Qlükoza (7 iyun 1986, Moskva) və ya əsl adı ilə Natalya İlyiniçna Çistyakova-İonova — Rusiya müğənnisi, aktrisası, teleaparıcısı, MTV EMA 2003 premiyasının qalibi. Debüt albomu olan "Qlükoza Nostra" (2003) ona beynəlxalq məşhurluq qazandırmışdır.
| Qlükoza | |
|---|---|
| rus. Наталья Ильинична Чистякова-Ионова | |
| |
| Ümumi məlumatlar | |
| Doğum adı | Наталья Ильинична Ионова |
| Ləqəbi | Глюк’oZa |
| Doğum tarixi | 7 iyun 1986 (39 yaş) |
| Doğum yeri | |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | pop müğənnisi, kino aktrisası, səsləndirmə aktrisası[d], televiziya aparıcısı, müğənni, aktrisa, rəqqasə |
| Fəaliyyət illəri | 1997-ci ildən |
| Janrlar | pop musiqisi[…], yeni dalğa, ska[d], dans-pop, indi-pop[…], alternativ rok, rok, pop-rok[…], sinti-pop[…], elektronik musiqi |
| Mükafatları | |
| glukoza.com | |
Həyatı
Natalya İlyiniçna Çistyakova-İonova 7 iyun 1986-cı ildə Moskva şəhərində anadan olmuşdur. 1993-cü ildə yeddi yaşı olanda Uşaq Musiqi Məktəbinin fortepiano sinifinə qəbul edilib, səkkiz yaşında isə oranı tərk etib. Uşaq yaşlarında bir çox dərnəklərdə iştirak edib: sahmatdan başlayaraq baletə qədər. Moskvada 308 nömrəli məktəbdə oxuyub. 2001-ci ildə isə 10 və 11 sinifləri Moskva 17 saylı axşam məktəbinə bitirmişdir.
İlk film təcrübəsi uşaq kinojurnalı olan "Yeralaş"dakı fəaliyyəti idi.
Şəxsi həyatı
- Həyat yoldaşı, biznesmen Aleksandr Nikolayeviç Çistyakov (doğ. 25 yanvar 1973)
- qızı Lidiya (doğ. 8 may 2007-ci ildə İspaniyada)
- qızı Vera (doğ. 8 sentyabr 2011 ildə Marbelya, İspaniya
- oğlu Saşa (birinci ərindən). Natalya ilə birgə yaşayır.
Ailəsi
- Atası İlya Yefimoviç — proqramçı.
- Anası Tatyana Mixaylova (doğ. 25 yanvar) — proqramçı.
- Böyük bacısı Aleksandra Sidorova (doğ. 1982) — konditer
Yaradıcılığı
Filmoqrafiya
- "Yeralaş" bəzi serialarda
- 1997 — "Poqanki",
- 1997 — "Jutkaya kvartira",
- 1998 — "Perçatka",
- 1999 — "Pereselenie duş",
- 2000 — "Nepriyatnoe izvestie",
- 2008 — "Strekoza i muravey".
Diskoqrafiya
Albomlar
- 2003 — Qlükoza Nostra
- 2005 — Мoskvа
- 2011 — Frans-Forma
Sinqllar
- 2002 — Şuqa
- 2003 — Nenaviju
- 2003 — Nevesta
- 2003 — Malış
- 2003 — Karina
- 2004 — Jenixa xotela
- 2004 — Oy, oy
- 2004 — Sneq idet
- 2005 — Şvayne
- 2005 — Moskva
- 2005 — Yura
- 2006 — Svadba
- 2006 — Saşok
- 2007 — Baboçki
- 2008 — Tansuy, Rossiya
- 2009 — Denqi
- 2010 — Vot takaya lyubov
- 2010 — Kak v detstve
- 2011 — Vzmax/High sign
- 2011 — Xoçu mujçinu
- 2011 — Sledi slöz
- 2012 — Moy porok
- 2012 — Koşka
- 2012 — Vozmi menya za ruku
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, gluk’oza sözünün mənası, gluk’oza haqqında məlumat. gluk’oza nədir? gluk’oza nə deməkdir?
