Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Henri Uilyam Delqlayş Kavill (ing. Henry William Dalgliesh Cavill; d:5.5.1983) — Britaniyalı aktyor. Henri kino karyerasına 2001-ci ildə Laquna filmi ilə başlay

Henri Kavill

  • Ana Səhifə
  • Vikipediya
  • Henri Kavill

Henri Uilyam Delqlayş Kavill (ing. Henry William Dalgliesh Cavill; d:5.5.1983) — Britaniyalı aktyor. Henri kino karyerasına 2001-ci ildə Laquna filmi ilə başlayıb. 2002-ci ildə Albert Mondeqo rolu ilə Monte Kristonun Hesablaması filmi ilə başlayıb. daha sonra o BBC kanalında yayımlanan İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında, həmçinin Tristian və İzolde, Ulduz Tozu və Ölümsüzlər kimi filmlərdə çəkildi.

Henri Kavill
Henry Cavill
Henri 2016-ci ildə San Diego Comic-Con International-da
Henri 2016-ci ildə San Diego Comic-Con International-da
Doğum adı Henri Uilyam Delqlayş Kavill
Doğum tarixi 5 may 1983 (42 yaş)
Doğum yeri Cersi, Kanal adaları,  Böyük Britaniya
Milliyyəti İngilis
Vətəndaşlığı  Böyük Britaniya
Atası Kolin Kavill
Anası Marianna Kavill
Fəaliyyəti Aktyor
Fəaliyyət illəri 2001-bu günə qədər
Boyu 1,85 m
IMDb ID0147147
henrycavill.org/en/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Henri Britaniyanın Kanal Adalarının Cersi adasında dünyaya gəlib. Anası Marianna bankda katib, atası Kolin isə birjaçı idi. Onun dörd qardaşı var. İngiltərədə Stowe School adlı məktəbə başlamazdan əvvəl Cerseydəki St. Michael's Preparatory School məktəbində təhsil alıb.

Karyerası

Henri 2014-cü ildə San Diego Comic-Con International-da

Henri filmlərə 2001-ci ildən etibarən çəkilməyə başladı. İlk Laquna (2001) adlı filmdən sonra növbəti il Monte Kristonun Hesablaması filmində rol aldı. Bundan sonra o BBC telekanalındakı İnspektor Linli Misteries, Midsomer Qatilləri və Tudors seriallarında sonra Qalanı Tutmaq (2003), Cəhənnəmin Yüksəlişi: Cəhənnəm Dünyası (2005), Qırmızı Papaq (2006) və Tristian və İzolde kimi bir sıra filmlərə çəkildi. 2007-ci ildə Metyu Vauhun Ulduz Tozu filmində rol aldı.

Henrinin fanatları onu 2005-ci ildə nümayiş olunan Harri Potter və Alov Kuboku filmində Sedrik Diqori rolunda görmək istəyirdilər. Ona görə də o, bu filmin kastinqlərinə qatıldı, lakin bu rol sonradan Robert Pattinsona verildi. Həmçinin Stefani Mayer özünün Alatoran romanı əsasında çəkilən eyni adlı filmdə də Edvard Kallen rolunun məhz Henrinin oynamağını istəmişdi. Lakin Henrinin yaşı çox olduğuna görə bu rol yenidən Robert Pattinsona verildi.

Filmoqrofiya

Henri 2011-ci ildə San Diego Comic-Con International-da

Film

İl Filmin adı Rol Qeydlər
2001 Laquna Tomas Aprea
2002 Monte Kristonun Hesablaması Albert Mondeqo
2002 Əlvida, Mister Çips Əsgər Kolley Televiziya filmi
2003 Qalanı Tutmaq Stefen Kolley
2005 Cəhənnəmin Yüksəlişi: Cəhənnəm Dünyası Mayk
2006 Tristan və İzolde Melot
2006 Qırmızı Papaq Ovçu
2007 Ulduz Tozu Humpfrey
2009 İşləyən Hərşey Rendi Li Ceyms
2009 Qanlı Körfəz Evan Marşall
2011 Ölümsüzlər Zeseus
2012 Günün Soyuq İşığı Uill Şau
2013 Polad Adam Supermen — Klerk Kent
2015 A. N. K. L-dan Gələn Adam Napolyon Solo
2016 Betmen Supemenə Qarşı: Ədalətin Şəfəqi Supermen — Klerk Kent
2017 Qum Qalası Kapitan Siverson
2017 Ədalət Liqası Supermen — Klerk Kent

Televiziya

Serial

İl Filmin adı Rol Qeydlər
2002 Inspector Linli Misteries Ças Quilter Seria: "Yaxşı Təhsil Almış Qatil"
2003 Midsomer Qatilləri Saymon Mayfield Seria: "Yaşıl Adam"
2007–2010 Tudorlar Çarles Brandon 38 seria

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Henri Kavill haqqında məlumat. Henri Kavill nədir? Henri Kavill nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Şeyx Heydər

  • Fevral 27, 2026

    Ceremi Ayrons

  • Fevral 27, 2026

    Homo

  • Fevral 27, 2026

    F-14 Tomcat

  • Fevral 27, 2026

    Kito

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst