Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sedir (Sexir; türk. Sedir) — Türkiyənin cənub qərbində, Egey dənizinin Göyova körfəzində yerləşən kiçik ada. Ada Muğla ilinin Ula ilçəsinə aiddir. Adanı qeyri r

Sedir adası

  • Ana Səhifə
  • Vikipediya
  • Sedir adası

Sedir (Sexir; türk. Sedir) — Türkiyənin cənub qərbində, Egey dənizinin Göyova körfəzində yerləşən kiçik ada. Ada Muğla ilinin Ula ilçəsinə aiddir. Adanı qeyri rəsmi olaraq Kleopatra adası adlandırırlar. Ada ərazisində antik dövrə aid Kedrae yaşayış məskəninin qalıqları var. Sedir adası Marmaris şəhərinin 18 km-də yerləşir.

Sedir adası
türk. Sedir
Kleopatra çimərliyi
Kleopatra çimərliyi
Yerləşməsi
36°59′35″ şm. e. 28°12′22″ ş. u.HGYO
Ölkə  Türkiyə
Vilayət
  • Muğla ili
Rayon
  • Ula, Muğla
Akvatoriya
  • Egey dənizi
Sedir adası xəritədə
Sedir adası
Sedir adası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sedir adası özünün qızıl qumlu çimərliyi ilə məşhurdur. Çimərlikdə olan qum özünə məxsus özəlliyə malikdir və bu tip qumlu sahil ancaq Afrika sahillərində mövcuddur. Qumun tərkibində heç bir əlavə qatışıq yoxdur və suya tökülən zaman su bulanmır. Adada olan bu əsrarəngiz çimərliklə bağlı əfsanə mövcuddur: Kleopatra ilə Mark Antoni bu adada görüşmüş və məhz Kleopatra üçün qum Tunisdən gətirilmişdir.

Çimərlik Türkiyənin Mədəniyyət nazirliyi tərəfindən ciddi qorunur. Uzunluğu cəmi 50 metrdir. Çimərlik qurudan daş divarlarla, dənizdən isə təbii qayalarla əhatə olunub. Məhz bu səbəbdən 2000 ildir ki, qumların dəniz və külək tərəfindən yuyulmasının və sovrulmasının qarşısı alınmışdır. Çimərlikdə ayaqqabı ilə gəzmək, siqaret çəkmək, çimərliyə dəsmal gətirmək qadağan edilmişdir. Qumun çimərlikdən kənara çıxarılmasının qarşısını almaq üçün girişdə xüsusi duş otaqları quraşdırılmışdır.. Çimərlyə giriş pulludur və adaya hər yarım saatdan bir turist qayığı gedir..

Kedrae qədim Kariya əyalətinin önəmli məntəqələrindən biri olmuşdur. Sedir adasında antik dövrə aid Apollon məbədi, amfiteatr və nekropolun qalıqları var. Kedrae adını yunan sözü olan kedrlə eyniləşdirirlər. Ancaq rəsmi olaraq adada bu ağacların olması haqqında məlumat yoxdur. Apollon məbədi dorik stildə tikilmişdir. Amfiteatr adanın şimal hissəsində yerləşir. Peloponnes müharibəsi zamanı Kedrae şəhəri Afinanın tərəfində vuruşmuş və sonradan spartalı Lisandr tərəfindən ələ keçirilmişdir. Bu hadisəni tarixçi Ksenofon ətraflı təsvir etmişdir..

Şəkillər

  • Adadan körfəzin görünüşü
    Adadan körfəzin görünüşü
  • Kleopatra çimərliyi
    Kleopatra çimərliyi

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sedir adası haqqında məlumat. Sedir adası nədir? Sedir adası nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Fil (şahmat)

  • Fevral 27, 2026

    Kiçik Ermənistan

  • Fevral 27, 2026

    Murdarçakimilər

  • Fevral 28, 2026

    Tripoli (Yunanıstan)

  • Fevral 27, 2026

    Ərəb milliyyətçiliyi

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst