Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əhalisinin sayı 147 min nəfərdir. Ştutqart və Frankfurt-Mayn şəhərləri arasında yerləşir. Ərazisi 108.84 km²-dır.

Haydelberq

  • Ana Səhifə
  • Vikipediya
  • Haydelberq

Heydelberq — Almaniyada şəhər.

Heydelberq
Heidelberg
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
49°24′44″ şm. e. 8°42′36″ ş. u.HGYO
Ölkə
  •  Almaniya Federativ Respublikası
Tarixi və coğrafiyası
Sahəsi
  • 108,89 km² (2016, 2017)
Mərkəzin hündürlüyü 114 ± 1 m
Saat qurşağı
  • UTC+01:00
  • UTC+02:00
Əhalisi
Əhalisi
  • 162.960 nəf. (2023)
Rəqəmsal identifikatorlar
Telefon kodu 6221, 6202
Poçt indeksi 69001
Nəqliyyat kodu HD
Digər
heidelberg.de
heidelberg.de/cn/home.ht…
Xəritəni göstər/gizlə
Heydelberq xəritədə
Heydelberq
Heydelberq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Əhalisinin sayı 147 min nəfərdir. Ştutqart və Frankfurt-Mayn şəhərləri arasında yerləşir. Ərazisi 108.84 km²-dır.

Bir vaxtlar Heydelberq Avropanın elm və mədəniyyət mərkəzlərindən biri olub. Burada dünyanın ən yaxşı universitetlərindən biri sayılan Heydelberq Universiteti yerləşir.

Mündəricat

Coğrafiya

Almaniyanın Baden-Vürtemberq əyalətində yerləşir. Reyn və Nekkar çaylarının arasında qalan vadidə yer almışdır (Rhein-Neckar Kreis). Haydelberq, Manhaym'dən təxminən 20 dəqiqə uzaqlıqda yerləşir. Heydelberq ümumi olaraq dağlıq şəhərdir, ən yüksək yeri Königstuhl (568m) və Gaisberg (375m) dir. Şəhərdən Nekkar çayı keçir. Şəhər, Odenwald meşəsinin içində yerləşir. Heydelberq ərazi etibarilə Almaniyanın mərkəz bölgəsində yer aldığına görə, şəhərdə çox sayda əncir və badam ağacları yetişir.

Tarixi

Şəhərin tarixi qədim dövr Roma İmperiyası dövrlərinə dayanır. Xüsusi ilə şəhərin bugünkü Neuenheim bölgəsində Romalıların izlərinə rast gəlmək mümkündür. Orta əsrlər dövründə şəhər daha çox ətrafında yerləşən qəsəbə və şəhərlərə bağlı qalmışdır. 1225-ci ildən yenidövr başlanğıcına qədər kraliyyətin məskunlaşma yeri olmuşdur. Bu səbəbdən bu bölgəyə "Kurpfalz" deyilir. Heydelberq universiteti bu zamanlarda yəni 1386-cı ildə qurulmuşdur və Almaniyanın ən qədim universitetidir. 17-ci əsrin ikinci yarısının sonlarına doğru şəhər fransızların hücumuna məruz qalmışdır hətta bəzi yerləri fransızlar tərəfindən ələ keçirilmişdir. O dövrlərdə qədim şərəh (Altstadt) və Saray təxribata uğramışdır. 1840-cı ildə tikilən Mannheim-Heydelberq dəmir yolu Baden bölgəsində ilk dəmir yolu olaraq tarixə keçmişdir.

Şəhər mərkəzi

1930-cu ildə universitenin yeni binasının inşaatına başlanmılmşdır. 1930-cu ildə Nazilərin iqtidara gəlməsi səbəbi ilə Heydelberq univesiteti bir çox yəhudi tələbə və professorlarını itirmişdir. İkinci dünya müharibəsindən sonra, Almaniyanın müharibədən dağılmadan qalmış olan şəhərlərindən biridir. Müharibə sonrasında ABŞ işğalında qalan şəhər, uzun illər Amerikan ordusu tərəfindən hərbi baza olaraq istifadə edilmişdir. Bu gün xüsusi ilə şəhərin, "qədim şəhər" (Altstadt) və Sarayı UNESCO tərəfindən dünya insanlıq mirası siyahısında yer almışdır.

İqtisadiyyat

Şəhər əsasən bir mədəniyyət şəhəri kimi tanınır və bundan dolayı sənayeləşməmişdir. Bununla belə dünyada məşhur olan çap maşınları istehsal edən "Heidelberger Druckmaschinen AG" bu şəhərdə yerləşir.

Heydelberq çap maşınlarını bütün dünya bir nömrə kimi qəbul edir.

Siyasət

Şəhər şurası 40 üzvdən ibarətdir. Şəhərdə Şura seçkiləri beş ildən bir keçirilir.

Qardaşlaşmış şəhərlər

  • Monpelye, Fransa Fransa, (1961)
  • Kembric, İngiltərə İngiltərə, (1965)
  • Rexovot, İsrail İsrail, (1983)
  • Simferopol, Ukrayna Ukrayna, (1981)
  • Bautçen, Almaniya Almaniya, (1991)
  • Kumamoto, Yaponiya Yaponiya, (1992)

Mətbuat

Rhein-Neckar Bölgəsinin gündəlik qəzeti (Rhein-Neckar Zeitung) Heydelberqdə nəşr olunur.

Təhsil

Heydelberq Universiteti ilə dünyada şöhrəti olan bir şəhərdir. Universitet 2 hissədən ibarətdir şəhəri çayın bölməsi səbəbi ilə universitət də iki hissəyə ayrılmışdır. "Qədim şəhər" tərəfində qalan hissəsində daha çox sosial və sənət fakültələri mövcuddur. Yeni hissəsində isə əsasən Təbiət bilimləri və Tibb fakültəsi mövcuddur. Şəhərdə həmçinin Xərçəng xəstəliyini araşdırma mərkəzi, "Max Plack instutu", və Avropa molekulyar biologiya laboratoriyası mövcuddur.

Mədəniyyət və turizm

Mərkəzi küçə
Böyük barel (Das Große Fass) sarayda, 1896
Böyük barel (Das Große Fass) sarayda bu gün

Şəhərin ən önəmli tarixi tikilisi Saraydır. Dövrümüzdə Saray abidəsinin bir çox hissəsi dağılmış vəziyyətdədir. Sarayın içində Alman aptek muzeyi (Deutsches Apotheken-Museum) və qədim, böyük bir çəllək (Das Große Fass) mövcuddur. Nekkar üzərində tapılan və 1248-ci ildə inşa edilən, xalq arasında qədim körpü (Alte Brücke) deyilən körpünün əsl adı "Karl-Theodor-Brücke"dir. Qədim şəhərin mərkəzində yerləşmiş "Heiliggeistkirche", şəhərin ən məşhur kilsəsidir.

Şəhərin baxılması lazım olan yerləri və bəzi muzeylər :

  • Qədim universitet binası və tələbə həbsxanası (alte Aula ve Studentenkarzer).
  • Universitet kitabxanası.
  • Saray.
  • Fridrix Ebertin doğulduğu ev.
  • Filosoflar yolu (Philosophenweg).
  • Sənət muzeyi (Kurpfälzisches Museum).
  • Botanika baxçası.
  • Carl Bosch Muzeyi
  • Haus zum Ritter

Panorama

Heydelberq ümumi mənzərə
Heydelberq köhnə şəhər və saray
Heydelberq köhnə şəhər və Nekkar çayı

Şəkillər

  • Qış gecələri
    Qış gecələri
  • Rhein-Neckar çayı
    Rhein-Neckar çayı
  • Heydelberqdə müasir laboratoriya
    Heydelberqdə müasir laboratoriya
  • Payız fəsli
    Payız fəsli
  • Heydelberqdən bir görüntü
    Heydelberqdən bir görüntü
  • Universitet kitabxanası
    Universitet kitabxanası
  • Ritter oteli
    Ritter oteli
  • Yay gecələri
    Yay gecələri
  • Heydelberq universitetinin ümumi görünüşü
    Heydelberq universitetinin ümumi görünüşü
  • Heydelberq universitetinin iclas zalı
    Heydelberq universitetinin iclas zalı
  • Mərkəzi hissə
    Mərkəzi hissə
  • Şəhər mərkəzi
    Şəhər mərkəzi
  1. ArchINFORM (alm.). 1994.
  2. https://www.destatis.de/DE/ZahlenFakten/LaenderRegionen/Regionales/Gemeindeverzeichnis/Administrativ/Aktuell/05Staedte.html.
  3. . Statistisches Bundesamt.
  4. Alle politisch selbständigen Gemeinden mit ausgewählten Merkmalen am 31.12.2023 (alm.). Destatis, 2024.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Haydelberq haqqında məlumat. Haydelberq nədir? Haydelberq nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Böyük partlayış

  • Fevral 27, 2026

    Səs (qəzet)

  • Fevral 27, 2026

    San-Xose (şəhər)

  • Fevral 27, 2026

    Endirmək

  • Fevral 26, 2026

    Xios

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst