Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Elmira Həbibulla qızı Şahtaxtinskaya (25 oktyabr 1930, Bakı – 13 oktyabr 1996, Moskva) — Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi.

Elmira Şahtaxtinskaya

  • Ana Səhifə
  • Vikipediya
  • Elmira Şahtaxtinskaya

Elmira Həbibulla qızı Şahtaxtinskaya (25 oktyabr 1930, Bakı – 13 oktyabr 1996, Moskva) — Azərbaycan SSR xalq rəssamı və əməkdar incəsənət xadimi.

Elmira Şahtaxtinskaya
Elmira Həbibulla qızı Şahtaxtinskaya
Elmira Şahtaxtinskaya 1960-cı illərdə
Elmira Şahtaxtinskaya 1960-cı illərdə
Doğum tarixi 25 oktyabr 1930(1930-10-25)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi 13 oktyabr 1996(1996-10-13) (65 yaşında)
Vəfat yeri
  • Moskva, Rusiya
Dəfn yeri
  • Birinci Fəxri Xiyaban
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ→
Azərbaycan Azərbaycan
Həyat yoldaşı
  • Oqtay Sadıqzadə
Uşağı
  • Altay Sadıqzadə
Atası Həbibulla bəy Şahtaxtinski
Fəaliyyəti rəssam
Təhsili
  • Moskva Dövlət Rəssamlıq İnstitutu[d]
Janrlar portret, peyzaj
Mükafatları "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 19771977 "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 1963
"Şərəf nişanı" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Elmira Şahtaxtinskaya 25 oktyabr 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. Orta təhsilini Bakı şəhərində almış, daha sonra Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini (indiki Rəssamlıq Akademiyası, 1950) və V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu (1956) bitirmişdir. 13 oktyabr 1996-cı ildə Moskvada vəfat etmiş, Bakıda Fəxri xiyabanda dəfn olunmuşdur.

Yaradıcılığı

Elmira Şahtaxtinskaya daha çox plakat və dəzgah rəsmlərinin müəllifi kimi şöhrət tapmışdır. XX əsrin 70-ci illərində "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsini, Azərbaycanın elm, ədəbiyyat və incəsənət xadimlərinin portretlər qalereyasını, dəzgah rəsmləri və akvarellərindən "Çexoslovakiyada" (1957), "Sosialist Bakısı" seriyası (1958–1959), "Bolqarıstanda" (1963), "Qutablar" (1963) və "Novruz bayramı" (1970) tablolarını yaratmışdır. Moskva (1957), Kaunas (1967) və s. şəhərlərdə fərdi sərgisi nümayiş etdirilmişdir.

Rəssamın yaradıcılığında sülh və xalqlar dostluğu, əmək mövzusu əhəmiyyətli yer tutur. 70-ci illərdə çəkdiyi "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakatlar silsiləsində Azərbaycanın orta əsrlərdə yaşayıb yaratmış elm və mədəniyyət xadimlərinin (Nəsirəddin Tusi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Əcəmi Naxçıvani, Sultan Məhəmməd və başqaları), 70–80-ci illərdə isə müasir sənətkarların (Üzeyir Hacıbəyli, Hüseyn Cavid, Səməd Vurğun, Səttar Bəhlulzadə, Qara Qarayev, Fikrət Əmirov və başqaları) portretlərini yaratmışdır.

E. Şahtaxtinskaya "Şərəf nişanı" ordeni ilə təltif edilmiş, 1963-cü ildə əməkdar incəsənət xadimi, 1977-ci ildə isə Azərbaycanın xalq rəssamı adına layiq görülmüşdür.

Əsərləri

Tarixi şəxsiyyətlərin portreti

  • Səfiəddin Urməvinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Səfiəddin Urməvinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Əbdülqədir Marağayinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Əbdülqədir Marağayinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Əcəmi Naxçıvaninin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Əcəmi Naxçıvaninin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Nizami Gəncəvinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Nizami Gəncəvinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Bəhmənyar Azərbaycaninin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Bəhmənyar Azərbaycaninin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Əlişir Nəvainin portreti
    Əlişir Nəvainin portreti
  • Qətran Təbrizinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Qətran Təbrizinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Məhəmməd Füzulinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Məhəmməd Füzulinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Məhsəti Gəncəvinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Məhsəti Gəncəvinin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Şah İsmayıl Xətainin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Şah İsmayıl Xətainin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
  • Qara Qarayevin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi
    Qara Qarayevin portreti, Azərbaycan Milli İncəsənət Muzeyi

Digər əsərləri

  • Uzaq düşən gəmilərin kapitanı, Şəki Rəsm Qalereyası.
    Uzaq düşən gəmilərin kapitanı, Şəki Rəsm Qalereyası.
  • Şamaxı yaxınlığında pir, Azərbaycan Milli İncəsənət Muzeyi
    Şamaxı yaxınlığında pir, Azərbaycan Milli İncəsənət Muzeyi

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 12 aprel 1963
  • "Azərbaycan SSR xalq rəssamı" fəxri adı — 5 dekabr 1977
  • "Şərəf nişanı" ordeni

Həmçinin bax

  • Şahtaxtinskilər
  • "Azərbaycan qədim mədəniyyət diyarıdır" plakat silsiləsi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Elmira Şahtaxtinskaya haqqında məlumat. Elmira Şahtaxtinskaya nədir? Elmira Şahtaxtinskaya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Qaraməryəm döyüşləri

  • Fevral 27, 2026

    Sevda Ağazadə

  • Fevral 27, 2026

    Alfons Muxa

  • Fevral 27, 2026

    IV Tiqran

  • Fevral 26, 2026

    Raşidi xəlifələr

Trend Mahnılar
  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst