Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Georgi Vılkoviç — Bolqar həkim, siyasətçi və diplomat. Bolqarıstanın xarici işlər və din naziri (1881-1883), Bolqarıstan Dövlət Şurasının sədri (1883).

Georgi Vılkoviç

  • Ana Səhifə
  • Vikipediya
  • Georgi Vılkoviç

Georgi Vılkoviç — Bolqar həkim, siyasətçi və diplomat. Bolqarıstanın xarici işlər və din naziri (1881-1883), Bolqarıstan Dövlət Şurasının sədri (1883).

Georgi Vılkoviç
bolq. Георги Вълкович
Doğum tarixi 1833(1833)
Doğum yeri
  • Ədirnə, Osmanlı imperiyası
Vəfat tarixi 14 (26) fevral 1892(1892-02-26) (58–59 yaşında)
Vəfat yeri
  • Konstantinopol, Osmanlı imperiyası
Fəaliyyəti həkim, diplomat, siyasətçi, cərrah
Üzvlüyü
  • Bolqarıstan Elmlər Akademiyası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

XIX əsrin 60-cı illərində İstanbulun aparıcı cərrahlarından biri idi. Bolqarıstan Osmanlı idarəçiliyindən azad edildikdən sonra Mühafizəkarlar Partiyasının liderlərindən biri olur. O, Bolqarıstanın Osmanlı İmperiyasındakı diplomatik nümayəndəsi olub və burada siyasi opponentlər tərəfindən öldürülüb.

Bioqrafiya

1833-cü ildə Ədirnədə anadan olub. Atası Koprivştitsadan olan zəngin və nüfuzlu Çalıkovlar ailəsindən idi. Vılkoviç təhsilə Plovdivdə başlamış və 1857-ci ildə İstanbuldakı Hərbi Tibb Məktəbini bitirmişdir. Kolleci bitirdikdən sonra cərrah işləmiş və Hərbi Tibb Məktəbində dərs demişdir. 1860-1863-cü illərdə Parisdə cərrahiyyə üzrə ixtisaslaşır, 1865-ci ildə isə qısa müddət Dəməşqdə mərkəzi xəstəxananın baş həkimi vəzifəsində çalışır. 1870-1871-ci illərdə İstanbulda Heydər Paşa xəstəxanasının müdiri işləmişdir. 1872-ci ildə Vılkoviç artıq Osmanlı ordusunda polkovnik rütbəsinə sahib idi. 1875-ci ildən müxbir üzvü, 1884-cü ildən isə Bolqarıstan Ədəbiyyat Cəmiyyətinin, indiki Bolqarıstan Elmlər Akademiyasının həqiqi üzvü olur. 1876-cı ildə Serb-Osmanlı müharibəsi zamanı Niş və Sofiyada hərbi hospitala rəhbərlik edir. 1877-ci ildə Rusiya-Osmanlı müharibəsi başlayandan sonra Dəməşqdə internasiya olunub, ordudan tərxis olunduqdan sonra Bolqarıstana qayıdır.

Bolqarıstanda Georgi Vılkoviç Mühafizəkarlar Partiyasının liderlərindən biri olur. 1879-cu ildə Təsis Məclisinin üzvü seçilir və Turnovo konstitusiyasını imzalamaqdan imtina edən on iki mühafizəkar qrupuna qoşulur. Birinci Böyük Milli Məclisin (1879) və üçüncü Milli Məclisinin (1882-1883) deputatı olmuşdur. 1879-cu ildə Kənd Təsərrüfatı, Ticarət və İctimai Binalar İdarəsinin rəisi, 1881-ci ildə isə Şərqi Rumelinin poçt və teleqraf xidmətinin müdiri təyin edilir. Battenberqin səlahiyyət müddəti ərzində (1881-1883) Xarici İşlər və Din Naziri və Dövlət Şurasının sədri (1883) olmuşdur.

1885-ci il Serb-Bolqarıstan müharibəsi zamanı Georgi Vılkoviç hərbi xəstəxanaların müdiri olur. 1886-cı ildə Sofiyadakı İskəndər xəstəxanasının direktoru vəzifəsində çalışmışdır. 1887-ci ildə Bolqarıstanın İstanbuldakı diplomatik nümayəndəsi təyin edilir və ölümünə qədər bu vəzifədə qalır. Vılkoviç bolqarların Osmanlı İmperiyasında mövqeyini yaxşılaşdırmaq üçün Stefan Stambolov hökumətinin həyata keçirdiyi siyasətin təşəbbüskarlarından biri idi.

12 fevral 1892-ci ildə Georgi Vilkoviç sui-qəsdçilərin hücumuna məruz qalır və iki gün sonra mədəsindən aldığı bıçaq yarasından ölür. Georgi Vilkoviç Plovdivdə dəfn edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, georgi vılkoviç sözünün mənası, georgi vılkoviç haqqında məlumat. georgi vılkoviç nədir? georgi vılkoviç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 01, 2026

    Baltik almanları

  • Mart 06, 2026

    Ena

  • Mart 06, 2026

    Moreya krallığı

  • Mart 01, 2026

    Vasili Zaytsev

  • Fevral 27, 2026

    Süleyman Mikayılov

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst