Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Herma (q.yun. ἔρμα — dirək, dayaq) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları

Herma

  • Ana Səhifə
  • Vikipediya
  • Herma

Herma (q.yun. ἔρμα — dirək, dayaq) — dördüzlü sütundan ibarət olan, başı və ya büstü bəzədilmiş xüsusi heykəl növü. Qədim Elladada herma yol və sərhəd nişanları, yollarda işarələr, fetişlər - yolların, sərhədlərin, darvazaların, eləcə də qəbir daşlarının işarəsi idi. Əvvəlcə onun üzərində yalnız qədim yunan tanrısı Hermes təsvir edilmişdir. Sonradan digər tanrılar və qəhrəmanlar da Herma üzərinə təsvir olunmağa başlandı. Qədim Romada hermalar sərhəd nişanələri kimi istifadə olunurdu.

«Hermes Propiley», heykəltaraş Alkamenə aid edilən Herma (e.ə. V əsr), İstanbul Arxeoloji Muzeyi

Hermaya ziyan vurmaq ağır küfr və günah hesab edilirdi. Eramızdan əvvəl 415-ci ildə Afinada kütləvi şəkildə dağıdılması Afina və Sparta arasındakı Peloponnes müharibəsinin bütün gedişatına təsir edən əhəmiyyətli nəticələrə səbəb oldu.

Yeni və ən yeni dövrdə, herma antik dövrün ideyalarına söykənən klassik memarlıq üslubunun standart bir elementinə çevrilmişdir.

Herma antik dövrdə

Mənşəyi və xarici görünüşü

Herma Herakl təsviri ilə. Antik Messena

Herma — başı və ya büstü bəzədilmiş  dördüzlü sütundan ibarət xüsusi heykəl növüdür.

Herma üzərində əvvəlcə yalnız Hermes təsvir edilmişdir. Bunun da bir neçə izahı var. Bəlkə də, hermalarda Ellada sivilizasiyasının yarandığı günlərində, Hermesin ilk növbədə fallik kultu məhsuldarlıq tanrısı olaraq öz əskini tapdı. Bu versiya, hermanın altındakı fallos görüntüsü ilə təsdiqlənir. Qədim yunan tarixçisi Herodot, Hermanın bu cür görüntülərini, miladdan əvvəl XVI əsrdə, hələ Mikena sivilizasiyasının yaranmasından əvvəl Yunanıstanda yaşayan insanların Hermes təsviri çəkdiklərini təsdiq edir. Olimpiya tanrısı Hermes adının etimologiyası, adlandırma formalarından biri olan "Hermaon" ilə əlaqədardır. Belə hesab edilir ki, hermalar ya Hermesi təsvir etdikləri üçün, ya da Hermes adının hermalarda əks olunduğu üçün bu adı almışlar. Başqa bir versiyaya görə, əvvəlcə onu təcəssüm edən daş yığınları Hermesə ibadət etmək üçün istifadə olunurdu. Bu tanrının səyyahların və ticarətin himayədarı kimi fəaliyyətlərinə əsaslanaraq daşlar çox vaxt yollarda, qovşaqlarda və bölgələrin sərhədlərində yerləşirdi. Bu yerdəki səyyah Hermesə ya bir daş əlavə etməli ya da qurban gətirməli idi. Sonradan cəmiyyət inkişaf etdikcə daş yığınları dördüzlü ibtidai herma heykəlləri ilə əvəz olundu.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Herma haqqında məlumat. Herma nədir? Herma nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 22, 2026

    Günəş enerjisi

  • Fevral 10, 2026

    Atlantik okean

  • Fevral 25, 2026

    Çuvaşıstan

  • Fevral 26, 2026

    Anion

  • Fevral 25, 2026

    Koreya

Trend Mahnılar
  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst