Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Heydər İsa oğlu İsayev (1936, Naxçıvan – 18 oktyabr 1999, Bakı) — Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi (1988–1991), 26 Bakı komissarı adına Rayon

Heydər İsayev

  • Ana Səhifə
  • Vikipediya
  • Heydər İsayev

Heydər İsa oğlu İsayev (1936, Naxçıvan – 18 oktyabr 1999, Bakı) — Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi (1988–1991), 26 Bakı komissarı adına Rayon Partiya Komitəsinin birinci katibi (1980–1981). Azərbaycan SSR və SSRİ Ali sovetinin deputatı. Geologiya-mineralogiya elmləri namizədi, alim.

Heydər İsayev
Azərbaycan Kommunist Partiyası Naxçıvan Vilayət Komitəsinin birinci katibi
27 noyabr 1988 – yanvar 1990
ƏvvəlkiNurəddin Mustafayev
SonrakıAfiyəddin Cəlilov
Azərbaycan SSR Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri
7 yanvar 1983 – 10 avqust 1988
ƏvvəlkiTofiq Allahverdiyev
Sonrakıvəzifə ləğv edilib
Azərbaycan Kommunist Partiyası 26 Bakı Komissarı Rayon Komitəsinin birinci katibi
30 sentyabr 1980 – 1981
ƏvvəlkiRamiz Mehdiyev
SonrakıXəlil Xəlilov
Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin birinci müavini
7 aprel 1977 – 1980
NazirQurban Əliyev
Şəxsi məlumatlar
Doğum tarixi 1936(1936)
Doğum yeri
  • Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 18 oktyabr 1999(1999-10-18) (62–63 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası
Təhsili
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti,
  • Rusiya Dövlət İdarəçilik Akademiyası[d]
Fəaliyyəti alim
Elmi fəaliyyəti
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri namizədi (1966)
Elmi adı
  • dosent

Təltifləri "Qırmızı əmək bayrağı" ordeni "Xalqlar dostluğu" ordeni

Mündəricat

Həyatı

Heydər İsayev 1936-cı ildə Naxçıvan şəhərində dünyaya gəlib. 1954-cü ildə Naxçıvan şəhər 6 nömrəli orta məktəbi bitirib. 1959-cu ildə Məşədi Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinin məzunu kimi Əli Bayramlıya (indiki Şirvan şəhəri) neftçıxarma üzrə operator göndərilib, mühəndis, baş mühəndis vəzifələrində işləyib.

1962-ci ilin dekabrında Azərbaycan Neft və Kimya İnstitutunun problem laboratoriyasında mühəndis vəzifəsinə təyin olunub. 1964-cü ildə institutun əyani aspiranturasına qəbul edilib. Qısa müddətdə tədqiqatını başa vuraraq namizədlik dissertasiyasını uğurla müdafiə edib (1966). Geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsi alan Heydər İsayev Moskvada fransız dili kursunu bitirdikdən sonra Əlcəzairə mütəxəssis kimi işə göndərilir, buradakı ali məktəbdə əvvəlcə müəllim kimi çalışır, sonra geologiya və neft kafedrasına rəhbərlik edir. 1971-ci ildə Azərbaycana qayıtdıqdan sonra Az. NKİ-nin xarici vətəndaşların təhsili üzrə fakültəsinin dekanı olub, bir il sonra prorektor vəzifəsinə təyin edilib. 20 elmi əsərin müəllifi olan Heydər İsayev rus, fransız dillərində sərbəst danışırdı.

1977-ci il aprelin 8-də Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Azərbaycan SSR ali və orta ixtisas təhsili nazirinin birinci müavini təyin edilib. 1980-ci ildə bu vəzifədən azad olunub, yüksək təşkilatçılıq qabiliyyətinə görə bir sıra məsul vəzifələr ona tapşırılıb. 1980–1981-ci illərdə 26 Bakı komissarı Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin elm və təhsil şöbəsinin müdiri işləyib.

1983–1988-ci illərdə Respublika Dövlət Texniki Peşə Təhsili Komitəsinin sədri olub. Tarixi təcrübə və ənənələrə əsaslanaraq ixtisaslı fəhlə kadrların hazırlığına rəhbərlik edib. Heydər İsayev Azərbaycan müəllimlərinin X qurultayında texniki peşə təhsilinin vəziyyətinə dair geniş məruzə edib.

1988-ci ilin oktyabrında müvafiq qərarla Azərbaycan SSR Maarif Nazirliyi, Ali və Orta İxtisas Təhsili Nazirliyi və Dövlət Texniki Peşə Təhsili Komitəsi birləşdirilərək, Azərbaycan SSR Xalq Təhsili Nazirliyinin yaradılması ilə əlaqədar Heydər İsayev işdən azad olunub.

O, 1988–1991-ci illərdə Naxçıvan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışıb. 1991-ci ildən ömrünün sonuna kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyində işləyib. Heydər İsayev 1999-cu ildə vəfat edib..

Mükafatları

Heydər İsayev səmərəli fəaliyyətinə görə "Qırmızı Əmək Bayrağı" və "Xalqlar Dostluğu" ordenləri ilə təltif edilib, Azərbaycan SSR və SSRİ Ali sovetlərinin deputatı olub.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Heydər İsayev haqqında məlumat. Heydər İsayev nədir? Heydər İsayev nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 22, 2026

    Nil

  • Fevral 27, 2026

    Başqırdlar

  • Fevral 27, 2026

    Azərbaycan füqərası

  • Fevral 27, 2026

    Araz FM

  • Fevral 27, 2026

    I Firuz

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst