Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hökumə Cəlil qızı Əliyeva (qızlıq soyadı: Nəsibli; 8 avqust 1991, Susuzluq, Kəlbəcər rayonu – 25 dekabr 2024, Aktau) — azərbaycanlı böyük təyyarə bələdçisi, Azə

Hökumə Əliyeva

  • Ana Səhifə
  • Vikipediya
  • Hökumə Əliyeva

Hökumə Cəlil qızı Əliyeva (qızlıq soyadı: Nəsibli; 8 avqust 1991, Susuzluq, Kəlbəcər rayonu – 25 dekabr 2024, Aktau) — azərbaycanlı böyük təyyarə bələdçisi, Azərbaycanın Milli Qəhrəmanı.

Hökumə Əliyeva
Hökumə Əliyeva 2024-cü ildə.
Hökumə Əliyeva 2024-cü ildə.
Doğum tarixi 8 avqust 1991(1991-08-08)
Doğum yeri
  • Susuzluq, Kəlbəcər rayonu, Azərbaycan Respublikası, SSRİ
Vəfat tarixi 25 dekabr 2024(2024-12-25) (33 yaşında)
Vəfat yeri
  • Aktau, Mangistau vilayəti, Qazaxıstan
Vəfat səbəbi təyyarə qəzası[d]
Dəfn yeri
  • II Fəxri Xiyaban
Dəfn tarixi 29 dekabr 2024
Atası Cəlil Alıyev
Anası Kəmalə Alıyeva
Təhsili
  • Bakı Dövlət Universitetinin Hüquq fakültəsi
Fəaliyyəti təyyarə bələdçisi
Mükafatları Azərbaycanın Milli Qəhrəmanı — 2024

Mündəricat

Həyatı və fəaliyyəti

Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1993-cü ildə kəndlərinin ermənilər tərəfindən işğal olunması səbəbilə Bərdə rayonunun Qaradəmirçi kəndində müvəqqəti məskunlaşıb. 1996-cı ildə isə Rusiyaya köçüb və Volqoqrad vilayətində bir müddət yaşamışdır. Hökumə burada 1-ci sinifdən 6-cı sinfə qədər şəhərin 78 nömrəli məktəbində təhsil alıb. Daha sonra ailəsi Gəncəyə köçüb və Hökumə burada təhsilini davam etdirib. Gəncə şəhərindəki V. Veysəlov adına 30 nömrəli tam orta məktəbi bitirdikdən sonra 612 bal toplayaraq Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub.

Hökumə Əliyeva öz təhsilini magistr və doktorantura pillələrində davam etdirmişdir. Atası Cəlil Alıyevin sözlərinə görə bu onun doktoranturasının son ili idi. 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi kimi, sonralar isə təyyarə bələdçisi kimi işləməyə başlayıb. Atasının sözlərinə görə, o, bu uçuşdan sonra hüquqşünas kimi fəaliyyətini davam etdirəcəkdi.

Şəxsi həyatı

Etibar Əliyev ilə evli idi.

Ölümü

Qəzada həlak olan ekipaj üzvləri ilə vida mərasimi (ən sağdakı Əliyevanın tabutudur), Heydər Əliyev adına Beynəlxalq Hava Limanı.

O, təyyarə qəzasında həlak olan ekipaj üzvlərindən biri idi. Aktau şəhərində qəzəya uğrayan AZAL-a məxsus təyyarədə böyük təyyarə bələdçisi kimi fəaliyyət göstərən Hökumə Əliyeva son dəqiqələrə qədər sərnişinləri sakitləşdirməyə çalışaraq "Hər şey yaxşı olacaq!" kəlmələri ilə məşhurlaşmışdır. Hökumə Əliyeva 29 dekabr 2024-cü ildə II Fəxri xiyabanda dəfn olunub.

Təltif və mükafatları

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli sərəncamı ilə Əliyeva Hökumə Cəlil qızı "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinə məxsus "Embraer 190" tipli sərnişin təyyarəsi Bakı–Qroznı (Rusiya Federasiyası) reysini həyata keçirərkən baş vermiş qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiyinə görə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

  • (29 dekabr 2024) — "Qızıl Ulduz" medalı (ölümündən sonra)
  • Böyük humanizm göstərdiyinə görə Çingiz Aytmatov adına medal ilə təltif olunmuşdur.

İrsi və xatirəsi

Rejissor və ssenarist Ziya Şıxlinski 2025-ci ildə Hökumə Əliyevanın həyatından bəhs edən "Hökumə — kədərim mənim" adlı qısametrajlı sənədli film çəkib. Filmin bədii rəhbəri Rasim Balayev, ssenari müəllifi və rejissoru Ziya Şıxlinski, operatoru Yuri Varnovskidir.

Əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə verilib. 2025-ci lin avqustundan etibarən Samux rayon Alıuşağı kəndində digər materiallar ailəsinin evinin həyətində təşkil olunan ev-muzeyində sərgilənir.

Polşada adına təqaüd proqramı təsis edilib.

Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansa adı verilib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hökumə Əliyeva haqqında məlumat. Hökumə Əliyeva nədir? Hökumə Əliyeva nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Mənim mübarizəm

  • Fevral 27, 2026

    Aksaray

  • Fevral 27, 2026

    Qarabudaqkənd rayonu

  • Mart 01, 2026

    İnəkli

  • Fevral 27, 2026

    Türkman (etnonim)

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst