Həmçinin bax

  • AMEA Folklor İnstitutu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hikmət quliyev sözünün mənası, hikmət quliyev haqqında məlumat. hikmət quliyev nədir? hikmət quliyev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 02, 2026

    Karen Gillan

  • Mart 06, 2026

    Arabeska

  • Mart 06, 2026

    Qaz boşalması

  • Fevral 27, 2026

    Uniya

  • Fevral 27, 2026

    Lüdviq Vitgenşteyn

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst