Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Danaya — hollandiyalı rəssam Rembrandtın rəsm üzərinə yağlı boya ilə 1636-cı ildə çəkdiyi tablodur. Pyer Krozat kolleksiyasında iştirak etmiş tablo XVIII əsrdən

Danaya (Rembrandt)

  • Ana Səhifə
  • Vikipediya
  • Danaya (Rembrandt)

Danaya — hollandiyalı rəssam Rembrandtın rəsm üzərinə yağlı boya ilə 1636-cı ildə çəkdiyi tablodur. Pyer Krozat kolleksiyasında iştirak etmiş tablo XVIII əsrdən bu yana Peterburqdakı Ermitaj muzeyində saxlanılır.

Danaya
nid.
Rəssam Rembrant Harmens van Reyn
Tarixi 1636
Üslubu nü, mifologiya rəssamlığı
Texnikası Yağlı boya
Ölçüləri 185 sm × 202,5 sm
Materialı Kətan
Saxlanıldığı yer Ermitaj, Sankt-Peterburq
İnventar nömrəsi ГЭ-723
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarixi

Tabloda yunan mifologiyasında Perseyin anası olan Danaya xarakteri təsvir olunmuşdur. Şəkildə Danaya böyük ehtimalla, bir qızıl sağnağı şəklinə girərək özüylə əlaqəyə girib Perseyə hamilə qalmasını təmin edəcək olan Zevsi qarşılayarkən görülməkdədir.

Danaya üçün, rəssamın bərabər yoldaşı olan Saskiya van Uylenburq modellik etmiş olsa da, Rembrandt daha sonra, Danayanın üzünü dəyişdirərək aşnası Geertje Dircxin üzünə çevirmişdi. Rembrandtın ən dəbdəbəli əsərlərindən biri olan bu tabloya böyük ehtimalla rəssam tərəfindən də böyük əhəmiyyət verilmişdir. Ancaq şəklin nisbətən böyük ölçülərdə olması, satılmasını çətinləşdirmişdir.

Rembrandtın bu tablosu 15 iyun 1985-ci ildə ağlı başından çıxmış bir adam tərəfindən hücuma uğradı. Rəsmin üzərinə sülfürik turşu tökən təcavüzkar tablonu ayrıca iki yerindən bıçaqladı. Hücum sonrasında şəklin orta hissəsi sıçrama izlərindən və axan boyalardan meydana gələn bir çox nöqtəylə örtüldü.

Şəklin bərpasına həmin gün başlandı. Kimyagərlərlə məsləhətləşən təmirçilər əvvəl tablonun səthini suyla yuyaraq təmizlədilər. Tablo dik vəziyyətdə tutularaq üzərinə su püskürdüldü və beləcə zərərin daha da dərinləşməsinin qarşısı alındı. Tablonun bütün bərpa işləri 1985–1997-ci illərin arasında tamamlandı.

Danaya Rusiyada

Hərracdan sonra Rembrandt uzun müddət saxladığı rəsm əsərinin sahibliyini itirir. Ancaq XVIII əsrdə "Danaya" tanınmış fransız kolleksiyaçı Pyer Kroza tərəfindən aşkara çıxarılır. Krozanın ölümündən sonra(1740) onun kolleksiyasının çoxu üç yaxın qohumuna qalır(Lui Fransua, Jozef Antuan və Lui Antuan). İmperatriça II Yekaterina Ermitaj üçün kolleksiya yığmağa başlayanda, öz yaxın tanışı Deni Didrodan ona materialla kömək etməsini istədi. Didro onun diqqətini Krozanın kolleksiyasının hissələrinə çevirdi. II Yekaterina 1772-ci ildə Rembrandtın "Danaya" əsərinə sahib oldu

Vandalizm

1985-ci il 15 iyun şənbə günü Ermitaja Rembrandt zalına ekskursiyaçılarla birlikdə bir nəfər daxil oldu və muzeyin işçilərindən soruşdu ki, burada ən qiymətli rəsm əsəri hansıdır? Muzeyin işçiləri isə "Danaya"nı göstərdilər. Əsərə yaxınlaşaraq cibindəki süşənin içərisindəki məhlulu yağlı boya ilə çəkilmiş əsərin mərkəzinə tökdü. Boya yavaş-yavaş axmağa başladı və rənglər bir-birinə qarışdı. Bədəməl bununla qalmayaraq bıçaq ilə şəklin ortasında deşik açdı. Ən pisi isə ekspertlər kişini özünə hakim ola bilməyən kimi qəbul etdilər. 48 yaşlı Litva vətəndaşı Bronyus Maykis bu hərəkətini siyasi motivlə əlaqədar olduğunu izah etdi. Leninqrad hakiminin 1985-ci il 26 avqust tarixli qərarına əsasən ruhi xəstə kimi qəbul edildi(Diaqnoz—şizofreniya). Leninqrad psixiatriya müalicə mərkəzində 6 il qaldıqdan sonra Litvaya göndərildi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, danaya (rembrandt) sözünün mənası, danaya (rembrandt) haqqında məlumat. danaya (rembrandt) nədir? danaya (rembrandt) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    NGC 1912

  • Mart 01, 2026

    Brandenburqlu Doroteya

  • Fevral 27, 2026

    KolourPaint

  • Fevral 27, 2026

    Gödək Əhməd

  • Fevral 27, 2026

    Gərəkli

Trend Mahnılar
  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst