Ərtik, Artik — Qərbi Azərbaycanda (hazırda Ermənistan Respublikası) ən hündür dağ olan Alagöz dağının Şimal-Qərb ətəyində yerləşən şəhər. 1945-i ildən respublika tabeli şəhərdir. Ərtik rayonunun mərkəzidir.
| Ərtik | |||
|---|---|---|---|
| |||
| |||
| 40°37′ şm. e. 43°57′ ş. u.HGYO | |||
| Ölkə | |||
| Tarixi və coğrafiyası | |||
| Əsası qoyulub | 1939 | ||
| Sahəsi |
| ||
| Mərkəzin hündürlüyü | 1.859 ± 0 m | ||
| Saat qurşağı |
| ||
| Əhalisi | |||
| Əhalisi |
| ||
| Rəsmi dili | |||
| Rəqəmsal identifikatorlar | |||
| Poçt indeksi | 3001–3007 | ||
| Digər | |||
| artik.am | |||
![]() Ərtik | |||
Toponimikası
ARTİK — İrəvan quberniyasının Aleksandropol qəzasında (indiki Artik r-nunda) kənd adı. 1878-ci ildə Azərbaycan türkləri qovulmuş və ermənilər yerləşdirilmişdir. Həmin qəzada XIX əsrin axırlarında Artik adlı kənd xarabalığı da vardı. Erməni mənbələrində VII əsrdən məlumdur. Ehtimal ki, qədim türk dillərindəki art — "dağlıq ərazi", "aşırım" sözündəndir və əsli Artdıq (yəni Artlıq) olmuşdur. Kənd həqiqətən 1770 m. hündürlükdə, aşırımda yerləşir. XIX əsrdə Şimali Qafqazda Ter əyalətinin Nalçik dairəsində Art-Kol-Su və Art-Kol-kənd, Dağıstan əyalətinin Andi dairəsində Artluk, həmin əyalətin Kaytak-Tabasaran dairəsində Art-Uzun (çay adı) toponimləri ilə sıra təşkil edir.
Əhalisi
Rəsmi statistikaya görə hal-hazırda 15.000 nəfər əhalisi var.
Həmçinin bax
- Ağmanqan
- Artiz
Xarici keçid
- http://karabakhinfo [ölü keçid]
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ərtik haqqında məlumat. Ərtik nədir? Ərtik nə deməkdir?

