Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Gerard Merkator və ya latınlaşdırılmış adıyla Gerarde Kremer (lat. Gerhardus Mercator, 5 mart 1512[…] – 2 dekabr 1594[…], Duysburq, Müqəddəs Roma imperiyası) —

Gerard Merkator

  • Ana Səhifə
  • Vikipediya
  • Gerard Merkator

Gerard Merkator və ya latınlaşdırılmış adıyla Gerarde Kremer (lat. Gerhardus Mercator, 5 mart 1512[…] – 2 dekabr 1594[…], Duysburq, Müqəddəs Roma imperiyası) — Flamand kartoqrafı və coğrafiyaşünası.

Gerard Merkator
lat. Gerhardus Mercator
Digər adı Girt de-Kremer
Doğum adı Gerard De Kremer
Doğum tarixi 5 mart 1512(1512-03-05)[…]
Vəfat tarixi 2 dekabr 1594(1594-12-02)[…] (82 yaşında)
Vəfat yeri
  • Duysburq, Müqəddəs Roma imperiyası
Milliyyəti Mübahisəli
Həyat yoldaşları Barbara Şellekens (e. 1534 – ö. 1586)
Gertrud Virlinqs (e. 1589)
Uşaqları Arnold, Emerentia, Dorotes, Bartolomey, Rumold, Katarina
Atası Hubert de-Kremer
Anası Emerans de-Kremer
Elm sahələri coğrafiya, kartoqrafiya, riyaziyyat, teologiya, fəlsəfə
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

O, 1569-cu dünya xəritəsi ilə tanınıb, yeni bir proyeksiya ilə hazırlanmışdır ki, bu da sabit gövdəsi olan bir gəminin köklərini, yəni bu günün naviqasiya xəritələrində hələ də istifadə edilən bir düz xətti göstərir.

Merkator, Hollandiya kartoqrafiya məktəbinin qurucularından biridir və məktəbin qızıl dövrünü yaşadığı 16 və 17-ci əsrlərdə ən əhəmiyyətli nümayəndəsi sayılır. O, dünyanın ən tanınmış coğrafiyaşünası idi, lakin ilahiyat, fəlsəfə, tarix, riyaziyyat və maqnetizmlə maraqlanırdı və eyni zamanda, dünya qlobusu və elm alətləri düzəldən usta bir oyma və xəttat idi.

Mündəricat

Bioqrafiya

Gerard Merkator 5 mart 1512-ci ildə Rupelmonde şəhərində anadan olmuşdur (İndiki şimali Belçika, Flandriya). Doğulduğunda ona Gerarde Kremer adı verilmişdi. Merkator, Rupelmonde şəhərində məktəbə getmiş, burada oxuma, yazma, hesab və latın dilinin əsaslarını öyrənmişdir. Gerard Merkator 2 dekabr 1594 tarixində Duysburq şəhərində 82 yaşında vəfat etmişdir

Milliyəti

Merkatorun milliyəti mübahisəli bir məsələdir. 1868-ci ildə, 1569-cu ildə hazırlanan dünya xəritəsinin 300-cü ildönümü səbəbiylə edilən hazırlıqların bir hissəsi olaraq belçikalı Jan-Van Raemdonk, Flamand coğrafiyaşünası Merkatorun nəşr etdiyi bioqrafiyasında kökünün Rupelmondeyə əsaslanıran spekulyativ bir de-Kremer ailə ağacı da mövcud idi. 1869-cu ildə Duysburqda alman Artur Breysinq Alman coğrafiyaşünası Merkator olaraq yayımladığı kitabda ailəsinin Yulixdən olduğunu və ailəsinin Rupelmondeni ziyarəti zamanı doğulduğunu iddia etmişdir.

Hal-hazırda, atası Hubertin doğum yerinə və ya keçmişinə aid heç bir dəlilin olmamasına baxmaraq, belçikalılar və almanlar Merkatorun öz milliyətlərindən olduğunu iddia edirlər.

Merkatorun əsərləri

Merkatorun heykəli, Jardin-du Petit Sablon, Brüssel

Qlobus və alətləri

Qemma Frizius və Merkator tərəfindən qlobuslar Kartoqrafiya tarixi (Avropanın intibah dövründə kartoqrafiya) kitabının 3-cü cildində müzakirə olunur.

  • 1536 Qemma Friziusun yer kürəsi. Bu qlobusun rəsmləri Vikipediya Commons-da mövcuddur.
Merkatoru mətni oyması üçün dəvət edən Frizius tərəfindən hazırlanmışdır. Yeganə nümunəsi Avstriya Milli Kitabxanasının Qlobus Muzeyində (veb-saytı 2016-06-30 at the Wayback Machine). Digər nümuməs isə İkinci Dünya müharibəsi zamanı məhv edilmişdir.

  • 1537 Qemma Friziusun astronomik kürəsi. Şəkli 2017-02-02 at the Wayback Machine
Yeganə nümuməsi Qrinviç Krallıq Müseylərində (Əvvəllər Milli Dəniz Muzeyi) saxlanılır.

  • 1541 və 1551 Yer və astronomik kürəsləri
İyirmidən çox nümunəsi mövcuddur. Qlobusların ətraflı izahı Steveson-da mövcuddur.

Xəritələr

  • 1537 Müqəddəs torpaq Onlayn baxış. Daha sonra hazırlanmış 1630 surəti.
Amplissima Terrae Sanctae descriptio ad utriusque Testamenti intelligentiam. (azərb. İki məsihətidə anlamaq üçün Müqəddəs torpaqların təsviri‎).

  • 1538 Dünya Xəritəsi Onlayn baxış.
Bu divar xəritəsinin adı yoxdur, ancaq adətən Orbis Imago adlanır. İlk xəritə Şimalı və Cənubi Amerikanı aydınlaşdırır. Xəritənin bir az dəyişdirilmiş surəti: 1531 dünya xəritəsi (və mətni).

  • 1540 Flandriya . Orijinal, copy by Ortelius, 1595 atlas, 1613 atlas.
Divar xəitəsi. V Karla həsr olunmuşdur.

  • 1554 Avropa 1595 atlasında göründüyü kimi (bir qədər dəyişdirilmişdir).
Europae descriptio. Antoin Perrenota həsr olunmuşdur. Tam bir nümunəsi mövcud deyil. Kiçik-kiçik hissələri faksda mövcuddur. Xəritədə ürəkşəkilli proyeksiyadan istifadə edilmişdir.

  • 1564 Britaniya adaları, 1570 atlas Fərdi vərəqələri, , .
Anglia & Scotiae & Hibernie nova descriptio. 4 nümuməsi məlumdur.

  • 1564 Lotaringiya (Lotaringiya) 1585 atlasından.
Lotaringiya hersopu Ren tərəfindən istismara verilmiş xəritə. Xəritənin tək nüsxəsi heç vaxt nəşr olunmayıb, ancaq Lotaringiyanın iki ətraflı (şimal və cənub) xəritəsi 1585 atlasında mövcuddur.

  • 1570–1572 Avropa atlası. 1-ci onlayn versiyası və 2-ci onlayn versiyası.
1570-ci illərin əvvəllərində toplanmış xəritələrin unikal kolleksiyası.

  • 1578 Ptolomeyin Coğrafiyası Onlayn baxış.
Tabulae geographicae Cl. Ptolemaei ad mentem auctoris restitutis ac emendatis. Ptolomeyin 28 xəritəsinin qəti variant. Geographiae Libri Octo : recogniti iam et diligenter emendati. Nümumə:

  • 1585 Atlası Galliae, Belgii Inferioris, Germaniae.
51 müasir xəritənin ilk kolleksiyası: 16-ı Fransanın (İsveçrə daxil olmaqla), 9-u Belçika və Niderlandın, 26-ı isə, Almaniyanın.

  • 1589 Atlası Italiae, Sclavoniae, Grecia.
23 müasir xəritənin ikinci kolleksiyası: 16-ı İtaliyanın (Korsika daxil olmaqla), 3-ü Ştiriyanın və digəri isə, Balkan dövlətlərinin.

  • 1595 Atlası (ölümündən sonra Rumold Merkator tərəfindən nəşr olundu) Onlayn baxış.Onlayn tərcüməsi 2016-03-10 at the Wayback Machine.
Atlas Sive Cosmographicae Meditationes de Fabrica Mundi et Fabricati Figura. Atlas adından istifadə olunan ilk xəritə kolleksiyası. Çoxlu kitabxana nüsxəsi dünyada mövcuddur.

Həmçinin bax

  • Kartoqrafiya
  • Kartoqrafik proyeksiyalar
  • Merkator proyeksiyası

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Gerard Merkator haqqında məlumat. Gerard Merkator nədir? Gerard Merkator nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Apollon 13

  • Mart 01, 2026

    Con Ostin

  • Fevral 27, 2026

    Aleksey Losyev

  • Fevral 27, 2026

    Cürcan

  • Fevral 27, 2026

    Bernhard Bolzano

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst