Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

German Avqustoviç Helkvist (23 sentyabr (5 oktyabr) 1894, Balaxanı, Bakı qəzası – 21 oktyabr 1968, Moskva) — Sovet alimi, geoloq və coğrafiyaşünas. Rusiya elmlə

German Helkvist

  • Ana Səhifə
  • Vikipediya
  • German Helkvist

German Avqustoviç Helkvist (23 sentyabr (5 oktyabr) 1894, Balaxanı, Bakı qəzası – 21 oktyabr 1968, Moskva) — Sovet alimi, geoloq və coğrafiyaşünas. Rusiya elmlər akademiyasının Sibir şöbəsinin müxbir üzvü.

German Helkvist
German Avqustoviç Helkvist
Doğum tarixi 23 sentyabr (5 oktyabr) 1894(1894-10-05)
Doğum yeri
  • Balaxanı, Bakı qəzası, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 21 oktyabr 1968(1968-10-21) (74 yaşında)
Vəfat yeri
  • Moskva, RSFSR, SSRİ
Dəfn yeri
  • Vvedenskoye qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Elm sahəsi Neft geoloqu
Elmi dərəcəsi elmlər doktoru
Elmi adı professor
İş yerləri
  • Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (1927–1930)
Təhsili
  • Tomsk Politexnik Universiteti (–1923)
Mükafatları "Lenin" ordeni — 19481948 "Lenin" ordeni — 19521952 "Qırmızı əmək bayrağı" ordeni — 19421942 "Stalin" mükafatı

Mündəricat

Bioqrafiya

Helviks 1894-cü il 5 oktyabrda Balaxanıda anadan olub. 1919-cu ildə Tomskda Geolkomda kollektor kimi işləməyə başladı. 1923-cü ildə Tomsk Politexnik Universitetinin dağ bölməsini bitirib.

Azərbaycanda neft çıxarmayla bağlı müəssisələrdə işləyirdi: geoloq, geoloji-kəşfiyyat bürosu direktorunun köməkçisi (Bakı, 1924—1932), Prikurinski (Azneft) rayonunun baş geoloqu (1932—1936), "Mayneft" trestinin baş geoloqu (Nefteqorsk, 1936 — 1939).

1927 — 1930-cu illərdə Azərbaycan Dövlət Neft Akademiyasında (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) dərs deyib. 1930—1931-ci illərdə ABŞ-da ezamiyyətdə olub.

1939-cu ildən mərkəzi orqanlarda baş geoloq işləyirdi (1939—1941), geoloji bölmənin müdiri, xalq komissarının böyük referenti, baş geoloq (1941 — 1949), SSRİ neft sənayesi nazirliyində nazirin baş məsləhətçisi (1949—1950). 1950-ci ildən 1957-ci ilədək Ümumittifaq neft-qaz elmi-tədqiqat institutunda, neft və qaz yataqlarının kəşfiyyatı laboratoriyasının müdiri işləmişdir.

Geologiya-mineralogiya elmləri doktoru (1955), professor (1956).

1957-ci ildə SSRİ EA-nın Dəniz geologiya və geofizika institutuna başçılıq edib.

SSRİ EA-nın Sibir bölməsinin Rəyasət heyətinin üzvü (1958—1963).

1963-ci ildən Moskvada Ümumittifaq neft-qaz Elmi-tədqiqat İnstitutunun baş elmi işçisi işləmişdir.

1967-ci ildə təqaüdə çıxıb.

1968-ci il 21 oktyabrda Moskvada vəfat edib və Vvedenski qəbirstanlığında dəfn edilib.

Təşkilatlarda üzvlük

Sovet İttifaqı Kommunist Partiyası üzvü.

Mükafatları

  • 1942 — "Qırmızı əmək bayrağı" ordeni.
  • 1944 — “Neft yataqları zonalarının metodikası və onların kəşfinə” görə Neftçilərin gördüyü iş üçün İ.M.Qubkin adına mükafatın birinci sahibi.
  • 1945 — "1941 — 1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyinə görə" medalı.
  • 1948 — Lenin Ordeni.
  • 1948 — Neft axtarışları metodlarının yerli təkmilləşdirmələri üçün yeni yataqların açılmasına görə II dərəcəli Stalin mükafatı.
  • 1952 — Lenin Ordeni.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, German Helkvist haqqında məlumat. German Helkvist nədir? German Helkvist nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    2 mart

  • Mart 01, 2026

    Şüvəlan mayakı

  • Fevral 27, 2026

    Gülmək

  • Fevral 27, 2026

    Animasiya studiyası

  • Fevral 27, 2026

    Dracaena

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 28, 2026

    Zaur Quluzade & Babek Nur - Sevgi Dolu Nifret 2026 | 4K (Official Music Video)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst