Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Deutsch (DE) Deutsch (DE)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)සිංහල (LK) සිංහල (LK)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)中國人 (CN) 中國人 (CN)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər

Güllübulaq (Amasiya)

  • Ana Səhifə
  • Vikipediya
  • Güllübulaq (Amasiya)

Güllübulaq — Ermənistanın Şirak mərzinin Amasiya bələdiyyəsində yerləşən kənd.

Güllübulaq
40°52′07″ şm. e. 43°42′26″ ş. u.HGYO
Ölkə
  •  Ermənistan
Tarixi və coğrafiyası
Sahəsi
  • 2 km²
Mərkəzin hündürlüyü 1.730 m
Saat qurşağı
  • UTC+04:00
Əhalisi
Əhalisi
  • 739 nəf. (2011)
Rəsmi dili
  • erməni dili
Güllübulaq xəritədə
Güllübulaq
Güllübulaq

Mündəricat

Tarixi

Güllübulaq kəndi 1988-ci ilə qədər, XIX əsrin sonlarında Qars əyalətinin Qars dairəsində Qərbi Azərbaycanın Amasiya rayonunun kəndi olmuşdur. 1988-ci ilə qədər bu kənddə azərbaycanlılar yaşamışdır. 1988-ci ildən sonra Güllübulaq kəndi də dağıdılmışdır və erməniləşdirilmişdir. Hazırda Ermənistanda mövcud olan kənddir. Güllübulaq — İrəvan quberniyasının Aleksandropol qəzasında, indiki Qızılqoç (Qukasyan) rayonunda kənd. Rayon mərkəzindən 4 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə qeyd edilmişdir.

Toponimi

Toponim "güllü, çiçəkli" mənasında işlənən güllü sözü ilə bulaq sözünün birləşməsindən əmələ gəlib "güllü, çiçəkli bulaq yanında olan kənd" anlamını bildirir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Kəndin adı erməni dilinə hərfən tərcümə edilərək Vardaxbyur (Güllübulaq) qoyulmuşdur. Kənd Türkiyənin Qızıldaş kəndi ilə sərhəddə yerləşirdi. Güllübulaqda Koroğlu mağarası, Nigar dərəsi, Nəbi çayırı, və s. xalq qəhrəmanlarının adları ilə bağlı toponimlər var idi. Kəndəki tayfa adları da sırf türk mənşəli idi.[mənbə göstərilməlidir]

Təhsil

Amasiya kəndləri arasında ilk və ən böyük məktəb məhz Güllübulaq kəndində tikilib. Ötən əsrin əvvəllərində isə bu kənddə ibtidai rus-tatar məktəbi fəaliyyət göstərib. Kənd əhalisinin çoxu bir müddət rus dilində təhsil alıb. Güllübulaq əməkdar və baş müəllimlərinin, orta məktəbi qızıl medalla bitirənlərin sayına görə də öndə gedən kəndlərdən olub. Rayon Partiya Komitəsində, Xalq Deputatları Sovetində, müxtəlif partiya və sovet orqanlarında yürsək vəzifələrdə çalışanlar, 1920–1930-cu illərdə Zaqafqaziyada yeganə olaraq Gümrüdə olan Sənaye Texnikumunu bitirənlər arasında Güllübulağın yetirmələri üstünlük təşkil edib. Kənddə yüksək təhsil almış 31 kərbəlayi, 17 məşədi, 10-dan çox hacı və axund olub. 1987-ci ilin hesablamalarına görə kənd əhalisinin sayı 3147 nəfər təşkil edib.

Əhalisi

Güllübulaq kəndi ən böyük kəndlərdən biri olmuşdur. Kənddə ancaq türklər yaşamış, 1886-cı ildə 673 nəfər, 1914-cü ildə 1.137 nəfər azərbaycanlı olmuşdur. 1918–1920-ci illərdə isə erməni təcavüzü nəticəsində kənd dağıdılmış, əhalinin bir hissəsi qətlə yetirilmiş, qalan hissəsi isə Türkiyə ərazisində məskunlaşmışdır. 1988-ci ilə qədər kənddə 570-dən çox ailə var polmuşdur. Əhalisi 2875 nəfərdən artıq idi. Güllübulağın tarixi keşməkeşli olsa da, burada ziyalılar ordusu yetişmişdir. 1988-ci ildə kəndin əhalisi Azərbaycana qovulmuşdur.

İllərə və millətlərə görə kənd əhali məlumatları
İllər Azərbaycanlılar Ermənilər
1886 673 0
1914 1137 0
1979 ? 0
1988 2875 0
2008 0 922
2009 0 904
2010 0 926
2011 0 919

Şəxsiyyətləri

  • Mirzə Allahverdiyev — kimya elmləri doktoru, professor, AMEA akad. Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutu laboratoriya müdiri.
  • Əbülfət Əliyev Zakir oğlu — Tibb elmləri namizədi, pediatr — neonatoloq.
  • Yusif Hümbətov — Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü
  • Abel Məhərrəmov — BDU-nun rektoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, kimyaçı alim. BDU-nun üzvi kimya kafedrasının müdiri
  • Qəmbər Namazov — Fizika-riyaziyyat elmləri namizədi, Professor
  • Qasım Mustafayev — Fizika-riyaziyyat elmləri namizədi.
  • Nazim Mustafa — Prezident Kitabxanasının şöbə müdiri, Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru, Dövlət mükafatı laureatı
  • Malik Namazov — Tətbiqi Riyaziyyat Elmi Tədqiqat İnstitutunun Sistemli analizin riyazi məsələləri şöbəsinin kiçik elmi işçisi
  • Vəli Vəliyev - Fizika elmləri doktoru, Professor, Gəncə Texnologiya Universitetinin laboratoriya müdiri

Həmçinin bax

  • Azərbaycan Demokratik Respublikası
  • İrəvan xanlığı
  • Zəngəzur
  • Ağbaba

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, güllübulaq (amasiya) sözünün mənası, güllübulaq (amasiya) haqqında məlumat. güllübulaq (amasiya) nədir? güllübulaq (amasiya) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 06, 2026

    Bolşevik İnqilabı

  • Fevral 27, 2026

    Sekstant

  • Fevral 27, 2026

    Kamil Pissarro

  • Mart 01, 2026

    Petropavlovsk

  • Mart 04, 2026

    Abbas Ələsgərov

Trend Mahnılar
  • Mart 06, 2026

    Şöhret Memmedov - Yazıq Üreyim (Official Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Mart 06, 2026

    Lord Vertigo & Sevinc Urek - Umrumda Deyil 2026 ( Yeni Klip )

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Mart 04, 2026

    Javid Amir — Sənə Nə (Rəsmi Musiqi Videosu)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst