Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hüqo mükafatı — hər il əvvəlki il yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə müxtəlif kateqoriyalarda verilən ədəbiyyat mükafatı. Mükafatın adı qab

Hüqo mükafatı

  • Ana Səhifə
  • Vikipediya
  • Hüqo mükafatı

Hüqo mükafatı — hər il əvvəlki il yayımlanan ən yaxşı elmi fantastika və fentezi işlərinə müxtəlif kateqoriyalarda verilən ədəbiyyat mükafatı. Mükafatın adı qabaqcıl elmi fantastika jurnalı "Amazing Stories"in qurucusu olan Hüqo Qernsbekdən gəlir. İlk olaraq 1953-cü ildə verilən mükafat 1955-dən bəri aralıqsız hər il sahiblərini tapır.

Hüqo mükafatı
Hugo Award

Statistika
Təsis tarixi 1953
thehugoawards.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Hüqo mükafayı namizədləri və qazananları Worldcon sırasında qurultaya qatılan üzvlər tərəfindən müəyyən edilir. Hər kateqoriyada beş namizəd arasından biri WSFS-nin müəyyən etdiyi seçim sistemi olan alternatif səs sistemi üsuluna görə seçilir. Üzvlər mükafata layiq əsər tapa bilməyəndə mükafat yoxdur seçimini də etmə haqqına sahibdirlər.

Hoffman Bronze Company tərəfindən bir raket formasında dizayn edilən mükafat hal-hazırda elmi fanı olan Piter Ueston tərəfindən yaradılıb. Raket formasında mükafatın bağlı olduğu qayda isə Worldcon komitəsinin məsuliyyətindədir və hər il dizaynı dəyişdirilir.

Bir sonrakı mükafat mərasimi 5 sentyabr 2010 tarixinde 68-ci Worldcon-a (Aussiecon 4) ev sahibliyi etməli olan Avstraliyanın Melburn şəhərində təşkil ediləcək.

Mündəricat

Tarixi

1939-cu ildən bəri Worldcon sırasında ən yaxşı işlərin müəyyən edilməsi üçün seçim edilməsinə baxmayaraq, ilk dəfə 1953-cü ildə bu seçim nəticəsində bir mükafat verilməsi gündəmə gəldi. İlk olaraq bir dəfə üçün 1953-cü ildə verilməsi planlanan mükafat bir il aradan sonra 1955-də hər il verilən bir mükafata çevrildi. İlk verildiyi ildən 1992-ə qədər rəsmi adı İlin elmi fantastika müvəffəqiyyəti mükafatı (ing. Annual Science Fiction Achievement Award) olan mükafat 1993-cü ildən etibarən ictimaiyyətdə bilinən adı olan Hüqo mükafatı adı altında verilir.

Mükafat kateqoriyaları

1960-a qədər əhatəsi tez-tez dəyişən Hüqo mükafatı kateqoriyalarının siyahısı aşağıdadır:

  • Ən yaxşı romana görə Hüqo mükafatı
  • Ən yaxşı qısa romana görə Hüqo mükafatı
  • Ən yaxşı novellaya görə Hüqo mükafatı
  • Ən yaxşı hekayəyə görə Hüqo mükafatı
  • Ən yaxşı qeyri-bədii kitaba görə Hüqo mükafatı (1980–1998 arası)
    • Ən yaxşı köməkçi kitaba görə Hüqo mükafatı (1999-dan bəri)
  • Ən yaxşı komiksə görə Hüqo mükafatı (2008-dən bəri)
  • Ən yaxşı dramatik təqdimata görə Hüqo mükafatı (Uzun və qısa formada)
  • Ən yaxşı yarınəsrə görə Hüqo mükafatı
  • Ən yaxşı peşəkar sənətkara görə Hüqo mükafatı
  • Ən yaxşı peşəkar redaktora görə Hüqo mükafatı (1973–2006 arası)
    • Ən yaxşı peşəkar redaktora uzun əsərlərə görə Hüqo mükafatı (2007-dən bəri)
    • Ən yaxşı peşəkar redaktora qısa əsərlərə görə Hüqo mükafatı (2007-dən bəri)
      • Ən yaxşı peşəkar jurnala görə Hüqo mükafatı (1953–1972 arası)
  • Ən yaxşı finzinə görə Hüqo mükafatı (1962–1978 arası, ancaq hər il verilmədi)
  • Ən yaxşı heyran sənətkara görə Hüqo mükafatı
  • Ən yaxşı heyran yazara görə Hüqo mükafatı

WSFS qaydaları hər Worldcon komitəsinə öz təşkilatlarına bir Hüqo kateqoriyası əlavə edilmə haqqını verir. 1966-ildə Təməl seriyasının qazandığı Bütün zamanların ən yaxşı seriyasına görə Hüqo mükafatı bu tip bir Hüqour.

Həmçinin bax

  • Nebula mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, hüqo mükafatı sözünün mənası, hüqo mükafatı haqqında məlumat. hüqo mükafatı nədir? hüqo mükafatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Mercedes-Benz GL-Class

  • Mart 02, 2026

    Dozular

  • Fevral 27, 2026

    Pioner 10

  • Mart 06, 2026

    Cactoideae

  • Mart 01, 2026

    Hikmət Rəhimov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst