Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İqor İvanoviç Kşnyakin (rus. Игорь Иванович Кшнякин; 19 may 1962, Bakı – 25 dekabr 2024, Aktau) — təyyarə kapitanı, Azərbaycanın Milli Qəhrəmanı. 2024-cü ilin d

İqor Kşnyakin

  • Ana Səhifə
  • Vikipediya
  • İqor Kşnyakin

İqor İvanoviç Kşnyakin (rus. Игорь Иванович Кшнякин; 19 may 1962, Bakı – 25 dekabr 2024, Aktau) — təyyarə kapitanı, Azərbaycanın Milli Qəhrəmanı. 2024-cü ilin dekabrında qəzaya uğrayan AZAL-a məxsus Embraer 190 təyyarəsinin kapitanı kimi tanınır.

İqor Kşnyakin
Doğum tarixi 19 may 1962(1962-05-19)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 25 dekabr 2024(2024-12-25) (62 yaşında)
Vəfat yeri
  • Aktau, Mangistau vilayəti, Qazaxıstan
Vəfat səbəbi təyyarə qəzası[d]
Dəfn yeri
  • II Fəxri Xiyaban
Təhsili
  • Sasovo Mülki Aviasiya uçuş məktəbi[d],
  • Rusiya Dövlət Hidrometeoroloji Universiteti[d]
Fəaliyyəti təyyarə kapitanı[d], pilot
Fəaliyyət illəri 1982–2024
Mükafatları Azərbaycanın Milli Qəhrəmanı — 2024

Mündəricat

Həyatı və karyerası

İqor İvanoviç Kşnyakin 1962-ci ildə mayın 19-da Bakı şəhərində anadan olub. Pilot ixtisası üzrə ilk təhsilini 1982-ci ildə Ryazan vilayətində Sovet İttifaqı Qəhrəmanı Qriqori Taran adına Sasovo Mülki Aviasiya uçuş məktəbində alıb. Həmçinin, 1992-ci ildə Rusiya Dövlət Hidrometeoroloji İnstitutunun Meteorologiya ixtisasını bitirib.

1982-ci ildə Yevlax Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu vəzifəsində əmək fəaliyyətinə başlayıb.

1984-cü il yanvarın 6-dan Zabrat Birləşmiş Aviasiya Dəstəsinin An-2 təyyarəsinin 2-ci pilotu, 1990-cı ildə Azərbaycan Mülki Aviasiya İdarəsinin Yak-40 Hava Gəmisinin 2-ci pilotu vəzifələrində çalışıb. 1994-cü ildə Yak-40 Hava Gəmisinin komandiri, 1997-ci ildə "Azal" Milli Aviasiya Şirkətinin Yak-40 Hava Gəmisinin kapitanı vəzifəsinə təyin edilib. 1998-ci ildə Tu-134 Hava Gəmisinin 2-ci pilotu vəzifəsinə təyin olunur. 2005-ci ildə An-140 Hava Gəmisinin kapitanı, 2008-ci ildən etibarən ATR-42/72 Hava Gəmisinin kapitanı vəzifəsinə yüksəldilir.

2013-cü iyunun 3-dən etibarən, Embraer-170/190 Hava Gəmisi üzrə yenidən təlim kursunu bitirdikdən sonra həmin hava gəmisinin stajçı-pilotu vəzifəsinə keçirilib. 2013-cü dekabrın 11-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin Uçuşların İstehsalı İdarəsinin Uçuş Xidmətində Embraer-170/190 hava gəmisinin kapitanı vəzifəsinə təyin edilib.

2020-ci ildə Bakıdan Moskvaya uçarkən Kşnyakinin komandiri olduğu təyyarədə təyyarədə olan sərnişinlərdən birinin halı pisləşib. Kşnyakin təcili eniş edib və sərnişinin həyatı xilas olunub.

Kşnyakinin 15,139 saatlıq uçuş təcrübəsi var idi ki, bunun 11,180 saatı kapitan kimi həyata keçmişdi. Onun da 7009 saatdan çoxu Embraer 190 təyyarəsində olub.

Bir oğlu və üç qız övladı var.

Ölümü

2024-cü il dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus Embraer 190 təyyarəsi Rusiya hava hücumundan müdafiə qüvvələrinə məxsus Pantsir-S1 zenit raket kompleksi ilə vurulub. İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov təyyarənin idarəetmə sistemlərinin sıradan çıxmasına baxmayaraq, təyyarəni Xəzər dənizi üzərindən Aktau Beynəlxalq Hava Limanına yaxın əraziyə yönləndirmişlər. Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi zamanı təyyarə yerə çırpılmışdır. Təyyarənin göyərtəsində 67 nəfər olub: 62 sərnişin və 5 ekipaj üzvü. Qəza nəticəsində 29 nəfər sağ qalmışdır.

İqor Kşnyakin, təyyarənin ikinci pilotu və bir ekipaj üzvü, habelə 35 sərnişin qəza zamanı həyatını itirmişdir. Ekspertlər onun və komandası haqqında "tarixə qəhrəmanlar kimi düşüblər" ifadəsini işlətmişdir. 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunmuşdur.

Təltifləri

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Kşnyakin İqor İvanoviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • (29 dekabr 2024) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İqor Kşnyakin haqqında məlumat. İqor Kşnyakin nədir? İqor Kşnyakin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    28 dekabr

  • Fevral 28, 2026

    Ucarud mahalı

  • Mart 01, 2026

    E.ə. 2205

  • Fevral 27, 2026

    Citrus maxima

  • Fevral 27, 2026

    Kətik

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst