Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası; † 1934) – yapon patoloqanatomu və cərrahı, ilk dəfə olaraq autoimmun tireoi

Hakaru Haşimoto

  • Ana Səhifə
  • Vikipediya
  • Hakaru Haşimoto

Hakaru Haşimoto (橋本 策, Haşimoto Hakaru; * 1881 Midai (indiki: İqa) Mie prefekturası; † 1934) – yapon patoloqanatomu və cərrahı, ilk dəfə olaraq autoimmun tireoidit xəstəliyini aşkar etmişdir. Hal-hazırda bu xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır. Haşimoto həkim ailəsində dünyaya gəlmiş, dindar buddist olmuşdur. O, 53 yaşında qarın yatalağından vəfat etmişdir.

Hakaru Haşimoto
橋本策     
橋本策 - Hakaru Haşimoto
橋本策 - Hakaru Haşimoto
Doğum tarixi 1881
Doğum yeri Yaponiya Yaponiya, Midai (indiki:İqa), Mie prefekturası
Vəfat tarixi 1934 (52–53 yaşında)
Vəfat yeri Yaponiya Yaponiya
Vəfat səbəbi tif qızdırması[d]
Vətəndaşlığı Yaponiya Yaponiya
Elm sahəsi Tibb
Elmi dərəcəsi Doktor
İş yeri Hayari Miyakenin rəhbərlik etdiyi cərrahiyyə klinikasında
Alma-mater Kyüşü universiteti
Təhsili ali
Elmi rəhbəri Hayari Miyaken
Tanınır Autoimmun tireoidit xəstəliyini aşkar etmişdir, xəstəlik onun şərəfinə Haşimoto uru adlandırılmışdır.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Təhsili və elmi fəaliyyəti

Haşimoto 1903–1907-ci illərdə Fukuokada Kyuşu Universitetində təhsil almış və oranı müvəffəqiyyətlə başa vurmuşdur. 1908–1912 ci illərdə professor Hayari Miyakenin rəhbərliyi altında cərrahiyyə klinikasında fəaliyyət göstərmişdir. 1912-ci ildə "lat. Struma limfamatosa" adı altında dissertasiya müdafiə edir. Dissertasiyasında o, qalxanabənzər vəzin sonralar onun şərəfinə adlandırılmış Haşimoto uru xəstəliyinin 4 histoloji xarakteristikasını təsvir etmişdir:

  1. Diffuz limfositar infiltrasiya,
  2. Limfoid follikul əmələgəlmə,
  3. Epitel hüceyrələrin dağılması,
  4. Fibroz toxuma proliferasiyası.

Haşimoto dissertasiyasını Berlində "Archiv für klinische Chirurgie" ("Klinik Cərrahiyyə Arxivi") jurnalında dərc etdirərkən öz vətənində hələ tanınmırdı. Bir müddət Berlin, Qöttingen və Londonda qaldıqdan sonra atasının vəfatı və Birinci Dünya müharibəsinin başlanması səbəbindən Yaponiyaya qayıdır və orada visseral cərrah kimi fəaliyyət göstərir.

Xatirəsi

Hakaru Haşimotonun təhsil aldığı Kyuşu Universiteti Maidashi kampusundakı yolu bu cərrah-alimin şərəfinə adlandırıb.

Həmçinin bax

  • Haşimoto uru

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hakaru haşimoto sözünün mənası, hakaru haşimoto haqqında məlumat. hakaru haşimoto nədir? hakaru haşimoto nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Atropat

  • Mart 01, 2026

    Koreya nərəsi

  • Mart 06, 2026

    Hindistan rupisi

  • Fevral 27, 2026

    Paleogen dövrü

  • Mart 06, 2026

    Ağ kərgədan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst