Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hikaru Nakamura (yap. ヒカル・ナカムラ; 9 dekabr 1987, Hirakata, Osaka prefekturası) — Amerika şahmatçısı, qrosmeyster, 4 dəfə ABŞ Çempionu, 5 dəfə Olimpiada iştirak et

Hikaru Nakamura

  • Ana Səhifə
  • Vikipediya
  • Hikaru Nakamura

Hikaru Nakamura (yap. ヒカル・ナカムラ; 9 dekabr 1987, Hirakata, Osaka prefekturası) — Amerika şahmatçısı, qrosmeyster, 4 dəfə ABŞ Çempionu, 5 dəfə Olimpiada iştirak etmiş və iki dəfə komanda hesabında bürünc medal qazanmışdı.

Hikaru Nakamura
yap. ヒカル・ナカムラ
Ölkə Yaponiya Yaponiya
ABŞ ABŞ
Doğum tarixi 9 dekabr 1987 (38 yaş)
Doğum yeri Hirakata Yaponiya Yaponiya
Yaşadığı yer ABŞ ABŞ
Titulu qrosmeyster
Son reytinqi 2787 (sentyabr 2016)
Maksimal reytinqi 2816 (oktyabr 2016)
FİDE nömrəsi 2016192
hikarunakamura.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Hikaru Nakamura 9 dekabr 1987-ci ildə Yaponiyada anadan olmuşdur. Hikaru 2 yaşı olanda ailəsi ilə ABŞ-yə köçür.

Şahmat karyerası

2004-cü il Liviyada keçirilən FİDE Dünya Çempionatının iştirakçısı olmuşdur. 4-cü raunda Maykl Adamsa məğlub olaraq yarışı tərk etmişdir.

20 iyun 2005-ci ildə Nakamura Frank Samford Chess Fellow tərəfindən təyin edilən $32,000O məbləğində qrantı öz şahmat həyatına xərcləmə imkanı əldə etdi.

2005-ci ABŞ Çempionatının qalibi oldu və Bobbi Fişerdən sonra ən gənc çempion oldu. Bu qələbədən sonra vunderkindin dueli adı altında Meksikada Ukraynalı Sergey Karyakin ilə matç keçirdi.

2005-ci ilin noyabrında keçirilən FİDE Dünya Kubokunun iştirakçısı oldu. Lakin raundda Hindistanlı Surya Ganguly uduzdu.

2006-cı ildə ABŞ millisinə Turindəki Olimpiadada bürünc medal qazanmasına kömək etdi. Həmin il 16-cı Şimalı Amerika Openinin qalibi oldu.

2007-ci ilin yanvarında GibTelecom Masters turnirində ikinci oldu.

2008-ci ilin noyabrında Cap d'Agde Rapid yarışının qalibi oldu və qələbəyə gedən yolda Anatoli Karpovu, Vasili İvançuku məğlub etdi.

2009-cü ildə 9 oyundan 7 xal ilə ABŞ Çempionu olur.

960 üzrə Dünya Çempionatının finalında 3½–½ hesabı ilə Levon Aronyan üzərində qələbə qazanır.

2009-cü ilin noyabrında Osloda keçirilən BNbank blitz turnirində finala çıxmaq yolunda 12 qələbə qazandı. Finalda Maqnus Karlsen üzərində 3-1 hesabı ilə qələbə qazandı.

2010-cü ildən Nakamura millinin birinci lövhəsində oynayır. Bursada keçirilən komandalar arası Dünya Çempionatda komandasına ikinci yeri tutmasına böyük köməklik etdi, belə ki, şəxsi hesabda lövhəsində qızıl medal qazandı.

Daha sonra 2011-ci ilin dekabrına qədər Harri Kasparov ilə məşq toplantıları keçirdi. 14-30 yanvar tarixləri arasında Wijk aan Zee keçirilən Tata Steel Grandmaster A turnirində Maqnus Karlsen, Vişvanatan Anand, Levon Aronyan, Vladimir Kramnik, Aleksandr Qrişçuk, Ruslan Ponomariov, Ian Nepomniachtchi, Wang Hao, Maxime Vachier-Lagrave, Alexei Shirov, Aniş Qiri, Jan Smeets və Erwin L'Ami iştirak edirdilər. Yarışın orta reytinqi 2740 idi, bu da 20-ci kateqoriyaya təsadüf edir. 12 turdan sonra Nakamura 8½ xal ilə birinci gedirdi və artıq yarım xal Anandın önündə idi. 1980-ci ildən bəri bu yarışı udan tək şahmatçı oldu.

Nakamura Gibraltar Chess Masters turnirini 10 oyundan 8.5 xal ilə qazanmışdır. Sonuncu Grand Prix seriyasında uğurlu çıxış etdi və sonuncu mərhələsində Fabiano Kariana və Dmitry Jakovenko ilə birgə 11 oyundan 6.5 xal ilə birinci oldu. Beləliklə, ümumi hesabda ikinci yeri tutaraq birbaşa Namizədlər Turnirinə vəsiqə qazandı.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hikaru nakamura sözünün mənası, hikaru nakamura haqqında məlumat. hikaru nakamura nədir? hikaru nakamura nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Vo (kanton)

  • Mart 06, 2026

    Santa Klaus

  • Mart 06, 2026

    Almaxanım Əhmədli

  • Mart 04, 2026

    Hubert Minnis

  • Mart 05, 2026

    Büzdüm sümüyü

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 02, 2026

    Şəbnəm Tovuzlu - Sən Də Gəl

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst