Gədəzeyxur — Azərbaycan Respublikasının Qusar rayonunun Gədəzeyxur kənd inzibati ərazi dairəsində kənd.
| Gədəzeyxur | |
|---|---|
| 41°29′24″ şm. e. 48°25′50″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Mərkəzin hündürlüyü | 542 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Milli tərkibi | ləzgilər |
| Dini tərkibi | Sünni - Müsəlmanlar (Şafii məzhəbi) |
![]() Gədəzeyxur | |
Toponimikası
Oykonim gədə (çubuqdan hörülmüş alaçıq) və ləzgi dilindəki zeyxur (yeni kənd, təzə kənd) komponentlərindən düzəlib, "çubuqdan hörülmüş alaçıqları olan yeni kənd" mənasındadır. Rayonun ərazisində Çubuqlu adlı kənd də var.
Tarixi
Bünövrəsi orta əsrlərdə qoyulmuş bu kənd haqqında ilk dəfə XIII əsrin ərəb tarixçisi Həkəriyyə əl-Qəzvini özünün "Asarul Bilat və Ahvarül ibad" əsərində məlumat vermişdir. Meşələrin qoynunda, karvan yolunun kənarında salınmış bu böyük kəndin əhalisi buraya köhnə yaşayış yeri dağıldığına görə köçmüşdür. Bu məlumat qədim Gadarxüri yada salır. Bu kəndi ərəb istilaçılarından Harun ər-Rəşid IX əsrin əvvəllərində həmin ərazilərə 30 min nizarini köçürəndə dağılmışdı.
Moissey Qaqanqatvasinin yazdığına görə o vaxt Harun ər–Rəşid Albaniyanın əhalisinə olmazın zülmlər verərək, son dərəcə ağır bac-xərac qoyduğuna görə ləzgilər ayağa qalxır. Ərəblər bu hərəkatı yatırdarkən onlarca kəndi dağıdır. Onların arasında Gadarxür də var idi. Tarixi mənbələrlə yanaşı arxeoloji qazıntılarda bunu sübut edir. Bu kəndlər haqqında Azərbaycan alimlərindən C.Xəlilov, Q.Qoşqarlı və R.Arazova 1991-ci ildə Bakıda rusca nəşr etdirdikləri "Şimal–Şərqi Azərbaycanın arxeoloji qazıntıları" kitabında məlumat vermişlər.
Birinci kənd indiki Vedixanpel adlı təpədə, kənddən bir kilometr aralıda olub. Həmin kəndin qalıqları, dağılmış divarları ötən əsrin 50-ci illərinə kimi salamat qalmışdı. Arxeoloqlar buradan üstü naxışlı müxtəlif saxsı qablar tapmışlar. Alimlər kəndin VIII əsrdə dağıldığını qeyd edirlər.
İkinci kənd indiki Qazixanpel adlı yerdə olub. Sahəsi 1100 kvadrat metr, hündürlüyü 3–6 metr olan təpəlikdə salınıb. Buradan saxsı qablarla yanaşı yastı çay daşlarıda tapılıb. Həmin kənd də XVIII əsrdə dağıdılmışdır.
Gədəzeyxürün ərazisində daha iki kənd olub. Onlardan biri Mahmudanpel təpəsində yerləşmişdi. İndiki kənddən bir kilometr aralıda salınmış həmin kəndin tarixi IV–VIII əsrləri əhatə edir. Burada arxeoloqlar qədim qablarla yanaşı divar qalıqlarıda üzə çıxarıblar. 7–9 metr hündürlükdə yerləşən Mahmudapelin (Mahmud təpəsinin) sahəsi 1600 kvadrat metr olub, burada orta əsrlərə aid qala yüksəlmişdir.
Dördüncü kəndin qalıqları Şamilanpel (Şamil təpəsi) adlı yerdə aşkar edilmişdir. Yerdən 8–15 metr hündürlükdə olan bu yerin sahəsi 2 min kvadrat metrdir. Buradan tapılmış əl dəyirmanı və məişət əşyaları şamil təpəsində IV–VI əsrlərdə yaşayışın olduğunu sübut edir.
Yuxarıda adlarını çəkilən kəndlərin əhalisinin Gədəzeyxürün ərazisində yeni kənd saldıqları barədə tarixi mənbələrdə məlumat yoxdur. Gadarxürün ("Xür" kənd deməkdir) əhalisi isə iki dəfə yeni yerdə məskən salmış, lakin həmin yerlərdə yaşayış üçün vacib şərtlər olmadığına görə oranı tərk etmişdir.
Nəhayət, XII əsrin əvvəllərində onlar indiki Gədəzeyxür olan yerdə-təpədə kənd salmış, buraya əvvəlki kəndin – Gadarin adını vermişlər. Yeni kəndin adı sonradan "Qadarsluyuxur" olmuş və sonradan (-r) səsi düşüb "Qadarsluyuxur" formasını almışdır.
Bəzi rəvayətlərə görə kənd guya bir qada (oğlan) tərəfindən salınmış və ona görə də kəndin adı "Qadarsluyuxur" (yəni oğlanın yeni saldığı kənd) olub. Bəzən isə kəndin adını qada adlı tayfa ilə əlaqələndirirlər. Lakin tarixi mənbələr bu ərazidə belə bir tayfanın yaşadığını təsdiqləmir.
Kəndin əhalisi Nadir şahın və rus çarının qoşunlarına qarşı qəhrəmanlıqla döyüşmüşdür. Onlar 1837 və 1877-ci illər üsyanlarında və 1918-ci ildə erməni daşnaklarına qarşı mübarizədə də fərqlənmişlər. Rus yazıçısı Vladimir Dal ədalət uğrunda mübarizə aparmış Gədəzeyxürlü qaçaq Həsən haqqında "Ləzgi Həsən" adlı povest yazmışdır.
Coğrafiyası və iqlimi
Kənd Qusar maili düzənliyində yerləşir.
Əhalisi
Tanınmış sakinləri
- Məhəmməd Nurəli oğlu Gədəzeyxurvi — İmam və Quba üsyanında naib, müridizmin yayıcısı, xalq qəhrəmanı.
- Məmmədağa Sərdarov — siyasi elmlər üzrə fəlsəfə doktoru, şair-publisist.
- Sayat Pəri — XIX əsrin məşhur şairi bu kəndin adını hər yanda tanıtmışdır.
- Molla Hacı Əfəndi — həm Quba, həm də Küre mahalında məşhur idi. O, kəndə məktəb açıb yoxsul uşaqlarına dərs demişdir.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gədəzeyxur haqqında məlumat. Gədəzeyxur nədir? Gədəzeyxur nə deməkdir?
