Hafiz Mir Cəlal oğlu Paşayev (2 may 1941, Bakı) — azərbaycanlı diplomat və fizik, fizika-riyaziyyat elmləri doktoru, Azərbaycan Respublikası xarici işlər nazirinin keçmiş müavini, "ADA" Universitetinin rektoru.
| Hafiz Paşayev | |
|---|---|
| Hafiz Mir Cəlal oğlu Paşayev | |
| |
Xarici İşlər Nazirinin müavini | |
| 14 avqust 2006 – 29 oktyabr 2019 | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
| Təhsili | Bakı Dövlət Universiteti |
| Fəaliyyəti | diplomat, siyasətçi |
| Atası | Mir Cəlal Paşayev |
| Elmi fəaliyyəti | |
| Elmi dərəcəsi | fizika-riyaziyyat elmləri doktoru |
| | |
| Təltifləri | |
Həyatı
Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olmuşdur. 1963 – Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) fizika fakültəsini bitirmişdir
1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışmışdır. 1971-ci ildə Moskvada Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirmişdir.
1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olmuşdur. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə etmiş, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 1975–1976-ci illərdə İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirmişdir

1992–2006-cı illərdə Azərbaycan Respublikasının ABŞ-dakı (eyni zamanda Meksika və Kanadada) Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2006-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini – Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilmişdir.
100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Xarici dillərdən ingilis və rus dillərini bilir.
Evlidir, iki övladı, dörd nəvəsi var.
Mükafatları
- 2 may 2011-ci il Azərbaycan Respublikasında səmərəli ictimai-siyasi fəaliyyətinə və elmi-pedaqoji xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.
- 2 may 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasında təhsilin inkişafındakı xidmətlərinə görə "Şərəf" ordeni ilə təltif edilib.
- 9 iyul 2019-cu ildə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
- 29 aprel 2021-ci ildə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
Əsərləri
- Bir səfirin manifesti
Həmçinin bax
- "ADA" Universiteti
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hafiz Paşayev haqqında məlumat. Hafiz Paşayev nədir? Hafiz Paşayev nə deməkdir?
