Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Həmid Rza oğlu Məmmədzadə (18 mart 1924, Təbriz – 2000 və ya 2001, Tehran) — Azərbaycanlı yazıçı, ədəbiyyatşünas.

Həmid Məmmədzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Həmid Məmmədzadə

Həmid Rza oğlu Məmmədzadə (18 mart 1924, Təbriz – 2000 və ya 2001, Tehran) — Azərbaycanlı yazıçı, ədəbiyyatşünas.

Həmid Məmmədzadə
Həmid Rza oğlu Məmmədzadə
Doğum tarixi 18 mart 1924(1924-03-18)
Doğum yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat tarixi 2000(2000) (75–76 yaşında) və ya 2001(2001) (76–77 yaşında)
Vəfat yeri
  • Tehran, Tehran şəhristanı, Tehran ostanı, İran
Fəaliyyəti yazıçı, ədəbiyyatşünas
Fəaliyyət illəri 1946-2000
Mükafatları "21 Azər" medalı — 19461946

Azərbaycan Milli Hökuməti dövründə müəllimlik edib. Azərbaycan Demokrat Cavanlar təşkilatının üzvü olub. Öz məqalə və hekayələri ilə mətbuatda çıxış edib. 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.

Azərbaycan Milli Hökumətinin süqutundan sonra Bakıya köçüb. Azərbaycan Yazıçılar Birliyinin üzvü, Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyində elmi fondlar şöbəsinin müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi olub.

Mündəricat

Həyatı

Həmid Rza oğlu Məmmədzadə 1924-cü il martın 18-də Təbrizdə Əhrab məhəlləsində anadan olub. İlk təhsilini Təbrizin "Nəcat" və "Pərvəriş" məktəblərində alıb. Məktəbi bitirdikdən sonra 1942-ci ildə Təbrizdə yerləşən Darül-müəllimdə təhsil alıb. Buranı da bitirdikdən sonra iki il Ərdəbilin "Səfəvi", "Puranduxt" və "Sənan" adlı məktəblərində müəllimlik edib.

1943-cü ildə Tudə Partiyasına, 1945-ci ildə isə Azərbaycan Demokrat Firqəsinə üzv olub. Azərbaycan Milli Hökuməti qurulduqdan sonra Təbrizə qayıdıb burada müəllimlik edib. Yeni yaranan Azərbaycan Demokrat Cavanlar təşkilatının Mərkəzi Komitəsinin Təbliğat şöbəsinə rəhbərlik edib. İlk məqalələri 1946-cı ildə Azərbaycan Demokrat Cavanlar təşkilatının orqanı olan "Cavanlar" qəzetində və "Azad millət" qəzetində, ilk hekayələri isə "Pioner" və "Azərbaycan" jurnallarında dərc olunub. Daha sonra təhsilini davam etdirmək üçün Təbriz Universitetinin tarix və ədəbiyyat şöbəsinə daxil olub. 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib

1946-cı ildə Azərbaycan Milli Hökumətinin süqutundan sonra Həmid Məmmədzadə Bakıya köçür. Burada Azərbaycan Ali Partiya məktəbində və eyni zamanda Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirir. Ali məktəbi bitirdikdən sonra Azərbaycan Elmlər Akademiyası Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasuna daxil olub. 1951–1954-cü illərdə "İnqilabçı, jurnalist, yazıçı Pişəvəri (həyatı, mühiti, yaradıcılığı)" mövzusunda elmi iş yazaraq filologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülüb. Daha sonra 1968-ci ildə institutda baş elmi işçi işləyərkən "Axundov və Şərq" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. Sonradan Nizami adına Azərbaycan Ədəbiyyatı muzeyində elmi fondlar şöbəsinin müdiri, Yaxın və Orta Şərq Xalqları İnstitutunun İran filologiyası şöbəsinin böyük elmi işçisi vəzifələrində işləyib. 1947-ci ildən Cənubi Azərbaycan Yazıçılar Cəmiyyətinin, 1958-ci ildən isə Azərbaycan Yazıçılar Birliyinin üzvü olub.

Həmid Məmmədzadə Bakıda fəaliyyət göstərdiyi dövrdə Mirzə Fətəli Axundov, Əlişir Nəvai, Hafiz Şirazi, Məhəmmədhüseyn Şəhriyar, Mirzə Ağa Təbrizi, Mirzə Şəfi Vazeh və digərlərinin ədəbi yaradıcılığına aid sənədlər, tapıntılar toplayıb nəşr etdirib. "Mirzə Fətəli Axundov və Şərq", "Məşrutə inqilabi ərəfəsində və dövründə İran ədəbiyyatı", "Bahar Şirvani", Seyid Cəfər Pişəvəri", "Təbriz xatirələri", "Fədai" povesti, "Şimal hekayələri", "Oğurlanmış abidə", "Təbriz təbəssümü", "Azadlıq həsrəti", "1941–45-ci illərdə Cənubi Azərbaycan ədəbiyyatı", " İnqilabdan sonrakı dövrdə Cənub şeirində Vətən və Vətənpərvərlik motivləri", "Molla Nəsrədin jurnalı Təbrizdə", "Cənubi Azərbaycan şairi Səhənd haqqında", "Sadiq bəy Sadiqi Əfşar", "Milli azadlıq hərəkatının tərənnümçüsü", "Abbas Pənahi (Makulu)", Məhəmmədi Müdərrisi-Təbrizi", "Cənub folkloru", "Azəroğlu", "Şeyx Məhəmməd Xiyabani", "Zeynəlabdin Marağayi", "Həmid Nitqi" adlı əsərləri var. Səttar xan və Heydər Əmioğlu haqqında roman yazıb. Nəsiminin farsca divanı, Məhəmmədhüseyin Şəhriyarın türkcə poetik əsərləri, Nizami Gəncəvinin "Xosrov və Şirin" poeması, Cəlil Məmmədquluzadənin hekayələri, Zeynalabdin Marağalının "İbrahim bəyin səyahətnaməsi" romanı onun tərcümə və tərtibi ilə çap olunub. 1957-ci ildə "Hekayələr", 1961-ci ildə "Futbolçu", 1966-cı ildə "İlk məhəbbət", 1978-ci ildə "Təbriz xatirələri", 1984-cü ildə "Oğurlanmış abidə" kitabları Bakıda nəşr olunub.

1979-cu ildə İran İslam İnqilabından sonra əvvəlcə Təbrizə daha sonra isə Tehrana köçüb. Burada hekayələri və ədəbi-tənqidi məqalələri müntəzəm olaraq türkdilli mətbuatda çap olunub. Uzun müddət Azərbaycan dilində nəşr edilən "Varlıq" dərgisi ilə əməkdaşlıq edib, "Yol" adlı ədəbi, ictimai-siyasi jurnalın təsisçilərindən biri olub. 2000-ci ildə Tehranda dünyasını dəyişib.

Mükafatları

  • — 1946-cı ildə Azərbaycan Milli Hökuməti tərəfindən milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.

Həmçinin bax

  • İsmayıl Cəfərpur
  • Sədi Yüzbəndi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Həmid Məmmədzadə haqqında məlumat. Həmid Məmmədzadə nədir? Həmid Məmmədzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kiçik çavuş

  • Fevral 28, 2026

    Zanbaqçiçəklilər

  • Fevral 27, 2026

    Flourovium

  • Mart 01, 2026

    Vasili Leontyev

  • Fevral 27, 2026

    Arslan Toğuzata

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst